İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2012 » October » 29 » Islamda evlənmə və ailə hüququ-1
    8:15 AM
    Islamda evlənmə və ailə hüququ-1

    DOQQUZUNCU FƏSİL
    ANANIN QİDALANMASI VƏ NÜTFƏNİN BAĞLANMASI ZAMANI


    Övladların valideynləri üzərində olan hüquqlarından biri də budur ki, anaların hamiləlik dövrlərində qidalanmanın keyfiyyəti və növü münasib olsun. Həmçinin, övladın nütfəsi bağlanan zaman ata-ananın ruhi və cismi vəziyyətləri şəri və elmi nəzərdən münasib olmalıdır. Çünki, bütün bu amillər uşağın əxlaqi və cismi xüsusiyyətlərinin formalaşmasında təsirlidir. Onları nəzərə almamaq, şübhəsiz, valideynin peşmançılığına, uşağın ziyanına səbəb olacaqdır. Müxtəlif növ qidaların öz növbəsində müxtəlif növ təsiri vardır. Meyvələrin və qidaların hər biri insanda müəyyən xüsusiyyətlər vücuda gətirir. Xüsusilə, onların təsirini anaların hamiləlik dövrlərində unutmaq olmaz. Çünki onların qidalandıqları yemək növləri və meyvələr rüşeymin cismi və ruhi kamalında, hətta zahiri surətində də son dərəcə təsirlidir.

    Bu gün qadınların hamiləlik dövrlərində qidanın uşaqlarda təsirini heç kəs inkar edə bilməz. Uşaqların nöqsanlı və əlil yaranmasının səbəblərindən biri də qidanın keyfiyyətsiz olması, vitaminlərin çatışmaması hesab olunur ki, ata-analardan bəziləri bilərəkdən və ya bilməməzlik ucbatından bu dövrlərdə onu nəzərə almır, əhəmiyyət vermir. Bu da uşağın bədbəxt olmasına səbəb olur və öz ardınca da acınacaqlı halları gətirir.

    Müqəddəs İslam dini bütün mərhələlərdə öz ardıcıllarına yol göstərdiyi kimi, bu həssas dövrdə də ata və analara xitab edərək övladların ruhi və cismi sağlamlıqları üçün lazımi göstərişlər verir ki, onları sizə təqdim edirik. Heç də səbəbsiz deyildir ki, Allah taala Həzrət Məryəm üçün hamiləliyin məxsus dövründə qurumuş ağacı meyvəli edir və ona əmr edir ki:

    "Ey Məryəm, hamiləlik dövründə, doğuş ağrıları səni tutanda, ağacın budağını tərpət, sənin üçün təzə behişt xurmaları tökülsün.”[105]

    Bu ayədə quru xurma ağacının yaşıllaşdırılıb meyvə verməsi bizə göstərir ki, rütəb (şirəli xurma) hamilə qadınlar üçün ən münasib qidadır. Əgər hamilə qadın üçün ondan da yaxşı qida olsaydı, Həkim və Mehriban Allah onu Məryəm üçün yetirərdi. Xoşbəxtlikdən Qurandan alınan bu nəticə məsum imamların rəvayətləri ilə tam müvafiqdir. Belə ki, Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

    "Hamilə qadın üçün təzə yetişmiş xurma və rütəbdən daha yaxşı qida yoxdur.”[106]

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Əgər qidalar arasında rütəbdən daha da yaxşı, ləzzətli və münasib bir təam olsaydı, Həkim Allah onu Həzrət Məryəmə əta edərdi.”[107]

    Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Hamilə qadınlar üçün, xüsusilə doğum ərəfəsində ən yaxşı qida xurma və rütəbdir. Çünki Allah taala Öz əzəmət və cəlalına and içərək buyurmuşdur ki, əgər qadınlar bu dövrdə rütəbdən istifadə etsələr, onların övladları istər qız olsun, istərsə də oğlan, səbirli olacaqlar. Əgər rütəb tapa bilməsələr, Mədinə xurması və ya adi xurmalardan istifadə etsinlər.”[108]

    Bu hədislər xurmanı hamilə qadınlar üçün ən yaxşı və ən münasib qida kimi göstərməklə onun rolunu və təsirini qüvvətləndirir.

    "Qidaların sirləri” kitabının müəllifi yazır: "Xurma isti ölkələrin ən yaxşı qidalarından biridir. Xurma yemək həzm sistemində olan nasazlıqları aradan qaldırır, eyni zamanda qüvvətli və faydalı bir yemək olub, uşaqların qidalanması üçün çox faydalıdır.”

    Xurmadan əlavə, sair yeməklər, meyvə və göyərtilər, xüsusilə sulu meyvələr qadınların hamiləlik dövrlərində lazımdır. Uşaq üçün çatışmamazlıqlar aradan qaldırılmalı, müxtəlif vitaminlər tədarük görülməlidir. Bu işlər uşağın xarici formasında, gözəlliyində, dərisinin yumşaq olmasında da təsirlidir. Həzrət İmam Sadiq (əleyhissalam) bir gözəl oğlan uşağını görüb buyurdu:

    "Çox güman ki, bu uşağın atası cinsi əlaqədə olduğu gecə heyva yemişdir.”[109]

    Sonra İmam (əleyhissalam) göstəriş verir ki, bu meyvəni öz hamilə qadınlarınıza yedirdin övladlarınız gözəl olsun. Beləliklə Məsum İmam qidaların övladdakı təsirini qüvvətləndirir və onun hamilə qadınlara münasib təsir göstərdiyini buyurur.

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) qadınlar üçün başqa bir qidanın təsirini də qeyd edib buyurur ki,

    "Öz qadınlarınıza hamiləlik dövründə kündür (bitki adıdır) yedirdin. Çünki əgər uşaq ana bətnində onunla qidalansa, əqli kamilləşər. Əgər oğlan uşağı olarsa, şücaətli, qız olarsa, öz ərindən tam bəhrələnər.[110]

    Qeyd olunmalıdır ki, kündür və bəzi meyvələrin nütfənin bağlandığı ilk həftələrdə yeyilməsi qadağan edilmişdir.

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "”əlinin (gəlin gəldiyi) ilk həftələrdə kündür, sirkə, keşniş, turş alma yeməsinin qarşısını alın.”[111]

    Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-dan bu işin səbəbi haqda soruşdular, Həzrət buyurdu: "Çünki bu günlərdə kündür qadının bətninin sərinləşməsinə, sirkə heyz qanından paklanmamasına, keşniş doğuşun çətin olmasına, turş alma heyz qanının vaxtından əvvəl kəsilməsinə və xəstəliyə səbəb olur.”

    Bu hədislərdən və alimlərin sözlərindən məlum olur ki, qidaların növləri; (köhnə, haram, xoşagələn və ya mübah (haram olmayan)) övladlarda gözəl, səfalı, ürəkaçan surtlərin, yaxud qəmli, namünasib, müxtəlif növ şadlıq və ya nigaranlıq, iztirablar, ananın istirahəti, müsbət və mənfi rəftarlar və nəhayət ananın bütün əxlaqi və ruhi xüsusiyyətləri övladın formalaşmasında təsirli olacaqdır. Buna əsasən övladların ata-ananın boynunda olan haqqı tələb edir ki, qadınlar bu həssas vaxtlarda çox ehtiyatlı olsunlar, kifayət qədər münasib yeməklər yesinlər, fikri və ruhi həyəcan və təşvişlərdən, qeyri-münasib dərmanlar, narkotik maddələr qəbul etməkdən çəkinsinlər.

    Ananın qidalanmasından əlavə, atanın da əxlaqi və cismi xüsusiyyətləri, övladın nütfəsinin bağlandığı zaman, onun saatı və vaxtı münasib olmalıdır. Buna görə də qısa şəkildə qeyd edirik ki, valideyn nütfə bağlanmazdan əvvəl zaman və məkan nəzərindən münasib fürsətlərdə və müxtəlif hallarda bu işlərin şərtlərini nəzərə almalı, dolu qarınla, gecənin əvvəlində, şeytani xəyallarla, başqa qadınlar haqqında fikirləşdiyi halda həyat yoldaşı ilə yaxınlıq etməsin. Lazımdır ki, kişi hər qəməri ayın əvvəli, ortası və axırında, habelə 24-cü fəsildə qeyd olunacağı kimi, bəzi günlərdə həyat yoldaşı ilə yaxınlıq etməkdən çəkinsin. Nümunə olaraq iki hədisi qeyd edirik:

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) ümumi və ictimai bir dərs kimi Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-a buyurur:

    "Ya Əli, ayın əvvəl, orta və axırında həyat yoldaşınla əsla yaxınlıq etmə, çünki bu vaxtlarda yaranan övladlar dəli və əsəbi olurlar.”[112]

    Həzrət başqa bir hədisdə buyurur:

    "Fitr və Qurban bayramı gecələrində öz həyat yoldaşınla yaxınlıq etmə, çünki bu gecələrdə övladın nütfəsi bağlansa, adətən əlil doğulacaq, 4 və ya 6 barmaqlı olacaqdır.”[113]

    "Zifaf mərasimi” fəslində bu məsələ araşdırıldığı üçün daha artıq izahata ehtiyac duymuruq.
    ONUNCU FƏSİL
    SÜD VERMƏ VƏ ONUN TƏSİRLƏRİ

    Valideynlərin övladların hüququnu yerinə yetirməkdə ən mühüm vəzifələrindən biri də onlara süd vermələr və bu işin şərtlərinə riayət etmələridir. Ana südü körpə üçün ən münasib və kamil qida sayılır, körpənin sümüklərinin möhkəmlənməsinə səbəb olur, doğuşdan sonra onun üçün ən faydalı və ən münasib qida hesab olunur. Bu cəhətdən də müqəddəs İslam şəriətində bu məsələ təkidləndirilmişdir.

    Uşaq təvəllüddən sonra bir müddət ana südü ilə qidalanmalıdır ki, öz ehtiyaclarını təmin etsin və bu, onun həyatının zəruri məsələlərindəndir. Əgər atanın maddi imkan cəhətindən dayə tutmağa, süd verən qadını muzdla işə götürməyə imkanı olmasa, habelə başqa bir şəxs də uşağa pulsuz süd verməsə, bu halda analara vacibdir ki, onlara süd verərək zəruri tələblərini ödəsinlər.[114]

    Şəkk yoxdur ki, şəriət nəzərindən ata uşağın anasını adi şəraitlərdə ona süd verməyə məcbur edə bilməz və ananın haqqı vardır ki, bu iş üçün muzd alsın. Allah taala "Təlaq” surəsinin 6-cı ayəsində buyurur:

    "Əgər sizin qadınlarınız övladlarınıza süd versələr, onların muzdunu verin.”

    Qurandan əlavə, hədislərdə də gəlmişdir ki, insan azad və bir kəsin qulu olmayan arvadını onun öz uşağına süd verməyə məcbur edə bilməz.

    İmam Sadiq (əleyhissalam) ananın öz övladına süd verərkən ərindən muzd alması, həmçinin, atanın uşağın anasını bu işə məcbur edib edə bilməyəcəyi barədə buyurur:

    "Atanın azad (qul olmayan) qadını (öz arvadı, uşağın anası) bu işə məcbur etməyə haqqı yoxdur, amma əgər kənizi olarsa, onu bu işə məcbur edə bilər.”[115]

    Deməli, adi halda ananın haqqı vardır ki, uşağına süd verməkdən imtina etsin və ya bu iş üçün ərindən muzd alsın. Amma atanın bu işə imkanı çatmazsa və sair zərurət haalarında anaya vacibdir ki, bu məsuliyyəti öhdəsinə alsın. Çünki ananın südü körpə üçün ən faydalı və ən münasib qida sayılır.

    Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

    "Heç bir süd uşaq üçün ana südündən münasib və bərəkətli deyildir.”[116]
    SÜDVERMƏNİN MÜDDƏTİ

    Övladlara südvermənin müddətinə gəldikdə isə, Qurani məcid və islami rəvayətlər bu məsələni həll etmişlər. "Bəqərə” surəsinin 233-cü ayəsində buyurulur:

    "Analar gərək övladlarına iki il tamam süd versinlər. Əlbəttə bu hökm o analar üçündür ki, südvermə müddətini təkmil etmək istəsinlər.”

    Ayənin məzmununa diqqət yetirsək görərik ki, bu müddət vacibi deyildir. Süd vermənin tam və kamil müddəti o qədərdir və anaların haqqı vardır ki, uşaqların vəziyyətinə, onların sağlamlıqlarına diqqət yetirərək bu müddəti azaltsınlar.

    Mərhum Təbərsi Abdullah ibni Abbasdan belə nəql edir: "24 ay südvermə o uşaqlara məxsusdur ki, 6 aylıq dünyaya gəlmişlər. Buna əsasən, 7 aylıq doğulan uşaq 23 ay, 8 aylıq doğulan uşaq 22 ay, 9 aylıq doğulan uşaqlar isə 21 ay süd əmməlidir.”[117]

    Belə nəzərə çarpır ki, bu nəzəriyyə "Əhqaf” surəsinin 15-ci ayəsinin "Bəqərə” surəsinin 233-cü ayəsinə əlavə edilməsindən əldə edilmişdir. Çünki "Əhqaf” surəsinin 15-ci ayəsində hamiləlik və südvermə müddəti 30 ay, "Bəqərə” surəsinin 233-cü ayəsində isə kamil südvermə müddəti iki il qeyd olunmuşdur.

    Həmişə qarşıya çıxan çətinlikləri həll edən İslam hədislərinə diqqət yetirdikdə görürük ki, əksər hədislərdə 21 ay tövsiyə olunmuşdur. Ondan az isə südəmər körpələrin haqqında edilən zülm kimi qeyd olunmuşdur.

    İmam Sadiq (əleyhissalam)-dan nəql olunur ki,

    "süd verməkdə vacib hədd 21 aydır. Hər kəs 21 aydan az versə, övlada nöqsan yetirmişdir. Əgər südvermə müddətini tamamlamaq istəsə, bilsin ki, bu müddət iki il tamamdır.[118]

    Həzrət yenə buyurur:

    "Südvermə müddəti 21 aydır, hər kəs onu azaltsa, bu iş uşağın barəsində edilən zülmdür.”[119]
    SÜDÜN ÖVLADLARDAKI TƏSİRİ

    Qeyd olunduğu kimi, imkan daxilində ananın özü övladına süd verməlidir. Çünki onun südü övladı üçün ən münasib bir qidadır. Əgər onun özünün hazırlığı olmasa və ya hazırlığı olduğu təqdirdə süd vermək istəməzsə, İslam dini südverən qadınlar üçün bəzi keyfiyyətlər və şərtlər nəzərdə tutmuşdur ki, onlara riayət edilməsi lazımdır. Çünki dayə və mürəbbinin bütün xüsusiyyətləri, hətta batini və zahiri xüsusiyyətləri övlada təsir göstərir.

    İslam buyurur ki, siz müsəlmanların uşaqlarına süd verən qadın müsəlman, aqil, agah və ismət və paklıq Əhli-beytini sevənlərdən olmalı, bütün gözəl sifətlərə malik, rəzilə sifətlərdən uzaq olmalıdır. Hətta İslam rəvayətlərində gəlmişdir ki, "zərurət halında əhli-kitab qadınlarının sizin övladlarınıza verdiyi süd Əhli-beyt düşmənləri olan nasibi qadınların verdiyi süddən qat-qat yaxşıdır.”

    İndi isə uşaqlara süd verilməsinin təsirləri barəsində bir neçə hədisi əziz oxucuların nəzərlərinə çatdırırıq:

    Əmirəl-möminin Əli (əleyhissalam) buyurur:

    "Həyat yoldaşı seçməkdə nə qədər diqqət edirsənsə, övladına süd vermək üçün dayə təyin etməkdə də bir o qədər diqqət et. Çünki süd insan təbiətini dəyişdirə bilir.”[120]

    Həzrət yenə buyurur:

    "Baxın görün sizin övladlarınıza kim süd verir; Çünki sizin övladınız süd ilə inkişaf edib kamala çatır. Süd verən şəxsin əxlaqi xüsusiyyətləri onda təsirlidir.”[121]

    İmam Baqir (əleyhissalam) buyurur:

    "Məbada axmaq və qanmaz qadını övladlarınıza dayə götürəsiniz; Çünki südün təsiri var və südəmər uşaqlar süd verən qadının əxlaqi xüsusiyyətləri ilə ünsiyyətdə olur və bu işlər onda son dərəcə təsir qoyur.”[122]

    Həzrət başqa bir hədisdə göstəriş verir ki:

    "Öz südəmər uşaqlarınızı gülərüz və gözəl üzlü dayələrə verin. Məbada bəd qiyafə, eybəcər qadınları dayəliyə götürəsiniz! Çünki uşağa süd verən qadınların qiyafələri, zahiri fomaları da sizin övladlarınızda təsirlidir.”[123]

    O Həzrət yenə buyurur:

    "Zərurət halında yəhudi və məsihi qadınlarının sizin övladlarınıza süd verməsi, Əhli-beyt düşmənləri olan nasibi qadınların süd verməsindən daha yaxşıdır.”[124]

    Qeyd olunan bu hədislər südün uşağın müxtəlif yönlərində təsirli olmasını təkidləndirir və sübut edir ki, südəmərlik dövrü çox həssas bir dövrdür, süd verən qadının dindarlığı, əxlaqı, təqvası və hətta onun eybəcər və ya gözəl olması südəmər körpədə təsir qoyur, ananın batini və zahiri xüsusiyyətləri südvermə nəticəsində uşağa nəql olunur. Məhz bu səbəbdən də Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) südəmər çağlarında Məkkə qadınlarının döşündən süd əmmirdi. Çünki Məkkə qadınları besətdən əvvəlki dövrlərdə kişilər kimi, xurmadan şərab çəkib içirdilər. Məlum olduğu kimi, şərab içən qadınlar aludə, südvermək üçün qeyri-münasibdirlər və bu da övladın ruhiyyəsində xoşagəlməz təsirlər qoyacaq, onun əməli təsirləri zahir olacaqdır.

    Həmçinin Musa (əleyhissalam)-ın doğluduğu dövrə də nəzər saldıqda görürük ki, o Həzrət də uşaqlıq çağlarında Firon tayfasından olan qadınların döşündən süd əmmədi. Qurani Kərim "Qəsəs” surəsində bu hadisəni təfsilatı ilə buyurmuşdur.

    Burada südvermənin təsirləri barəsində iki qısa hadisəni əziz oxucular üçün nəql edirik.

    1-Şeyx Mürtəza Ənsari barəsində yazırlar ki, o alicənab alim üsulda öz istidlali və dəyərli kitablarını qələmə aldığı vaxt ictihad məqamına çatır. Şeyxin yaxın adamları və müridləri onun anasına təbrik deyərək sevinirdilər. O böyük alimin anası onların cavabında deyirdi ki, əgər mənim oğlum çəkdiyim zəhmətlər sayəsində nəinki ictihad, hətta nübüvvət məqamına çatsaydı belə, əsla təəccüb etməzdim. Camaat bu mənalı sözdən daha da təəccüblənib əlavə izahat verməsini istədilər. O buyurdu ki, sizin mənim çəkdiyim zəhmətləri eşitməyə taqətiniz olmaz, amma nümunə olaraq deyirəm ki, oğlumun bütün südəmərlik dövründə bir dəfə də olsun belə, ona dəstəmazsız süd verməmişəm.[125]

    Deməli, İslam tarixində və ümumiyyətlə dünya tarixində yaxşı isanlar heç də səbəbsiz yerə yaxşı olmamışlar. Ata və ana bütün ömrü boyu övladının keşiyində duraraq onun qayğısını çəkir, səy edir ki, övladı ləyaqətli olsun.

    2. Buxtun-nəsərin tarixi. O, bütün yer üzünə hökmranlıq edən 4 nəfərdən biridir ki, evləri, şəhərləri viran etmiş, hətta Beytül-müqəddəsə hücum edərək orada olan əsərləri məhv edib aradan aparmışdır. O, 187 il padşahlıq edərək pak və günahsız insanların qanlarını nahaq yerə axıtmış, təkcə yəhudi xalqından 70 min nəfəri qətlə yetirmişdi. Yazırlar ki, o, məcus dinində olan qaniçən bir adam idi. Çünki elə bir itdən süd əmmişdi ki, o itin adı Buxt, sahibinin adı isə Nəsər idi, məhz bu səbəbdən həmin şəxsə Buxtun-nəsər adı verilmişdi.[126]

    Bu ayə, rəvayət və tarixi hadisələrə diqqət yetirməklə başa düşürük ki, valideynin körpənin südəmər çağlarındakı məsuliyyəti çox ağırdır. Çünki ananın və ya dayənin südü övladda öz təsirini qoyur.
    ON BİRİNCİ FƏSİL
    UŞAĞA AD QOYMA

    Övlad üçün yaxşı və münasib ad seçmək ata üçün dini bir vəzifə və övladın hüquqlarından biridir. Övladların adları valideynin bu adlara, habelə adların sahibinə olan eşq və məhəbbətinin göstəricisi, meyarıdır. Övlada ad qoyma ata və anaların malik olduğu təfəkkür tərzinin göstəricisidir ki, bununla da onlar öz fikri hədəf və yollarını göstərirlər. Ata və ana övlada ad seçməkdə müəyyən cəhətləri nəzərə almalıdırlar ki, övlad böyüyəndən sonra cəmiyyətdə həqarət hissi keçirməsin, təhqir və bəzi hallarda məsxərə olunmuş hesab etməsin. Özünün və təfəkkürünün müstəqilliyini möhtərəm sayaraq yad mədəniyyətlərin, fikirlərin və təbliğatların təsiri altına düşməsinlər, əzizlərini yoldan azmışların, azğınların və üsyankarların adları ilə adlandırmasınlar, çünki bu özü də pozğunçuluğun, zülmün və uduzmağın nişanəsidir. Çox hallarda cavanlar müəyyən yetkinlik həddinə çatdıqdan sonra adlarını dəyişir və ya həqiqi olmayan başqa bir ad götürür, yaxud başqalarının vurduğu tənələr müqabilində ağır ruhi əzab çəkirlər. Şübhəsiz ata və ana bütün bunların müqabilində cavabdehdirlər. Bu cəhətdən İslam dini bütün ata-analara göstəriş verir ki, hətta övlad dünyaya gəlməmişdən əvvəl belə onun üçün gözəl bir ad seçsinlər. Onlardan ən yaxşısı insanı Allaha bəndəçilik məqamına yaxınlaşdıran Abdullah, Əbdürrəhim, Əbdürrəhman kimi mübarək adlardır, bunlardan sonra peyğəbərlərin, ilahi övliyaların və imamların adlarıdır. Bunların da arasında Həzrət Peyğəmbərin, Həzrət Əlinin və Fatimeyi Zəhranın adları sair adlardan irəlidə gedir. Hətta bəzən xüsusi bir şəraitdə siyasi nəzərdən ad qoyma başqa bir məna kəsb edir və o böyük şəxsiyyətlərin ardıcılları vəzifəli olurlar ki, hökmən belə adları seçsinlər. Belə ki, Həzrət İmam Hüseyn (əleyhissalam) məhz bu cəhətdən oğlanlarının hamısının adını Əli qoymuşdu. İndi isə sizin diqqətinizi bu barədə olan bir hədisə yönəldirik. Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

    İmam Həsən (əleyhissalam) buyurur:


    "Atanın övlada ilk hədiyyəsi və bəxşişi budur ki, ona yaxşı ad qoysun.”[128]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Övladlarınızın hüquqlarından bəziləri budur:

    1-Ən gözəl ad qoymaq, 2-Yazı yazmağı öyrətmək, 3-Həddi-büluğa çatdıqda onları evləndirmək.”[129]

    O Həzrət yenə buyurur:

    Í

    "Hər kəsin 4 oğlu olsa və onlardan heç birinə mənim adımı qoymasa, mənə cəfa etmişdir.”[130]

    Əmirəl-möminin Əli (əleyhissalam) buyurur:

    "Övladın ata üzərində olan haqqı budur ki, atası ona gözəl ad qoysun, gözəl ədəbləndirsin və ona Qurani öyrətsin.”[131]

    Həzrət Baqir (əleyhissalam) buyurur:

    "Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) kişilərin və şəhərlərin çirkin və pis adlarını dəyişib onlara gözəl adlar qoyurdu.”[132]

    Bir gün Ümmü Sələmənin (ana tərəfdən bir olan) qardaşı övladının adını Vəlid qoydu. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu:

    "Öz fironlarınızın mənfur adlarını dirçəldirsinizmi?!” Sonra Həzrət onun adını dəyişib Abdullah qoyub buyurudu: "Bu camaatın Vəlidi gələcəkdir ki, onun bu ümmətə qarşı rəva gördüyü şər və zülmü Fironun öz qövmünə etdiyi zülmdən çox olacaqdır.” (Həzrətin məqsədi Müaviyənin nəvəsi, Yezidin oğlu Vəlid idi.)[133]

    İmam Baqir, Rəsuli Əkrəm və Əli ibni Əbutalib (əleyhimussalam)-ın mübarək adlarının təsiri barəsində buyurur:

    "Həqiqətn, hər vaxt şeytan bu adları eşidirsə, qurğuşun əriyən kimi əriyib suya dönür.”[134]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Özünüz üçün gözəl və münasib adlar seçin, çünki qiyamət günü həmin adlarla çağırılacaqsınız.”[135]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) bu mübarək adların əzizlənməsi barəsində buyurur:

    "Hərgah övladınıza mənim adımı qoysanız, ona ehtiram göstərin, yerini dar etməyin və üzünüzü ona turşutmayın.”[136]

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Biz öz oğlanlarımızın adını yeddi günə qədər Mühəmməd qoyuruq, yeddinci gündən sonra istəsək dəyişərik, istəməsək elə həmin adda saxlayarıq.”[137]

    İmam Hüseyn (əleyhissalam) buyurur:

    "Əgər mənim yüz oğlum olsa, çox istərdim ki, hamısının adını Əli qoyum.”[138]

    Qeyd olunan bu şərif hədislər məsum imamların adqoymanın müxtəlif zəminələrindəki göstərişləridir ki, öz ardıcıllarına tövsiyə etmişlər və bu yolla düşmənlərinin qeyri-səhih təbliğatları və mədəniyyətləri ilə mübarizə yollarını bizə öyrətmişlər. Məsələn, İmam Hüseyn (əleyhissalam) elə bir dövrdə yaşayırdı ki, Bəni-üməyyə xəlifələri o pak xanədana (Əhli-beytə) və onların şiələrinə qarşı kəskin təbliğat hücumuna başlamış, seyyidlərin əsərlərini məhv etmək üçün əlbir olmuşdular.

    Məsələn, İmam Hüseyn (əleyhissalam) elə bir dövrdə yaşayırdı ki, Bəni-üməyyə xəlifələri Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) və onun şiələrinə qarşı amansız hücuma keçib, o Həzrətə məxsus olan əsərləri aradan aparırdılar. İmam Hüseyn (əleyhissalam) hətta oğlanlarına Əli adı qoymaqla əməvilərin qarşısında mübarizəyə qalxmışdı.

    Hədislərdə gəlmişdir ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) kişilərin və şəhərlərin pis adlarını dəyişərək öz ardıcıllarına yad mədəniyyətlərdən uzaqlaşmaq dərsini verirdi. Bu hərəkətlərin siyasi yönləri əksər hallarda onun şəxsi və fərdi yönündən artıq olmuşdur.

    Ümidvarıq ki, bizim müsəlman ümmətimiz azad fikirli olub öz övladlarına düzgün və gözəl adlar seçməklə İslam məktəbini bu barədə də qoruyub saxlasınlar.


    [105]"Məryəm” surəsi, ayə 25

    [106]"Tühəfül-üqul”, səh.83

    [107]"Vəsailüş-şiə”, 15-ci cild, səh.135

    [108]"Fürui-kafi”, 6-cı cild, səh.24

    [110]"Rovzətül-müttəqin”, 8-ci cild, səh.630

    [111]"Camiül-əxbar”, 6-cı cild, səh.121

    [112]"Tühəfül-üqul”, səh.10

    [113]"Vəsailüş-şiə”, 14-cü cild, səh.187

    [114]"Cəvahirül-kəlam”, 31-ci cild, səh.372

    [115]"Vəsailüş-şiə”, 15-ci cild, səh.175

    [116]"Rovzətül-müttəqin”, 8-ci cild, səh.556

    [117]"Məcməül-bəyan”, 2-ci cild, səh.334

    [118]"Vəsailüş-şiə”, 15-ci cild, səh.177

    [119]"Şərhi-mən la yəhzür”, 8-ci cild, səh.554

    [120]"Vəsailüş-şiə”, 15-ci cild, səh.188

    [121]"Fürui-kafi”, 6-cı cild, səh.44

    [122]"Vəsailüş-şiə”, 15-ci cild, səh.188

    [123]"Fürui-kafi”, 6-cı cild, səh.44

    [124]"Vəsailüş-şiə”, 15-ci cild, səh.186

    [125]Bu barədə əlavə məlumat almaq üçün "Şeyx Mürtəza ənsarinin şəxsiyyəti” kitabına baxa bilərsiniz.

    [126]"Səfinətül-bihar”, 1-ci cild, səh.60

    [127]"Cəvahirül-kəlam”, 31-ci cild, səh.255

    [128]"Vəsailüş-şiə”, 15-i cild, səh.122

    [129]"Biharul-ənvar”, 74-cü cild, səh.80

    [130]"Fürui-kafi”, 6-cı cild, səh.19

    [131]"Nəhcül-bəlağə”, səh.1374.

    [132]"Qürbül-əsnad”, səh.45

    [133]"Səfinətül-bihar”, 2-ci cild, səh.688

    [134]"Vəsailüş-şiə”, 15-ci cild, səh.126

    [135]"Şərhi mən la yəhzuruhul-fəqih”, 8-ci cild, səh.626

    [136]"Üyunul-əxbar”, səh.198

    [137]"Vəsailüş-şiə”, 15-ci cild, səh.125

    [138]"Fürui-kafi”, 6-cı cild, səh.15

    Category: Islamda evlənmə və ailə hüququ-1 | Views: 1344 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024