İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2012 » October » 29 » Islamda evlənmə və ailə hüququ-2
    6:38 AM
    Islamda evlənmə və ailə hüququ-2

    QIRX SƏKKİZİNCİ FƏSİL
    LAYİQLİ QADINLARIN XÜSUSİYYƏTLƏRİ


    Tovhidin nişanələrindən biri insanın, aləm varlıqlarının müxtəlif çöhrələridir ki, Allah Öz sonsuz və tükənməz qüdrəti ilə aləmin bütün məxluqlarını müxtəlif rənglərdə, formalarda xəlq etmişdir. Hətta iki ekiz uşaq bir ata-anadan olmalarına baxmayaraq, yenə də bir-birindən fərqlənirlər. Allah taala müxtəlif Quran ayələrində, o cümlədən, "Fatir” surəsinin 27-ci, "Nəhl” surəsinin 13-cü ayəsində bu həqiqətə işarə edir.

    Qadınlar irq, rəng, qiyafə cəhətindən bir-birləri ilə nə qədər fərqlənsələr, həmin qədər də mənəviyyət, dəyanət, təqva, əxlaq, həyat yoldaşı ilə yola getmək, ailə əsl-nəcabəti nəzərindən fərqlidirlər və bu səbəbdən bir-birləri ilə aşkar fərqlərə malikdir. Bir qrup başqasından fərqlənir.

    Biz 20 və 21-ci fəsillərdə onların bəzi xüsusiyyətlərinəi qeyd etmişdik. Bu fəsildə də, ailələrin səadətini, xoşbəxtliyini təzmin edən bəzi qismlərinə işarə edir, onları araşdırıb, təhlil edirik. Ümidvarıq ki, əziz oxucular üçün, xüsusilə ailə qurmaq niyyətində olan əziz cavanlar üçün faydalı olmuş olsun.
    QADININ ƏRİNƏ İTAƏT ETMƏSİ

    Ailə quruluşunun qorunması, onun ehtiyaclarının təmin olunması üçün ər, ailənin məsulu və başçısıdır, onun bu iş üçün səlahiyyəti, şəksiz ki, qadından daha artıqdır. Biz 44-cü fəsildə qeyd etmişik ki, qadınların təbiəti, dünyaya hakim olan qayda-qanunlar və bunlardan da daha mühüm müqəddəs islam şəriəti kişinin başçı olmasını təkid edir. Bu halda qadınlar gərək harama düşməyə və vacibatın tərk olunmasına gətirən hallar istisna olmaqla öz ərlərinə tabe olsunlar. Əks halda, ailə üzvləri arasında hərc-mərclik, qarışıqlıq inzibatsızlıq, dava-dalaş hakim olacaq, mövcud eşq, məhəbbət kökündən dəyişiləcək, hətta bəlkə də məhv olub aradan gedəcəkdir. Evlənmənin əsl hədəfi eşqdir; məhəbbət əsasında möhkəmlənən bu hədəf aradan gedəcəkdir. Bu həlakedici təhlükələrin qarşısını almaq üçün islam dini qadınların kişilərə tabe olmasını və itaət etməsini vacib və zəruri bilir.

    Quran buyurur:

    "Kişilər ailənin məsulu və yeganə sərpərəstidir (başçıdır), üstəlik qadınların qəyyumu hesab olunurlar.”[300]

    Qəvvam, qəyyim-mübaliğə və şiddəti çatdırır. Qəyyim o kəsə deyilir ki, başqasının məsuliyyətini öz öhdəsinə almış olsun.[301]

    Deməli, Allah bu ayənin əsasında tabe olmaqdan daha üstün bir məsələni–kişilərin qadınlar üzərindəki sərpərəstliyini vacib etmişdir. Əlbəttə, ərin haqqı yoxdur ki, bu ayədən və ona verilən sair ixtiyarlardan istifadə edib həyat yoldaşının məsləhətinin əksinə olan bir iş görsün; habelə, bu sərpərəstlik ailə sisteminin, qadının mənafeyinin qorunub saxlanması üçün qoyulmuşdur.

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Hərgah qadın ərinin icazəsi olmadan evdən çıxsa, evə qayıdana qədər xərcləri və nəfəqəsi ərinin öhdəsinə deyil.”[302]

    İnqilabın böyük rəhbəri İmam Xomeyni fətva məqamında buyurur:

    "Kişinin qadın üzərində olan vacib haqlarından biri də budur ki, qadın ərinə itaət etsin, onun əmrlərindən boyun qaçırmasın, ərinin icazəsi olmadan evdən çölə çıxmasın, hətta öz qohumlarını görmək üçün olsa belə, hətta atası xəstələnsə və ya ölsə ərinin icazəsi olmadan onun yoluxmasına gedə və ya matəmində iştirak edə bilməz.”[303]
    PEYĞƏMBƏR (səlləllahu əleyhi və alih) ƏRİN FƏRMANINI POZMADI

    İmam Sadiq (əleyhissalam)-dan nəql olunan mötəbər hədisdə buyurulur ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-in dövründə səhabələrdən biri səfərə getdi və arvadına dedi ki, mən səfərdən qayıtmayınca evdən bayıra çıxma. Təsadüfən arvadın atası xəstələndi. O, Rəsuli Əkrəmə xəbər göndərdi ki, ərim mənə belə əmr etmişdir, mənə icazə verirsən atamı görmək üçün evdən çıxım? Həzrət buyurdu ki, yox, öz evində otur və ərinə tabe ol. Bir müddətdən sonra atasının xəstəliyi ağırlaşdı. Qadın yenə də xəbər göndərib atasını görməyə icazə istədi, amma Həzrət yenə göstəriş verdi ki, öz evində qal və ərinin əmrinə itaət et. Nəhayət bir gündən sonra o arvadın atası dünyadan getdi. Qadın üçüncü dəfə Peyğəmbərə xəbər göndərdi ki, icazə verirsənmi bu dəfə atamın matəmində iştirak edim? Peyğəmbər buyurdu ki, yox, evində otur ərinin əmrinəitaət et.

    İmam Sadiq (əleyhissalam) buyurur: "O qadın atasının ömrünün son anlarında onunla görüşə bilmədi, həmçinin onun matəmində də iştirak edə bilmədi. Nəhayət o kişinin cənazəsini dəfn etdilər. Bu dəfə Rəsuli Əkrəm o dindar qadına xəbər göndərdi ki:

    "Ey qadın! Allah bu həssas vaxtda ərinə tabe olmağın səbəbi ilə səni və atanı bağışlayıb Öz rəhmətini sizə şamil etdi.”[304]

    Bu hədisdə mövcud şahidlərdən məlum olur ki, qadının ərə tabe olması islamın danılmaz hökmlərindən və məsələlərindəndir.

    "Əhzab” surəsinin 6-cı ayəsinə uyğun olaraq Peyğəmbəri Əkrəm camaatın can və malı üzərində mütləq ixtiyar sahibi olduğundan, öz icazəsi ilə o qadının ərinin hökmünü qüvvədən sala bilər. Amma Həzrət ərin ehtiramına, ailənin dəyərinə diqqət yetirərək o kişinin verdiyi hökmü pozmadı və islamın qanununu ailənin inizibatı barəsində möhtərəm saydı.

    Bu hədislərdən, xüsusilə Həzrət İmam Xomeyninin (r.ə) fətvasından məlum olur ki, qadınların vəzifəsi budur ki, şəriət qanununa əsasən öz ərlərinə tabe olsunlar. Heç kəsin haqqı yoxdur ki, bu islam qanununu pozsun.

    İmam Baqir cəddi Əmirəl-möminindən (əleyhiməssalam) nəql edir ki, o Həzrət, Fatimeyi Zəhara (ə.s) ilə birlikdə Peyğəmbərin hüzuruna gəldi. Birdən gördülər ki, o Həzrət şiddətlə ağlayır. Səbəbini soruşduqda cavab verdi ki, ya Əli, meraca getdiyim gecə, ümmətimin qadınlarına verilən müxtəlif əzabların şahidi oldum. Onlara verilən şiddətli cəzalardan nigaranam, buna görə də ağlayıram. Sonra onlara verilən əzabların növləri və sahibləri barəsində buyurdu:

    "Qadınlardan bir qrupunu dilindən asacaqlar, çünki onlar öz ərlərinə dilləri vasitəsilə, uzundilliliklə əziyyət vermişlər. Bir qrupu da ayaqlarından asılmışdır, çünki onlar ərlərinin icazəsi olmadan bayıra çıxmışlar.”[305]

    Bu hədis göstərir ki, ərinə itaət etməyən üsyankar qadınlar acınacaqlı taleyə məhkum olunub, müxtəlif əzablara giriftar olacaqlar. Əlbəttə, şəksiz agah və dindar qadınlar ailə qanununun əksinə heç nə etmədiklərindən ilahi əzaba da layiq görülməyəcəklər.
    ƏRİN QƏZƏBİ ALLAHIN QƏZƏBİDİR

    Əvvəldə qeyd etdik ki, ərin hüququ həyat yoldaşı üçün bütün hüquqlardan mühümdür. Ərin hüququ valideynin hüququndan da öndə gedir. Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih) bu barədə buyurur:

    "Əgər arvad ərinin hüquqlarını düzgün yerinə yetirməsə, Allaha düzgün ibadət etməmişdir.”[306]

    Təkid məqamında o Həzrət buyurur:

    "Əgər Allahdan başqasına səcdə etməyə icazə verilsəydi, əmr edərdim ki, qadınlar ərlərinin qabağında səcdə etsinlər.”[307]

    Bunun əksi də doğrudur, yəni əgər bir kəs öz ərinə əzab versə, onu qəzəbləndirsə, Allahı qəzəbləndirmişdir.

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Allah Təala Öz Peyğəmbərinə vəhy etdi ki, qızı Fatiməyə desin: heç vaxt ərin Əli ilə müxalifət etmə, çünki Əlinin qəzəbi Allahın qəzəblənməsinə səbəb olar.”[308]

    Bu hədislər ailələrə çoxlu dərslər verir. Əli və Fatimə (əleyhiməssalam) hər ikisi Məsum olmaqla yanaşı, bir-birinə qarşı müxalifət etmir, hətta bu müxalifətin təsəvvürü də onlar üçün bağışlanmazdır. Bu ilahi vəhy qadınlar üçün ümumi bir dərsdir. Onlar bilməlidirlər ki, ər ilə müxalifət etmək Allahın əmrləri ilə müxalifətdir. Ərin qəzəbi Allahın qəzəbinə səbəb olur.

    Belə ki, bu qanunu pozan qadınlara ağır cəzalar və cəhənnəm vədəsi verilir ki, bu özü də Allahın qəzəbindən nəşət tapır. Bu da bizim əvvəldə qeyd etdiyimiz müddəanın inkarolunmaz şahidlərindəndir. İndi isə başqa bir qisminə işarə edirik.

    Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Əgər bir qadın yer üzünün bütün qızıl-gümüşlərini ərinin evinə gətirsə, sonra ona minnət qoyub "bunlar mənim malımdır, sən kimsən?!” desə, bütün ibadətləri məhv olacaq, hətta əgər yer üzünün ən yaxşı ibadət edənlərindən olsa belə.”[309]

    Biz əvvəlki bəhslərdə göstərdik ki, qadınların maddi istiqlaliyyəti var, onlarda istədikləri kimi, hər cür istifadə edə bilərlər. Amma burada uzundillilik məsələsi olduğuna, öz mal-dövləti vasitəsi ilə ərinin qəlbini sındırdığına görə müqəssir sayılır və İlahi dərgahda cəzalanacaqlar.

    Bu fəslinsonunda bir daha təkrar edirik ki, ən yaxşı qadın o qadındır ki, ərinə itaət etsin; ən pis qadın odur ki, ərinin əmrindən boyun qaçırtsın.

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Qadınların ən yaxşı sifətlərindən biri də budur ki, ərlərinin sözünə baxıb əmrlərinə tabe olsunlar.”[310]

    İslam cəmiyyətinin agah və dindar qadınları gərək islamın onların mənafeyini əks etdirən həyatbəxş qanunlarına tabe olsunlar, yadların zəhərli təbliğatlarına aldanmasınlar. Qərbdəki əxlaqi fəsadlara, fahişəliyə, ailə və ictimaiyyətdəki yaranan əmin-amansızlığa diqqət yetirsinlər. Çünki, onların hamısı səhih olmayan mədəniyyətlərinin nəticəsidir.
    QIRX DOQQUZUNCU FƏSİL
    CİNSİ EHTİYACLARIN TƏMİN OLUNMASI

    Evlənmədə əsl hədəflərdən biri də layiqli və əməlisaleh övladalara malik olmaqdır. Onlar da qadınların bərəkəti ilə yaranır. Buna görə də qadının uşaq sahibi olması islam nəzərindən mühüm bir imtiyaz hesab olunur. Doğmayan qadınlarla evlənmək məkruh sayılır. Hər insanın daxilində qoyulmuş cinsi ləzzətlərin fəlsəfə və səbəblərindən biri nəsil artırmaq və insan nəslini qoruyub-saxlamaqdır. Buna görə də istimna, livat və sair kimi yaramaz, mənfur əməllər, insaniyyəti əsl yolundan inhirafa, əyriliklərə salmasına, habelə ağlasığmaz əməl olduğuna görə qadağan edilmişdir. Bu əməlləri görənlərə islam dinində ağır cəza tədbirləri təyin olunmuşdur.

    Bütün bu fərz olunan halların hamısı qadının özünün zərərinə tamam olur. Bundan əlavə, islam dini qadına vacib etmişdir ki, özünü həmişə ərinin qarşısında hazırlasın, üzrlü səbəb olmadan onu tərk etməsin, onun cinsi razılığını təmin etsin. Əks halda, ərindən həyat xərcləri və nəfəqə almaq haqqına malik olmayacaq.

    İndi sizin diqqətinizi bu barədə bir neçə ayə və hədisə cəlb edirik:

    Allah Təala buyurur:

    "Sizin qadınlarınız əkin sahəsinə bənzəyir, hər vaxt və hər surətdə istəsəniz onlardan bəhrələnə bilərsiniz.”[311]

    Bu ayədə dəqiq bir məsələ vardır. Belə ki, qadınları bərəkətli əkin sahəsi, istehsal amili kimi təqdim edir, onları insan nəslinin qorunub saxlanması vasitəsi hesab edir. Buna görə də qadının çox böyük dəyəri vardır. İslam alimləri, müfəssirlər və böyük fəqihlər bu ayənin hökmü ilə əlaqədar olaraq çoxlu nəzəriyyə irəli sürmüşlər.[312]

    Ümumiyyətlə qadın şəri cəhətdən üzrlü sayılan hallar istisna olmaqla, hər zaman özünün əri üçün hazırlığını elan etməlidir, hətta ərin istədiyi surətdə geyinməli, bəzək əşylarını onun meylinə müvafiq hazırlamalıdır. Əks halda ərinin hüquqlarını yerinə yetirməmiş sayılır və onun barəsində naşizəlik hökm olunur. Bu surətdə ər-arvadlıq hüquqları və qadının nəfəqəsinin vacibliyi aradan gedir.[313]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Əgər kişi öz arvadı ilə cinsi əlaqədə olmaq istəsə, hətta qadın onu təxirə salmaq üçün namazı uzatmamalıdır.”[314]

    Həzrət yenə buyurur:

    "Hər qadının yatmaq istəyərkən, vəzifəsi budur ki, özünü ərinə təqdim etsin; belə ki, öz paltarlarını çıxardıb ərinin yanında (yataqda) yatsın, öz bədənini ərinin bədəninə yapışdırsın. Əgər belə edərsə, öz vəzifəsini yerinə yetirmiş olur.”[315]

    Yenə buyurur:

    "Ərinin cinsi istəyini yerinə yetirmək qadın üçün vacibdir, hətta təndirin yanında olsa belə.”[316]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) həyat yoldaşının əxlaqi vəzifələrindən biri kimi buyurur ki, o, evin işığını yandırmalı, münasib yemək hazırlamalı, əri evə gələrkən evin yanında onu qarşılayıb "xoşgəldin” deməli, sonra su, dəsmal, teşt hazırlayıb onun əllərini yumalıdır. Əgər şəri cəhətdən üzrlü səbəb olmasa, yaxınlıq üçün cinsi hazırlığını bidirməlidir.”[317]

    İmam Baqir (əleyhissalam)-dan belə nəql olunub:

    "Bir qadın Rəsuli Əkrəmin yanına gəlib dedi: Arvadın əri qarşısında olan vəzifələri nədir? Həzrət buyurdu: "...Onun vəzifələrdən biri də budur ki, özünü ərinə təqdim etsin, hətta minik üzərində olsa belə.”[318]

    Bu islami göstəriş qadınları vəzifəli edir ki, ərlərinin cinsi ehtiyaclarını təmin etmək üçün daha çox diqqətli olsunlar, üzrlü səbəb olmadan heç nəyi əsirgəməsinlər və ərinə "xoşgəldin” deməklə, məhəbbət izhar etməklə, dəsmal, su hazırlamaqla eşq-məhəbbət, səfa-səmimiyyət üçün şərait hazırlasınlar. Yalnız bu halda azacıq belə çatışmazlıq olmayacaqdır.
    ƏN YAXŞI HƏYAT YOLDAŞI

    Bəzi islami rəvayətlərdə öz ərlərinə qarşı daha çox eşq-məhəbbət izhar edən, cinsi yaxınlıq üçün hazırlıqlarını bildirən qadınlar ən məziyyətli qadınlar, ərinin cinsi ehtiyaclarına müsbət cavab verməyən qadınlar isə ən pis, şər qadınlar hesab olunur. Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

    "Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih) buyurmuşdur: "Sizin qadınlarınızın ən yaxşısı Qüreyş qadınlarıdır. Çünki onlar öz ərlərinə qarşı son dərəcə mehribandırlar. Onlara nəvaziş edir, öz övladlarını əzizləyir, əməldə və dildə öz ərlərini razı salır, özlərini naməhrəmlərdən qoruyurlar.”[319]

    Həzrət bu hədisdə, Qüreyş qadınlarını vəsf edir, onların gözəl xüsusiyyətlərini bəyan edərək buyurur ki, hər qadın bu sifətlərə malik olsa təqdirəlayiqdir.

    Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:

    "Sizin ən yaxşı qadınlarınız o kəslərdir ki, öz ərlərinə qarşı daha şəhvətli, yadların müqabilində isə iffətli və alınmaz qala kimi olsunlar.”[320]

    Həzrət yenə buyurur:

    "Sizin qadınlarınızın ən yaxşısı onlardır ki, xəlvətgahda özlərini ərinin ixtiyarında qoysun, ərinin bəyəndiyi zinət və bəzəklərlə onunla rabitədə olsun.”[321]

    İmam Baqir (əleyhissalam) buyurur:

    "Layiqli və imtiyazlı qadın odur ki, xəlvətdə, həya və utancaqlıq paltarını çıxartdıqdan sonra, bütün məhəbbəti ilə ərini doyursun, amma paltarlarını geyindikdən sonra, abır-həya paltarını bir daha bədəninə geysin, ərinə qarşı cürətli, cəsarətli olmağın qarşısını alsın.”[322]

    Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

    "Ən xəbis və ən şər qadınlar o qadınlardır ki, ərinin istəklərinə təslim olmasınlar.”[323]

    İmam Sadiq (əleyhissalam) nəql edir ki, Peyğəmbəri Əkrəm buyurmuşdur:

    "Hər qadın ərinin cinsi istəklərini yerinə yetirməsə və nəticədə onu yuxuya versə, əri yuxudan oyanana qədər məlaikələr ona lənət yağdırar.”[324]

    Bu fəslin rəvayətlərində çox diqqətəlayiq bir məsələ vardır və hamısı çatdırır ki, arvadlar öz ərlərinin onlardan bəhrələnməsinin qarşısını almamalı, bəhanə gətirməklə üzrsüz səbəblər üzündən ərin zəlil olmasına səbəb olmasınlar, əksinə islamın yol göstərməsinə əsasən onların vəzifəsi budur ki, gözəl sözlərlə, məhəbbət yaradan hərəkətlərlə ərinin pişvazına çıxsın, əri gəldikdə onun üçün sabun, su hazırlasın, onun əllərini yumaqla məhəbbətini özünə cəlb etsin, hətta onun cinsi hislərini təhrik etsin və ərinin qəlbini ələ alsın. Bu halda ardıcıl olaraq başqalarını fəsada və əxlaqi pozğunluğa sürükləməyə çalışan məkrli qadınlar onların kişiləri aldada bilməyəcək, kişilər də öz həyat yoldaşından başqasına diqqət yetirməyəcək və bütün səyləri bu olacaqdır ki, mehriban və agah həyat yoldaşının yanında yaşasın. Belə olan halda ailə məhəbbət ocağına çevriləcək və ər-arvad ömrünün axırına kimi bir-birinə məhəbbətli olacaq.

    Dindar qadınlar diqqətli olub bilməlidirlər ki, harama, iffətsizliyə səbəb olan əməllər qarşısında həya lazım və vacibdir, amma həmin işlər ərinin istəklərini yerinə yetirmək qarşısında qəbahətli sayılır. Çünki belə olan halda həya qadının vəzifəsini ifa etməyə və ərinin qarşısında vacib olan huquqlarını yerinə yetirməsinə mane olur. Buna görə də bəzi rəvayətlərdə gördünüz ki, ən yaxşı qadınlar onlardır ki, öz ərlərinə qarşı daha artıq şəhvətli olub həya və utancaqlığı kənara qoysunlar və ərinin istəklərinə təslim olsunlar, yadların qarşısında isə alınmaz qalalar kimi tam vüqarla dayanıb abır-həya və iffətlə özlərinin fəsada çəkilməsinin qarşısını alsınlar.

    Allah taala bütün qadın və kişilərə tam agahlıq versin ki, öz vəzifələrini layiqincə yerinə yetirib başqalarının hüquqlarına riayət etməkdə müvəffəq olsunlar.
    ƏLLİNCİ FƏSİL
    ƏR ÜÇÜN BƏZƏNMƏK

    Qadınların bəzənməyə daha meyyli olduqlarına baxmayaraq, ərin hüquqlarının, ailə sisteminin qorunmasının əhəmiyyətini nəzərə alaraq islam dini bu məsələni təkidləndirir və qadınlara tövsiyə edir ki, həmişə səliqəlilik, nəzafət və tam bəzənməklə ərlərini faydalandırsınlar. Çünki qadın nə qədər pak-pakizə olsa, ərinin məhəbbətini cəlb etməkdə, övladların təlim-tərbiyəsində daha təsirli olacaqdır. Çünki övladlar daha çox tərbiyə və rəftarlarını analarından əxz edirlər. Bundan əlavə, qadının paklığı, nəzafəti evin və yeməyin pakizəliyində, qonaqların diqqətini cəlb etməkdə və nəhayət ictimai mədəniyyətdə son dərəcə təsirlidir.

    Ola bilsin ki, bəzi qadınlar xüsusi mədəniyyətin, agahsızlığın və ya yorğunluğun, giriftarlığın təsirindən bəzənmək məsələsinə diqqət yetirməyib öz əri ilə sadə tərzdə yaşasınlar. Bu cür qadınlar bilməlidirlər ki, onların ərləri elə bir cəmiyyətdə yaşayırlar ki, onların yoldan azdırılması üçün müxtəlif tələlər qurulmuşdur, əxlaqsız, inhirafçı və şeytansifət qadınlar münasib və aldadıcı qiyafələrlə səy edirlər ki, onların ərlərini əyri yola sürükləsinlər. Buna görə də dindar və vəfadar qadın gərək məhəbbət izhar etməklə, lazımi bəzək işlərinə diqqət yetirməklə, müxtəlif və rəngarəng paltarlar geyməklə öz ərinin pis yola düşməsinin qarşısını alsın, onun eşq-məhəbbətini evə və özünə cəlb etsin.

    Məşhur qərb alimi Rassel başçısız və ərsiz qadınlara tövsiyə edir ki, gözəl qiyafələr və müxtəlif yollarla başqalarının ərlərini tələyə salıb ovlasınlar və bu yolla da onlardan istənilən övlad əldə edib sonsuz qalmasınlar, dövlət də ərin yerinə bu övladların xərclərini onlara versin.[325]

    Mülahizə edin ki, bir qərb sosioloqu öz ardıcıllarına ictimai müşküllərlə qarşılaşarkən necə axmaq yollar təklif edir?!

    Bəli, istismarçılar, bədbinlər minlərlə plan çəkirlər ki, ailənin əsalətinə xələl yetirib onun müqəddəsliyini ləkələsinlər. Amma islam bizə buyurur ki, qadın öz əri üçün o qədər cazibədar olmalıdır ki, onu ixtiyarsız olaraq evə cəzb etsin, nəticədə başqalarının məkrli hiylələri onda azacıq da əsər qoymasın.

    Əgər Rassel və onun həmfikirləri, ailənin təməlini təhlükəyə salırsa və ərsiz qadınların başqa qadınların ərlərini şikar etməyi təklif edirsə, amma islam deyir ki, müsəlman evdar qadını gərək kifayət qədər mənəvi silahla bu dağıdıcı müharibədə mübarizəyə qalxsın və bu yolla hərəkət etsin; ərin icazəsi olmadan hətta müstəhəb ibadətlərdən belə çəkinsin, həmişə ərinin icazəsi və nəzarəti ilə evdən çıxsın, əri üçün ən gözəl ətirlərlə ətirlənsin, ən gözəl paltarlarını geysin və bu yola da əri ilə əlaqədə olsun, heç bir bəhanə gətirmədən öz ərinin ixtiyarında olsun.[326]

    İmam Baqir (əleyhissalam) buyurur:

    "Heç bir şəraitdə qadın üçün layiq deyildir ki, özünü unudaraq zinətsiz olsun; hətta boyunbağı ilə də olsa, zinətlənməlidir.[327]

    İmam Sadiq (əleyhissalam) Peyğəmbərdən belə nəql edir:

    Həzrətdən soruşdular ki, qadın özünün kor əri üçün necə zinətlənsin? Cavab verdi ki, "ətirlənib həna qoymaqla bu vəzifəni yerinə yetirə bilər, çünki bu növ zinət kor ər üçün hiss olunur.”[328]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) kişilərə xitab edərək buyurur:

    "Öz dırnaqlarınızı qısaldın; və qadınlara göstəriş verir ki, öz dırnaqlarınızı gözəlliyi qoruyub saxlamaq üçün bir az uzadın.”[329]

    Nümunə kimi qeyd olunan bu hədislər ərli qadın üçün zinətin tərk olunmasını heç bir şəraitdə layiq bilmir və bu işi tərk etməyi ərinin hüququnun aradan getməsi ilə bərabər hesab edir. İslam kor kişinin hüquqlarını–həyat yoldaşının bəzənməsini də unutmursa və belə kişinin arvadının bəzənməsi üçün həna qoyub ətirlənməsini təklif edirsə, şəksiz cavan kişilərin arvadları son dərəcədə ayıq olub həmişə ərləri üçün bəzənməlidirlər.
    ÖZÜNÜ BAŞQALARINA "ÖSTƏRMƏK

    Qeyd olunduğu kimi, qadının öz əri üçün bəzənməsi dini bir vəzifədir. Amma qadının özünü və öz zinətlərini başqalarına göstərməsi islam şəriətində haram və qadağandır, ona mürtəkib olanlar üçün ağır cəza tədbirləri nəzərdə tutulub. Çünki bu fərzdə cəmiyyət, xüsusilə cavan nəsil fəsada çəkilir. Ümumxalq mənafeyi nəzərə alınaraq onların qarşısı alınmalıdır.

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) qadınların başqaları üçün bəzənməsini qadağan edir və buyurur ki, "Hər kəs bu qanunu pozsa, Allah onu cəhənnəm əzabında yandırar.”[330]

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Hər qadın öz ərindən başqası üçün bəzənsə, nə qədər ki, bu işdən peşmançılıq əlaməti olaraq qusul etməyib, Allah onun ibadətlərini qəbul etməz.”[331]

    Aliqədr mərcəyi-təqlidlər də məhz bu hədisə əsasən fətva verərək qeyd etmişlər ki, ərindən başqası üçün ətirlənən qadın tövbə və peşmançılıq əlaməti olaraq qusul etməlidir.[332]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Hərgah bir qadın bəzənib ətirlənərək evdən çıxsa, evə qayıdana qədər lənətlənir.”[333]

    Rassel və onun həmfikirləri isə deyir ki, bütün qadın və kişilər cəmiyyətdə (cinsi ehtiraslar cəhətindən) azad olmalı, ailə qeyd-şərtlərinin arvada və ya kişiyə həsr olunması məsələsi aradan qaldırılmalılır. O, xüsusilə kişilərə tövsiyə edir ki, öz arvadlarının başqa yad kişilərə olan eşqini ehtiramlı sayıb onların aşiqanə rabitələrinə mane olmasınlar. Sonra isə belə tövsiyələri eynilə qadınlara da verir.[334]

    Amma İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) buyurur ki, hər kəs öz arvadının bəzənib evdən çölə çıxmasına razı olarsa, qeyrətsiz və dəyyusdur və hər kəs ona dəyyus deyərsə, əsla günah sayılmaz.”[335]

    Başqa bir hədisdə buyurulur:

    "Mənim ümmətimin ən yaxşı qadınları onlardır ki, öz ərləri qarşısında daha çox bəzənir, amma yadlardan və naməhrəmlərdən özlərini qoruyur.”[336]

    Aydındır ki, islam ümmətinin qadınları öz Peyğəmbərinin göstərişlərinə tabe olaraq Rassel və onun kimilərin sözlərini ictimai iffətsizliyin ziddinə qəbul etməli, yadların qarşısında ciddi imanla, möhkəm dayanıb, namuslarını, şərəflərini qorumalıdırlar.
    ƏLLİ BİRİNCİ FƏSİL
    BƏDƏNİN ÖRTÜLMƏSİ

    Qərb dünyası və qərbsayağı fikirləşənlər deyirlər ki, geyim nəzərindən qadın kişi kimi azad olmalıdır. Kinolarda, küçələrdə, gecə taəşkil olunan rəqs məclislərində, dəniz sahilində, çimərlikdə, gəzintilərdə və s. yerlərdə istədikləri formada olmalı, bu iş istədikləri hər kəslə baş verməlidir; istədikləri kəslərlə gediş-gəliş edib cinsi əlaqədə olmalı, hər şedən də əlavə, bu rabitə və eşqləri möhtərəm və müqəddəs saymalıdırlar! Bunun müqabilində isə islam dini buyurur ki, qadınların fəsad amilləri olan əyyaş cavanların qarşısında və cəmiyyətdə çılpaqlığı fəsada, əxlaqsızlığa səbəb olur və ailənin dağılmasına gətirib çıxardır, qadınların özlərini də bu əxlaqsızlıq və pozğunluq odunda yandırır. Qadınlar hicabsız və aldadıcı qiyafələrlə cəmiyyətdə və camaat arasında zahir olanda, təbiidir ki, belə cəmiyyətin qadın və kişilərinin, xüsusilə cavanlarının sakit əsəb sistemi, aram ruhu olmayacaqdır. Çünki bir-birini bu vəziyyətdə görərkən cinsi ehtirasları son dərəcədə təhrik olunacaq, əsəb xəstəliklərinə düçar olacaq, ruhi həyəcanlar onun bütün əsəblərini qarışdıracaqdır. Bundan əlavə, qadınların kişilərlə açıq-saçıq şəkildə olması nəticəsində bu yolun yolçuları cinsi ləzzətlərdən əsla doymayır, əksinə onların yanğıları daha da şiddətlənir. Dünya tarixi və hal-hazırdakı rəsmi faktlar bu müddəanı sübut edir. Sasani padşahı Xosrov Pərvizin 3000 arvadı və 2000 kənizi olmasına baxmayaraq, yenə də cinsi ləzzətlərdən doymayaraq öz işçiləri və xidmətçilərinə göstəriş verirdi ki, hər yerdə gözəl bir qız görsələr, onu şahın sarayına göndərsinlər. Bu zaman övladları olan qadınlar da sair qızlar və dul qadınlar kimi, padşahın hüzuruna göndərilirdi.[337]

    Bundan da mühüm məsələ "inkişaf etmiş” avropada qadınların cinsi azadlığı məsələsidir. Möhtərəm oxucuların bildiyi kimi, azacıq əxlaqi və qanuni maneə olmadan avropalı kişi cinsi ləzzətlərə qurşanır, şəhvətbazlıq edir. Bu "azad” və "təkamülə çatmış” ölkələrdə heç bir namus qoruyuculuğu gözə dəymir. Bütün bunlarla belə, bu ölkələrin camaatı bu qərizəni doyurmur, üstəlik onların yanğısı günbəgün artmaqdadır.

    1364-cü şəmsi ilində (1985) Belçikada avropa parlamenti təşkil olundu, qadınların zorlanması barəsində bir məsələ müzakirə olundu. Lazımi təhqiqat aparıldıqdan sonra əldə olunan məsələlərdən biri bu oldu ki, amerikanın polis və məhkəmə qüvvələri qadınlar başqalarından şikayət edərkən onlara təcavüz edirlər. Bir almaniyalı qadın bu iclasda demişdi: Mənim yaşadığım ölkədə əvvəllər hər iyirmi saatda zorlama hadisəsi yalnız öz məhrəmləri (ana, bacı və s. kimi) barəsində baş verirdi və bu iş günbəgün artmaqdadır. Hal-hazırda isə üç qat artmışdır. Bu təcavüzlərin 26%-i də ailədə uşaqlara qarşı edilir.

    Sonra başqa bir raportda deyilir ki, iş yerində qadınların təhlükəsizlikləri təmin olunmur və təcavüzə, zorakılığa məruz qalırlar. Xidmətçilik və ictimai işlərdə də vəziyyət eynilə bu cürdür. Hətta kişi təbiblərin şəxsi xəstəxanalarında xəstə qadınların namuslarının təhlükəsizliyi təmin olunmur.

    Bu rəsmi faktlar sanki çılpaqlar ölkəsinə hakim olan vəziyyətdir; qadınlar bu məntəqələrdə mütləq azadlıqdan bəhrələnirlər, amma oranın camaatı heç vaxt doymur və onların yanğıları günbəgün artmaqda davam edir. Onlar "müqəddəs” eşqdə razılaşmalarda şəhvət əməllərindən başqa, öz uşaqları və məhrəmləri ilə cinsi əlaqədə olmağı, habelə xəstələri, mühacirləri və qonaqları da unutmur və onlara da qarşı zorakılıq edirlər.

    Bəli, qadınların cavanların "müştərək bazarında” əmtəəyə çevrildiyi bir dövrdə boşanmaların sayı artır, ailələrdən eşq-səfa yığışılır, qanunsuz doğulan uşaqların sayı milyonları ötür. Belə ki, hər il 500 mindən artıq qanunsuz körpə yalnız İngiltərə dövlətində doğulur. Bu cür doğuşların sayı günbəgün artmaqdadır.

    Qərbin başqa ölkələrindəki vəziyyət heç də İngiltərədən yaxşı deyil; onların hamısı fahişəliyə adət etmiş, SèİD xəstəliyinə yoluxmuşlar.

    Elm və müqəddəslik nəzərindən çox yüksək səviyyədə olan görkəmli alim məhum Əllamə Təbatəbai yazır: "Şəhvətpərəstliyə, zinaya mürtəkib olmaq bu günkü qərb ölkələrində o yerə çatmışdır ki, qadın və kişilərin arasında heç kəs əmin-amanlıqda deyil və onların arasında bir kəsi tapmaq olmaz ki, belə xətalara mürtəkib olmasın. Hətta onların içərisində min nəfərdən biri belə zina və fahişəlikdən amanda deyildir.[338]

    Məşhur amerikalı tədqiqatçı Robert Kinzi amerikalıların cinsi "şücaətləri” və namus xəyanətləri barəsində belə yazır: Amerikalı qadın və kişilər vəfasızlıq və xəyanətdə dünyanın sair millətlərini ötüb keçmişlər.[339]

    Əziz oxucular mühakimə yürüdüb deyə bilərlər ki, bu kimi tənəzzülə uğrayan mədəniyyətlərdə fahişəlik və açıq-saçıqlılıqda ailə telləri möhkəm qala bilərmi və ər-arvad arasında məhəbbətdən xəbər varmı? "örəsən belə cəmiyyətlərdə cavanlar evlənməyə rəğbət göstərirmi? Evlənmənin ağır xərclərinə, açıq-saçıq qadınların bu cəmiyyətdəki "müştərək bazarına”, ailənin təhlükəsizliyinin təmin olunmaması və s. ilə belə ailə təşkil etmək münasibdirmi? "örəsən, bu ölkələrdə bir kəs tapmaq olarmı ki, əsl kişilik sifətinə malik olsun?

    Buna əsasən, qadın və kişinin açıq-saçıqlığı, çılpaqlıq mədəniyyəti, şübhəsiz ki, ziyanlı və ictimaiyyətin mənafeyinin ziddinədir, müsəlmanlar və sair azad insanlar gərək islamın zəngin mədəniyyəti ilə uyğun hərəkət etsinlər. Elə bir mədəniyyət ki, bədənin naməhrəmlərdən, yadlardan örtülməsinə əsaslanır.
    QADININ HİCABININ HÜDUDLARI

    Qadın üzü və biləyə qədər əlləri istisna olmaqla bütün bədənini örtməlidir. Əgər bir kəs onlara baxaraq günaha düşərsə, başqa sözlə, onların üzünün açıq olması fəsada səbəb olarsa, əlin və üzlərin də örtülməsi vacib olur.

    Əlbəttə, bu söz əksər fəqihlərin fətvası ilə müvafiqdir. Amma bəziləri adi şəraitdə də bədənin hər yerinin örtülməsini vacib bilirlər. Mərhum Şəhidi Əvvəl və Şəhidi Sani (rəhmətullahi əleyhima) adi şəraitdə əli və üzləri bağlamağı vacib bilmirlər.[340]

    Həmçinin "Cəvahirül-kəlam” kitabının müəllifi sair alim və fəqihlərdən nəql edir ki, onlar əlləri və üz örtməyi istisna etmişlər, o bu məsələ barəsində bütün alimlərin fikir birliyində olduğunu qeyd etmişdir.[341]

    Həmçinin mərhum Seyyid Məhəmməd Kazim Yəzdi Təbatəbai (hazırkı mərcəyi təqlidlər onun fətvası əsasında fətva verirlər) yazır:

    "Qadına vacibdir ki, öz bədənini əri və məhrəmləri istisna olmaqla başqalarından örtsün, amma üzün və əllərin örtülməsi vacib deyildir.”[342]

    Qeyd olunan məsələdə təqribən bütün mərcəyi-təqlidlər fikir birliyindədir. Lakin onların bəziləri ehtiyat kimi üzü və əlləri də örtməyi lazım bilirlər. İndi isə qadının bədəninin örtülməsinin vacibliyini Quran və hədis nəzərindən diqqətinizə çatdırırıq.

    Allah Taala buyurur:

    "Naməhəm qadın və kişilər bir-birinə heyran olmamalı, həmçinin qadınlar zahir olan yerlərindən başqa öz zinətlərini aşkar eləməməli, örtüklərini sinə və boyunlarına qədər örtməlidirlər.”[343]

    Bəziləri belə güman edə bilərlər ki, bu ayədə deyilən zinətlərin örtülməsi vacibdir və Alah-taala yalnız onların örtülməsini göstəriş verir. Amma bildiyimiz kimi, zinət əşyaları dükan-bazarda və başqa yerlərdə camaatın gözü önündədir və onlara baxmağın heç bir işkalı yoxdur. Allah taalanın "öz zinətlərinizi göstərməyin” deyə buyurmasında məqsəd ya zinət olunan yerlərdir ki, bu halda üz və zinət yerləri örtülməlidir.

    Yaxud da onların zinətlərinin özü məqsəddir. Belə olan halda onlar qadınların bədənində olarsa, nəticəsi bədənin naməhrəmlərdən örtülməsi və qorunması deməkdir. Əllərin və üzün bu hökmdən istisna olunması məsələsinə gəldikdə isə, ayənin özündən dəlil gətirmək olar. Çünki ayədə buyurulur ki, zahir olanları örtmək lazım və vacib deyildir. Bu halda zahir istər zinət yerləri olsun, istərsə də zinətin özü, üzün və əllərin örtülməsinin vacib olmamasına bir dəlildir. Bundan əlavə, ayənin davamında buyurulur ki, örtük ilə sinə və boynunuzu örtün, amma üzün örtülməsi üçün heç nə demir. Bu özü aşkar bir sübutdur ki, üzün örtülməsi vacib deyildir. Quran ayəsindən əlavə, üzün örtülməsini (adi şəraitdə və fasada səbəb olmadan) vacib bilməyənlər bəzi dəlillər gətirmişlər ki, onların bəzilərini qeyd edirik:

    1-Qadın ictimai bir varlıqdırsa, onun çölə çıxması şəri cəhətdən qadağan deyilsə və ticarət edib işləyə bilərsə, bu halda əllərinin və üzünün örtülməsi ağır məşəqqətə səbəb olar, bu da əqlən və şərən qadağan olunmuşdur.

    2-Həcc əməllərində (ehram halında) qadın üçün üzün örtülməsi haramdır. Əgər sair yerlərdə örtülməsi vacib olsaydı, həcc əməllərində haram və Allahın istəyinin pozulmasına səbəb olardı.

    3-Qadının bədəninin örtülməsi barəsində imamlarımızdan çoxlu hədislər nəql olunub ki, onlar əlləri və üzü istisna etmişdir. Buna əsasən, üzün və əllərin örtülməsi vacib deyil, amma imkan daxilində bütün bədən, hətta üz və əllərin örtülməsi müstəhəbdir. Bizim fəqihlərimiz bütün bədənin örtülməsini vacib bilən rəvayətlərin müstəhəb olmasını qeyd etmişlər. Yaxud qeyd etmişlər ki, yalnız fəsada salan yerlərdə vacibdir.

    Mərhum Kuleyni İmam Sadiq (əleyhissalam)-ın səhabələrinin birindən nəql edir ki, o Həzrətdən soruşdular:

    "Naməhrəm şəxs qadının harasına baxa bilər?” Həzrət buyurdu: "Üzünə, əllərinə və ayaqlarına.”[344]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) ümməti üçün gələn cəza və əzabları bəyan edərkən qızı Zəhaya buyurdu:

    "Saçlarından asılanlar o qadınlardır ki, saçlarını naməhrəm kişilərdən gizlətməmişlər.”[345]

    Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

    "Axirəz-zamanda, qiyamət yaxınlaşan zaman ən pis zamandır. Elə qadınlar zahir olacaqlar ki, hicabsız, çılpaq və təhrikedici bədənlərlədir. Onlar ilahi hökmlərə, islamın göstərişlərinə etina eləmirlər; əksinə, fitnələrə daxil olmuş, şəhvətpərəst, xoşgüzəran qadınlardır. Onlar əbədi olaraq cəhənnəmdə olacaqlar.”[346]

    İmam Sadiq (əleyhissalam) buyurur:


    "Müsəlman qadın öz bədənini təkcə naməhrəm kişilərdən qorumamalıdır, həm də onların gözəllik xüsusiyyətlərini ərlərinə və ya başqalarına danışaraq onların (ehtiraslarını) təhrik edən. qeyri-müsəlman və təqvasız qadınlardan da örtməsi lazımdır. Bu hökmü "Nur” surəsinin 31-ci ayəsindən əldə etmək olar. Belə ki, Allah taala buyurur:

    "Müsəlman qadınlardan örtməsik lazım deyil”, amma qeyri-müsəlman qadınlardan örtməlidirlər, naməhrəm kişilər kimidir. Əlbəttə, fətva nəzərindən bu hökm təkidli müstəhəb sayılır və yalnız bəzi fəqihlərin nəzərinə görə vacibdir.

    Həzrət buyurur ki, "layiq deyil ki, müsəlman qadın öz hicabını məsihi və yəhudi qadınların yanında açsın. Çünki onlar həmin müsəlman qadının gözəlliyini öz ərləri üçün deyəcək, onların ehtiraslarını təhrik edəcək, fəsada səbəb olacaqdır.[348]

    Qadının hicabı onun layiqli xüsusiyyətlərinin və məziyyətlərinin göstəricisidir.




    [300]"Nisa” surəsi, ayə:24

    [301]"əl-mizan” təfsiri, 4-cü cild, səh.365

    [302]"Vəsailüş-şiə”, 15-ci cild, səh.230

    [303]"Təhrirül-vəsilə”, 2-ci cild, səh.303

    [304]"Fürui-kafi”, 5-ci cild, səh.230

    [305]"Biharul-ənvar”, 103-cü cild, səh.245

    [306]"Məkramül-əxlaq”, səh.215

    [307]"Kafi”, 5-ci cild, səh.508

    [308]"Biharul-ənvar”, 43-cü cild, səh.152

    [309]"Məkarimül-əxlaq”, səh.202

    [310]"Rovzətul-müttəqin”, 8-ci cild, səh.102

    [311]"Bəqərə” surəsi, ayə:223

    [312]Bu barədə "Ürvətül-vüsqa”, səh.628, "Cəvahirül-kəlam”, 31-cild səh.303; "Tovzihul məsail”, 2421-ci məsələdən sonra; "Təhrirül vəsilə”, 2-ci cild, səh.241. "Təfsirül-mizan”, 10-cild, səh.362 və sair yerlərə habelə bu mövzuda olan rəvayətləri mülahizə etmək üçün "Vəsailüş-şiə”, 14-cü cild səh.100-dən 104-də qədər və sair kitablara baxmaq olar.

    [313]"Təhrirül-vəsilə”, 2-ci cild, səh.305

    [314]"Fürui-kafi”, 5-ci cild, səh.508

    [315]"Vəsailüş-şiə”, 14-cü cild, səh.126

    [316]"Kənzül-ümmal”, 16-cı cild, səh.335

    [317]"Məkarimul əxlaq”, səh.214

    [318]"Biharul-ənvar”, 103-cü cild, səh.248

    [319]"Kafi”, 5-ci cild, səh.326

    [320]"Vəsailüş-şiə”, 14-cü cild, səh.15

    [321]"Biharul-ənvar”, 103-cü cild, səh.235

    [322]"Vəsailüş-şiə”, 14-cü cild, səh.16

    [323]"Qürərül-hikəm”, səh.443

    [324]"Rovzətül-Müttəqin”, 8-ci cild, səh.376

    [325]"Nizami hüquqi zən”, səh.381

    [326]"Kafi”, 5-ci cild, səh.508

    [327]"Şərhi mən la yəhzür”, 8-ci cild, səh.365

    [328]"Vəsailüş-şiə”, 14-cü cild, səh.119

    [329]"Vəsailüş-şiə”, 1-ci cild, səh.435

    [330]"Vəsailüş-şiə”, 14-cü cild, səh.15

    [331]"Vəsailüş-şiə”, 14-cü cild, səh.113

    [332]"Tovzihul-əməsail”, 651-ci məsələ

    [333]"Məkarimül-əxlaq”, səh.43

    [334]"Nizami hüquqi zən”, səh.403

    [335]"Səfinə, 2-ci cild, səh.586

    [336]"Biharul-ənvar”, 103-cü cild, səh.235

    [337]"Məsəleyi-hicab”, səh.69

    [338]"əlmizan”, 4-cü cild, səh.197

    [339]"Nizami hüquqi zən”, səh.387

    [340]"Şərhi-lümə”, 1-ci cild, səh.89

    [341]"Cəvahirül-kəlam”, 8-ci cild, səh.169

    [342]"Ürvətül-vüsqa”, səh.184

    [343]"Nur” surəsi, ayə:31

    [344]"Kafi”, 5-ci cild, səh.521

    [345]"Vəsailüş-şiə”, 14-cü cild, səh.156

    [346]"Vəsailüş-şiə”, 14-cü cild, səh.19

    [347]"Nəhcül-bəlağə”, 31-ci məktub

    [348]"Fürui-kafi”, 5-ci cild, səh.519

    Category: Islamda evlənmə və ailə hüququ-2 | Views: 1269 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024