22- ci dərs: Haramdan çəkinmək Haram maldan çəkin! Haram mal həlakın ən güclü səbəbi və səadətə yetişməyə ən böyük maneədir. İnsanların çoxu haram mal yedikləri üçün mənəvi fezlərdən məhrum olmuşlar. Haram loxma ilə böyüyən ürəyin müqəddəs aləmdən feyz almağa qabiliyyəti haradadır?! Deməli, nicat tapmaq istəyən şəxs daim halala can atmalı, gözünü, qarnını zülm, əmanətə xəyanət, hiylə, biclik, qəsb, oğurluq, möhtərilik, rüşvət, sələm və bu kimi digər haramdan və haram yeməkdən qorumalı və təqva libası geyməlidir.
وَلِبَاسُ التَّقْوَىٰ ذَٰلِكَ خَيْرٌ
"Təqva libası isə daha xeyirlidir".("Əraf" surəsi, ayə 26) Rəsulullah (s) buyurub: "Bir loxma haram yeyən şəxsin namazı 40 gecə qəbul edilməz". "Allah-Təala Cənnəti haram yeyənə haram edər". ("Kənzul-Ummal" 9261, 9266-cı hədislər, "Camius-səadət" c.2, səh.166) "Əgər Allah bəndəsinin qarnına bir loxma haram daxil olarsa, yerin və göyün mələkləri ona lənət oxuyar". "Haram yeməklə ibadət sanki qum üzərində bina tikməyə bənzər". Əmirəl-möminindən (ə) nəql edilən rəvayətdə buyurulur: "Allah qadağan etdiyi şeydən bəndəsini uzaqlaşdırar". "Yeməklərin ən pisi haramdır". ("Ğurarul-hikəm" səh. 355, 8103-cü hədislər)
|