23-cü dərs: Mənasız danışmaq Ey əziz qardaş, bacardıqca dodaqlarını sükutla zinətləndir, onları batil, haram, faydasız və boşboğaz sözlərlə çirkləndirmə.("Camiul-Əxbar" səh.247, 52-ci fəsil) Əlbəttə əziz qardaş, axirət dünyasına səfər müddəti az olduğu üçün vaxtımızı boşuna və faydasız sözlərlə hədər etməməliyik. Əmirəl-möminin (ə) buyurub: "Diqqətli ol! Ehtiyac az, yol uzun, səfər uzaq və yer əzəmətlidir!" "Əgər qəbir əhlinə danışmağa izn verilsəydi, o zaman, ən gözəl tədarükün təqva olduğunu xəbər verərdilər" ("Nəhcul-Bəlağə" Qısa hikmətlər, 77-2, 130-3) Həmçinin, Əmirəl-möminindən (ə) nəql edilən digər rəvayətdə buyurulur: "Ağıllı insan yalnız dəlil və ehtiyac olduğu zaman danışar" ("Ğurarul-hikəm" səh.211, 4081-ci hədis, "Əxlaq" Seyid Abdullah Şübbər, səh.157) Loğman həkim oğluna vəsiyyətdə deyir: "Danışmaq gümüşdürsə, susmaq qızıldır" ("Usulul-Kafi" c.2, səh.93, 2-ci hədis, "Biharul-Ənvar" c.7, səh. 278, 299) Davud (ə) oğlu Süleymana buyurub: "Ey oğul, susmağa çalış! Susmaqdan yaranan bir peşmançılıq, danışmaqdan sonra yaranan peşmançılıqdan yaxşıdır" ("Biharul-Ənvar" c.71, səh.278, 299) İmam Sadiq (ə) buyurub: "Bəndəyə susduğu zaman yalnız yaxşı əməllər, danışdıqda isə yaxşı və pis əməllər yazarlar" ("Usulul-Kafi" c.2, səh.95, 21-ci hədis, "Biharul-Ənvar" c.71, səh.307)
|