İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2012 » October » 29 » Islamda evlənmə və ailə hüququ-2
    6:32 AM
    Islamda evlənmə və ailə hüququ-2

    ƏLLİ BEŞİNCİ FƏSİL
    ƏRƏ QARŞI MİSİLSİZ EŞQ


    Layiqli qadınların bəyənilən xüsusiyyətlərindən biri də ərlərinə qarşı misilsiz eşq-məhəbbət bəsləməkdir. Bu məsələ o qədər təsirli və əhəmiyyətlidir ki, böyük din fəqihləri bu xüsusiyyəti nikahın əsas şərtlərindən biri hesab etmişlər. Bu xüsusiyyət olmadan ərin qarşılıqlı məhəbbəti və aram ruhu mümkün deyildir. Qəti şəkildə demək olar ki, ərinə həqiqi mənada aşiq olan qadın heç vaxt onun sözündən çıxmaz.

    Ailə həyatının əsası mehr-məhəbbət əsasında qurulmuşdur. Allah taala "Rum” surəsinin 30-cu ayəsində bu həqiqəti aşkar şəkildə bəyan edir. Buna görə də Allah ər-arvad arasında o qədər məhəbbət yaradır ki, onun mislini heç kəsdə yaratmamışdır. İndi sizin diqqətinizi bu barədə bir hədisə cəlb edirik. Əli ibni Hüseyn (əleyhissalam) buyurur:

    "Allah taala qadını əri üçün aramlıq səbəbi qərar vermişdir və bu, həqiqətdə böyük ilahi bir nemətdir.”["Məkarimul-əxlaq”, səh.420]

    Bu hədisdən aydın olur ki, qadın belə bir xüsusiyyətə malik olmazsa, aramlıq mümkün deyildir. Həyat yoldaşı islami əxlaqla, məhəbbət dolu baxışlarla, gözəl və bəzənmiş halda əri ilə qarşılaşarsa, rifahını, imkanlarını və həyat yoldaşının asayişini təmin edərsə, şəksiz ki, onun aramlığını da təmin etmiş olar və nəticədə ailə ocağında mehriban, ürəyiyanar və işgüzar övladlar tərbiyə olunar.

    Ümmü Sələmə deyir: "Zəhra bəxt evinə gedəndə Peyğəmbər Əli və Fatiməni öz hüzuruna çağırdı. Əlinin sağ əlini, Fatimənin sol əlini öz sinəsinə qoyub hər ikisinin alnından öpdü və hər birinin məqamını digərinə tanıtdırdı, məhəbət dolu həyatı onlara tövsiyə etdikdən sonra Fatiməni Əliyə təhvil verdi.” 
    Bəli, Əli və Fatimə (əleyhiməssalam) agahlıq üzündən ilə evləndilər, onlar bir-birinin məqam və mənzilətini bilirdilər. Bir-birinə o qədər məhəbbət bəsləyirdilər ki, maddi məsələlər və yoxsulluq onların müqəddəs eşqini zərrə qədər belə azalda bilmədi, ailənin səfa-səmimiyyətində sarsıntılara yol vermədi. Əli (əleyhissalam) möhkəm bir dağ kimi olduğu halda Həzrət Fatimə vəfat edəndən sonra onun hicranında özündən taqətsizlik göstərdi, bütün səbri tükəndi. Allah taaladan səbir istədi. Həzrət o qədər zəifləmişdi ki, köməkçi olmadan hərəkət edə bilmirdi; əmisi Abbas onun əlindən tutub evə apardı.["Cəlaül-üyun”, 2-ci cild, səh.221; "Səfinə”, 2-ci cild, səh.375]

    İmam Sadiq (əleyhissalam) nəql edir ki, islam ordusu Rəsuli Əkrəmlə birlikdə cihaddan qayıdırdı. Mədinə arvadlarından bir çoxu şəhid olmuş ərləri, qohum-əqrəbaları barəsində soruşurdu. Bu zaman öz ailəsindən üç nəfər şəhid verən bir qadın Həzrətin yanına gəlib bir-bir onların barəsində soruşdu. Həzrət atasının və qardaşının şəhadət xəbərini ona verdi. Qadın bu xəbəri vüqarla dinlədi və Allaha şükür etdi, səbirsizlikdən əsər-əlamət görünmədi. Sonra əri barəsində soruşdu. Həzrət onun da şəhid olmasını xəbər verdi. Qadın bunu eşidən kimi bütün qüvvəsi əldən getdi, səbirsizlik etdi, onun böyük müsibətindən xəbər verən "vay, vay!” səsləri ucaltdı. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) o qadının öz ərinə qarşı bəslədiyi müqəddəs məhəbbətdən təsirlənərək buyurdu:

    "Mən onu belə görüncəyə qədər heç də güman etməzdim ki, qadın öz ərinə qarşı bu qədər məhəbbət bəsləsin.”["Kafi”, 5-ci cild, səh.506]

    Bu hədis göstərir ki, ər-arvadın bir-birinə qarşı bəslədikləri eşq-məhəbbət çox müqəddəsdir. Valideyn-övlad arasında olan məhəbbət belə, bu məhəbbətə çata bilməz. Buna görə də islam dini göstəriş verir ki, mehriban və atifəli qadınlarla evlənin, bu cür qadınlar ən yaxşı qadınlardır. Rəsuli Əkrəm (s) buyurur:

    "Qadınların gözəl, layiqli və səciyyəvi xüsusiyyətlərindən biri də budur ki, çox doğan olsunlar və öz ərlərinə qarşı çox məhəbbət bəsləsinlər. Əgər qadın və kişidə islam əxlaqına malik olmaq şərtdirsə, kifayət qədər eşq-məhəbbət də onun bir hissəsidir.["Vəsailüş-şiə”, 14-cü cild, səh.51]
    CƏFƏRİN ŞƏHADƏT XƏBƏRİ

    Yuxarıdakı hədis və hekayətlərdən məlum olur ki, ər-arvadın bir-birinə qarşı məhəbbəti çox şiddətlidir və heç bir məhəbbət ona çata bilməz. İmam Hüseyn (əleyhissalam) və onun həyat yoldaşı Rübab bu müddəanın şahididir. İslam tarixində çoxlu nümunələr göstərmək olar, onun bəzilərini təqdim edirik:

    Mutə müharibəsində islam ordusunun sərkərdəliyi Cəfər ibni Əbitalibə həvalə edilmişdi. O, var-qüvvəsi ilə şücaətlə müharibəyə girişib dini müdafiə etdi. İslam Peyğəmbəri bu müharibədə iştirak etmirdi, amma Mədinədə minbərdə oturub müharibə xəbərlərini (qeybdən) verirdi. Cəfər ibni Əbutalib şəhid olanda və qolları kəsiləndə Həzrət onun ailəsinin yanına gedib onlara əvvəlkilərdən daha artıq nəvaziş göstərdi, uşaqlarını bağrına basdı. Bu zaman Cəfərin həyat yoldaşı Əsma binti Ümeys bu misilsiz nəvazişdən heyrətə gəlib dedi: "Ya Rəsuləllah, elə bilirəm ki, uşaqlarım yetim qalmışlar!” Həzrət buyurdu: "Əgər Cəfər şəhid olubsa da mən onun uşaqlrını qoruyacağam.” Bu zaman Əsma o qədər şivən və nalə etdi ki, Həzrəti heyrətə gətirdi.["Səfinə, 1-ci cild, səh.158]
    BAŞQA BİR HADİSƏ

    Bir gün Cəhişin qızı Rəsuli Əkrəmin yanına gəlib islam qoşununda cihad etməklə məşğul olan ailə üzvlərinin vəziyyətini soruşdu. Həzrət əvvəlcə onun dayısı Həmzənin və qardaşının şəhadət xəbərini verdi. O qadın bu iki şəxsin şəhadət xəbərini eşitdikdə istirca ayəsini ("inna lillahi və inna iləyhi raciun”) oxuyub dedi ki, onların şəhadətini Allahın öhdəsinə qoyuram, çünki onlar Allah yolunda şəhid olmuşlar. Sonra Həzrət onun ərinin şəhid olmasını xəbər verdi. Amma bu dəfə o imanlı qadın əvvəlkilərin əksinə olaraq səbirsizlik göstərdi, iki əlli başına vuraraq fəryad və şivən səslərini ucaltdı. Həzrət onun bu hərəkətini gördükdə buyurdu:

    "Qadının nəzərində heç nə əri qədər dəyərli deyildir.”["Fürui-kafi”, 5-ci cild, səh.506]

    Burada əziz oxuculara üz tutub deyirəm ki, bütün qadın və kişinin ailədə və hətta bütün insanların müxtəlif məqamlardakı müvəffəqiyyətlərinin sirri iki şeydən ibarətdir:

    1-Bütün qadın və kişilər üçün ailənin müxtəlif məsələləri barəsindəki agahlıqları və onların əməldə təsdiq edilməsi, həmçinin sair ictimai işlərdə öhdələrinə qoyulan vəzifələrlə tanışlıq və onların yerinə yetirilməsinə iltizam;

    2-Bu zəmində lazımi ürəyiyanarlıq. Məsələn, Peyğəmbər və İmamların (əleyhimussalam) Allah dərgahında məsiyət, üsyankarlıq, itaətsizlik etməmələrinin səbəbi iki şeydir: Əvvəla, onlar bilirlər ki, günah ziyanlı bir şeydir. İkincisi, onlar Allaha aşiqdirlər, aşiq öz məşuqunun istəyinin əksinə bir iş görməz, onun əmrlərindən boyun qaçırmaz. Yusif (əleyhissalam) dövrünün fironundan istəyir ki, onu iqtisadi işlər üzrə vəzir seçsin. Onun Misrin iqtisadiyyatını öz öhdəsinə götürməsinin səbəbi məhz bu iki şərt əsasındadır.["Yusif” surəsi, ayə:55]

    Həmçinin, Şüeybin qızı atasına təklif edir ki, Musanı işə götürsün. Bunun da səbəbi həmin şərtlər əsasındadır.["Qəsəs” surəsi, ayə:26]

    Qadın və kişi ailə işlərinin sirləri və həyat yoldaşı saxlamağın normaları barədə lazımi agahlıq əldə edib onları öz həyatlarında dəqiq şəkildə icra etsələr və bu məsələlər qarşılıqlı məhəbbətlə yanaşı olarsa, ailədə azacıq çatışmazlıq yaranmaz.

    Əgər qadınlar, ərləri ilə xüsusilə islam əxlaqı əsasında rəftar etsələr, lazımi dərəcədə bəzənib ərlərini razı salsalar, yadların qarşısında hicablı və iffətli olub ərinin mal-dövlətini və sirlərini qorusalar, nəhayət bu kitabda işarə olunan sair vəzifələrə əməl etsələr, onların arasında azacıq da olsa, narazılıq yaranmayacaq, üstəlik onların qarşılıqlı məhəbbəti günbəgün artacaqdır. Amma son dərəcə təəssüflə qeyd etmək lazımdır ki, çoxları islami göstərişlərə deyil, xurafata, sehr və caduya əl atırlar. Əli (əleyhissalam) bu cür şəxsləri kafirlər kimi təqdim edərək onları cəhənnəm əhli və ilahi əzaba layiq hesab etmişdir.["Nəhcül-bəlağə”, 78-ci xütbə]

    Bir qadın Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-in hüzuruna gəlib dedi: "Ərim mənə qarşı bədəxlaqlıq edirdi, mən də ona cadu eləmişəm ki, mehriban olsun. Bunun hökmü nədir?” Həzrət buyurdu: "Vay olsun sənə, dinini, imanını puç etmisən! Allahın mələkləri, yer və göy səni lənətləyir.”
    ƏLLİ ALTINCI FƏSİL
    HƏYAT YOLDAŞININ TƏQVA VƏ İMANI

    Həyat yoldaşının ləyaqət və səciyyəvi xüsusiyyətlərinin ən dəyərlisi və gözəli təqva və imandır. Bu xüsusiyyət hər bir şəxsdə, cəmiyyətdə əmin-amanlığın, xoşbəxtliyin əsas amili olmuşdur. Əli (əleyhissalam)-ın təbiri ilə desək, bu, hidayət açarı, qiyamətin azuqəsi, qul olmaqdan azadlıq səbəbi və bütün fəsad və bədbəxtliklərdən qurtuluş yoludur.["Nəhcül-bəlağə”, 221-ci xütbə]

    Həzrət Əli (əleyhissalam) başqa hədisdə əxlaqi kamallara, səciyyələrə sahib olmağı təqva və pərhizkarlıq sayəsində bilir, təqvasız şəxsi isə cəhənnəm oduna və Allahın şiddətli qəhr əzabına düçar olacağını bəyan edir. Elə bir od ki, çox qəliz, dərinliyi çox, hərarəti son dərəcə şiddətlidir, əzabı anbaan yeniləşir, oradakıların haraylarına cavab verilmir. Belə bir şəxs əbədi olaraq qəm-qüssədə və giriftarlıqda qalacaqdır.["Nəhcül-bəlağə”, 27-ci məktub]

    Yaxşı həyat yoldaşı o qadındır ki, təqvalı və imanlı, ərinə qarşı sədaqətli olsun və bilsin ki, ailə həyatının təməli sədaqət əsasında qurulmuşdur və onların müştərək həyatları hər növ hiylə və məkrdən pak olmalıdır, qadın və kişinin müştərək həyatı hiyləgərlik qəbul etməz və nəhayət axırda məkrlər ifşa olar.

    İbrahim Kərxi adlı bir şəxs İmam Sadiq (əleyhissalam)-ın şiələrindən idi. Onun həyat yoldaşı vəfat etdikdən sonra Həzrətin hüzuruna gəlib dedi: Yəbnə Rəsulillah, mənim arvadım çox ləyaqətli və təqvalı idi, çox təəssüflə dünyadan getmişdir. Mənim təzədən evlənməkdən başqa bir çarəm yoxdur. Kiminlə evlənim? Həzrət buyurdu:

    "Tam ayıqlıqla, diqqətlə evlənməli, elə şəxsi seçməlisən ki, əmanətdar və təqvalı olsun. Çünki öz malını, canını və sirlərini onun ixtiyarında qoyacaqsan. O, sənin barəndə hər növ rol oynaya bilər.”["Vəsailüş-şiə”, 14-cü cild, səh.14]

    Həzrət bu hədisdə həyat yoldaşı seçməkdə çox incə məsələlərə işarə edib öz ardıcıllarına həyat yoldaşının ifa edəcəyi rolu çox mühüm cilvələndirir. Çünki ərin bütün maddi və mənəvi varlığı onun ixtiyarında olur. Buna görə də qadın çox təqvalı və ayıq olmalı, əri ilə həqiqi məhəbbət, ixlas və sədaqətlə rəftar etməlidir. Əks halda ərin ən güclü düşməninə çevrilib onun canına, sirlərinə, var-dövlətinə, namusuna hər vaxt və hər növ xəyanət edə bilər. Buna görə də bu kimi işlərin qarşısını alan ən mühüm amil, yaxşı əmələ sövq edən ən güclü mühərrik məhz həyat yoldaşının təqvasıdır. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Hər kəs bir qadını, onun zahiri gözəlliklərinə görə alsa, ondan bəhrələnməz; hər kəs bir qadını, onun mal-dövlətinə görə alsa, yenə də peşman olar. Buna görə də siz dindar və təqvalı qadınlarla evlənməlisiniz.”["Biharul-ənvar”, 103-cü cild, səh.235]

    İmam Sadiq və İmam Baqir (əleyhiməssalam)-dan nəql olunur ki, bir kişi Rəsuli Əkrəmin hüzuruna gəlib evlənmək üçün məşvərət etdi. Həzrət ona belə yol göstərdi:

    ""et evlən, amma arvadının yalnız təqva və dindarlığını nəzərə al.”["Kafi”, 5-ci cild, səh.332]

    Bu hədislərdə, gördüyümüz kimi, Həzrət həyat yoldaşının təqva, iman və dindarlığını evlənmənin əsas şərti kimi təqdim edir. Çünki bu iki şərt mövcud olmazsa, həyat yoldaşı ərinin xoşbəxtliyi, ruhunun aramlıq səbəbi ola bilməz.

    Burada diqqətinizi iki maraqlı tarixi hekayətə cəlb edirik:
    İKİ MARAQLI HADİSƏ

    1-Bir gün təqvalı və imanlı bir qadın üzücü zəhmət və ağır müşküllərdən asudə olmaq üçün dəniz kənarına gəldi, amma orada da müşkülə düçar oldu. Çünki əyyaş və şəhvətpərəst bir kişinin gözü ona sataşanda, sanki öz itiyini tapmışdır kimi, onu əyri yola dəvət etdi. Lakin o imanlı qadın şeytani əmələ qurşanmadı. O nanəcib adam zorakılığa əl atıb onunla yaxınlıq etmək istəyəndə qadın əsməyə başladı. Kişi soruşdu: Nə üçün belə əsirsən? Qadın dedi: Mən bu vaxta qədər heç vaxt əyri yola getməmişəm. Bu ləyaqətsiz əməldən Allah dərgahında vəhşət hissi keçirirəm.

    :işi bu sözləri eşidəndə qəflət yuxusundan ayılıb öz-özünə dedi: "Bu qadın yalnız bir dəfə əxlaqsız işə, təcavüzə məruz qaldıqda bu qədər vəhşət hissi keçirirsə, onda vay olsun mənə ki, başdan-ayağa fəsada qurşanmışam. Nə üçün həya etmirəm?” Bundan sonra o qadından əl çəkdi və əbədi olaq öz həqiqi yolunu tapdı.["Səfinə”, 1-ci cild, səh.432]

    2-İmam Sadiq (ə) buyurur: Bəni israil tayfasında dindar və zahid bir kişi var idi. Onun arvadı da çox imanlı, təqvalı idi. O kişinin qardaşı padşahın sarayında qazı işləyirdi. Bir gün padşah üçün vacib bir iş qarşıya çıxdı. Qazıya göstəriş verdi ki, bu iş üçün dindar və təqvalı bir nəfər təyin etsinlər. Qazı dedi: Heç kəs bu işə mənim qardaşım qədər layiqli deyildir. Nəticədə bu işi ona təklif etdilər. Çox isrardan sonra onu bu iş üçün hazırladılar. O, səfərə gedərkən həyat yoldaşını öz qardaşına əmanət tapşırdı. Amma o qadının gözəlliyi qazının ixtiyarını əlindən aldı, ona aşiq oldu, ehtirasları tüğyan etdi. Bu səbəbdən xəyanət fikrinə düşüb qardaşının namusuna toxunmaq istədi və bu işi qadına izhar etdi. Amma o təqvalı qadının kəskin müxalifəti ilə qarşılaşdı. Qazı dedi ki, əgər razı olmasan, səni padşahın yanında zina ilə müttəhim edəcək, daş-qalaq etdirəcəyəm. Qadın dedi: Mən əyri yola getməyəcəyəm, hər nə istəsən, onu da elə. Nanəcib və təqvasız qazı şəhvətinin əsiri olduğuna görə nəcib və pak qadını padşahın yanında zina ilə müttəhim etdi, daş-qalaq edilməsinə hökm verərək qardaşının namusunu minlərlə daşların altında qərar verdi. Amma Allah taala qadını bu bəladan qurtardı və son nəfəslərində gecə ikən hərəkət etdi.["Fürui-kafi”, 5-ci cild, səh.556]

    Bu hadisədən nəticə alırıq ki, qadınlar təqva və iman xüsusiyyətlərinə malik olmasalar, nəinki ixtiyarsız halda özlərini qorumağa qadir olacaq, üstəlik adi şəraitdə də müxtəlif xəyanətlərdən əl çəkməyəcəklər. Onları bu xəyanətlərdən xilas edə biləcək yeganə amil təqva və pərhizkarlıqdır. Buna görə də islam dini həyat yoldaşının təqvasını ərin səadət və xoşbəxtliyində əsas şərt bilir. Bəzi hədislərdə qadının mənsub olduğu ailənin də təqva və pərhizkarlığı nəzərə alınmalıdır. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Həyat yoldaşı seçməkdə çox ehtiyatlı olun, çünki qadınlar öz qardaşlarının və bacılarının (oxşarını) dünyaya gətirirlər. Buna görə də həyat yoldaşının ailəsinin nəcabətinə və təqvasına diqqət yetirmək lazımdır.”["Kənzül-ümmal”, 2-ci cild, səh.295]

    Başqa bir hədisdə Həzrət buyurur: "Qızın gözəlliyinə aldanmayın, əksinə, onun ailəsinin təqvasını nəzərə alın.”["Biharul-ənvar”, 103-cü cild, səh.230]

    Yenə buyurur:

    "Ən pis və şər qadın o qadındır ki, təqvasız olsun, çirkin və xilaf işlər qarşısında etinasız olsun və vicdanı günah işdən azacıq da narahat olmasın.”["Məkarimül-əxlaq”, səh.202]

    İmam Sadiq (əleyhissalam) buyurur:

    "Heç vaxt qadının gözəlliyi və mal-dövlətinə çatmaq xatirinə onunla evlənmə. Çünki ola bilər ki, qadının sərvəti onu üsyankarlığa və tüğyana vadar etsin, gözəlliyi də onu həsədə və napaklığa çəksin. Buna əsasən, təqvalı və imanlı qadınlarla evlənin ki, ruhi aramlığa nail olasınız.”["Vəsailüş-şiə”, 2-ci cild, səh.535]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Hər insanın dünya və axirət xeyri dörd şeyin bir yerə yığılması ilə müyəssər ola bilər: 1-Allaha mütəvəcceh olan pak qəlb, 2-Allahın zikri ilə məşğul olan dil, 3-Ruzgarın müşküllərində və cismi xəstəliklərdə səbr; 4-Ərinin işlərində və onun namusunun qorunmasında kömək edən imanlı və təqvalı həyat yoldaşı.”["Rovzətul-müttəqin”, 8-ci cild, 103]

    Qadınlar adətən məhəbətli, atifəli və ürəyiyanan varlıqlardır, amma eyni zamanda çox həssas və emosional xüsusiyyətlərə malik olan varlıq olub əqli məsələlərdə, uzaqgörənlikdə onlarda zəiflik hiss olunur. Əvvəlki fəsillərdə bu barədə söhbət etmişdik. Buna əsasən, bu kimi ürəyiyanar insanlar lazımi vəfadarlığa, təqvaya malik olmasalar, şeytani fikirlər, yanlış və istismarçı mədəniyyətlər müqabilində, yadların, əcnəbilərin təhriki ilə ani olaraq öz yollarını itirir, məğlubiyyətə düçar olurlar. Bu barədə İmam Sadiq (əleyhissalam) buyurur:

    "Tamam əyar və imanı kamil olan qadın qara rəngli inəyin üstündə olan ağ bir nöqtəyə bənzəyir.”["Vəsailüş-şiə”, 14-cü cild, səh.20]

    Əlbəttə, o qədər imanlı, fədakar, şir ürəkli qadınlar vardır ki, təkcə özlərini deyil, həm də ərini və övladlarını təqvaya, insani kamala çatdırırlar. Başqa sözlə desək, ləyaqətli və ürəyiyanar insanlar məhz belə pak və təqvalı anaların mehr-məhəbbət dolu qucaqlarında böyüyüb tərbiyə almışlar.

    Ümidvarıq ki, bütün qadın və kişilər, onların ailə üzvləri tam agahlıqla təqva və pərhizkarlığa riayət edərək səadətə çatsınlar, nəfsani həva-həvəslərlə mübarizə aparsınlar, ictimaiyyətin və ailənin mənafeyini nəzərə alsınlar, özləri özlərinə hakim olsunlar. Bu xüsusiyyət hər şeydən üstündür.

    Süleyman peyğəmbərdən nəql olunub ki, həvayi-nəfsi təsxir edib ixtiyarına alan bir şəxs təklikdə bir şəhəri fəth edən şəxsdən çox-çox güclüdür.["Məcmueyi-vəram”, 1-ci cild, 60]

    Bəli, ola bilsin ki, bir kəs bütün dünyaya hökmranlıq etsin, amma öz nəfsinə qul olsun.["Nəhcül-bəlağə, səh.1182]

    Həzrət Əli (əleyhissalam) buyurur:

    "Hər kəs təqvanın əksinə hərəkət edərək həvayi-nəfsinə tabe olarsa, axirətini dünyaya satar.”["Qürərül-hikəm”, səh.650]
    ƏLLİ YEDDİNCİ FƏSİL
    QADININ ELMİ TƏHSİLİ

    Hər aqil insanın yaxşı xüsusiyyətlərindən biri kamal axtarmaqdır ki, müntəzəm surətdə ona doğru irəliləyir və bu yolda çoxlu müşküllərə dözür ki, məqsədinə çatsın. Onun kamalının nə olması və onu tanımaqda nəzərlər müxtəlif ola bilər və hər kəs müəyyən bir şeyi özü üçün kamal təsəvvür edə bilər. Amma kamalı əldə etmək yolunda hamı birdir, eşq ilə onun ardınca gedirlər. Əgər elm və agahlıq bəzilərinin təsəvvür etdiyi kimi, Mütləq Kamal olmasa da, şəksiz ki, onun səmərəli şaxələrindən biri olacaq. Hər kəs bu dünyada agah yaşamaq, dini, ictimai, ailə məsələlərini istənilən səviyyədə yerinə yetirmək istəsə, gərək elm kəsb etmək üçün çalışsın. Bu vəzifədə, şəhərdə və ya kənddə yaşamasından, varlı və ya kasıb, qadın və ya kişi olmasından asılı olmayaraq bütün insanlar müştərəkdir. Bu yolda, belə bir elmli cəmiyyət yaratmaqda təkcə özləri məsul deyillər, həm də bütün layiqli insanlar, hətta dövrün hakimiyyət orqanları lazımi şəraiti hazırlamaq üçün cavabdehlik daşıyırlar. Müqəddəs islam dini də bu səfalı və müşkül açan yolu daha agah və səfalı yaşamaq üçün, habelə həyatın, insanın kamala çatmaq sirləri kimi öz ardıcıllarına tövsiyə edir.

    Əli (əleyhissalam) bu gövhər dəyərli kəlamında buyurur:

    "Savadsız şəxsin savad qazanmaq üçün daha artıq həvəslə atdığı hər addım qədərində savadlı şəxsin də vəzifəsi budur ki, onlara elm öyrətsin, elmə, agahlığa və kamala doğru gedən yolu göstərsin.”["Nəhcül-bəlağə”, 470-ci hikmət]

    Musa ibni Cəfər (əleyhissalam) buyurur:

    Bu hədislərdən göründüyü kimi, bütün insanların və islam məktəbinin ardıcıllarının qarşılıqlı vəzifələri budur ki, həm elm öyrənərək nöqsanlarını aradan qaldırsınlar, həm də savadsızlara mümkün qədər elm öyrətmək üçün çalışıb bu sahədə əsaslı tədbirlər görsünlər.


    Ümumiyyətlə, islam cəmiyyəti o zaman canlı olar ki, elmi axtarışlarda, islami görüşlərdə lazımi həmahənglik yaratsın, özünün islam göstərişlərinə əməl etdiyini sübuta yetirsin. Çünki islamın davam etməsi elm və agahlığa bağlıdır. Bəlkə də Qurani məciddə heç bir məsələ elm qədər diqqət mərkəzində olmamış, bu qədər əhəmiyyət kəsb etməmişdir. Yalnız elm vasitəsilə həqiqi Allahşünas, arif olmaq olar.

    İslam aləminin rəhbəri əziz Peğəmbərimiz buyurur:

    "Elm-islamın həyatı, dinin sütunudur.”["Kənzül-ümmal”, 10-cu cild, səh.132]

    Yəni elm və agahlıq olmadan, varlıq aləminin sirlərinə vaqif olmadan, din hökmlərinə, ilahi nemətlərə agahlıq tapmadan heç vaxt islamın və Allahşünaslığın yüksək zirvəsinə çatmaq olmaz. Bu hədisdə necə də gözəl təşbihlə elmi dinin sütununa oxşatmışlar. Elm olmadan islamın və müsəlmanların bünövrəsi məhvə sürüklənir.

    Əli (əleyhissalam) Quranın və öz rəhbəri Həzrət Peyğəmbərin göstərişlərindən ilham alaraq elmsiz insanların ibadətini gözü bağlı şəkildə dəyirman daşını fırladan ulağa bənzədir. Belə ki, o nə qədər yol getsə də bir yerə çatmaz, yalnız o daşın ətrafına fırlanar.["Qürərül-hikəm”, səh.93]

    Bəli, bütün varlıq aləmində, xüsusilə islam aləmində hər bir müsəlman xüsusi bir görüşlə, dərin və dolğun fikirlərlə Allaha pərəstiş etməlidir və bu yolda dözümlülük göstərməlidir. Heç vaxt bir kəs lazımi agahlıq olmadan həqiqi müsəlman və arif ola bilməz.

    Qeyd etdiyimiz kimi, bütün insanların, xüsusilə müsəlmanların mədəniyyətli, savadlı cəmiyyət qurmaq üçün məsuliyyət hissi daşımasından əlavə, islam hökumətinin yüksək rütbəli məqamları da vəzifəlidirlər ki, camaatı elmə təşviq etsinlər, lazımi mərkəzlər və ürəyiyanar müəllimlərin tədris etməsi üçün şərait yaratsınlar, xalq qarşısında və bu ağır vəzifədə öz borclarını layiqincə yerinə yetirsinlər. Rəsuli Əkrəmin haqq canişini İmam Əli (əleyhissalam) buyurur:

    "Ey müsəlmanlar, sizin mənə qarşı borcunuz var və mənim də sizin qarşınızda bir borcum vardır. Mənim borcum budur ki, sizin üçün xeyirxah olam, mənafeyiniz istiqamətində hərəkət edəm, iqtisadi məsələlərdə də ehtiyaclarınızı mümkün qədər aradan qaldıram, sizin agahlığınız üçün elmin şah yolunu sizə göstərəm, cəhalətdən, savadsızlıqdan nicat verəm.”["Nəhcül-bəlağə”, səh.114]

    Əli (əleyhissalam) bu dəyərli kəlamında buyurur: "Rəhbərin ağır vəzifələrindən biri budur ki, camaata elm öyrətsin, ta ki, bədbəxtliyə, inhirafa düçar olmasınlar.”

    Əziz ölkəmiz İranda savadsızılığa qarşı mübarizə hərəkatının Həzrət İmam Xomeyninin tərəfindən təsis olunması və camaata elm öyrənməyi əmr edilməsi islam qanunları əsasındadır. İslam rəhbərinin vəzifəsi budur ki, əsaslı bir tədbir görsün. Çünki savadlı insanlar adətən düşmənlərin məkrli və aldadıcı planlarına, zəhərli təbliğatlarına inanmır, öz zəngin mədəniyyətini yadların inhirafçı və pozğun mədəniyyətlərinə qarışdırmır, Pərvərdigara şəkk əsasında ibadət etmir, öz vətəninə xəyanət etmir, həyatın sirlərini daha yaxşı dərk edir, cəmiyyətin mənafeyini öz şəxsi mənafeyindən ön plana keçirir.

    Qüreyş kafirləri Bədr müharibəsindəki məğlubiyyətin əvəzini çıxmaq üçün Mədinənin yanına–Ühüdə gəlib müsəlmanlarla müharibə etdilər. Bu müharibədə Peyğəmbərin mübarək bədəninə ağır yaralar dəydi, dişləri sındırıldı, alnı və üzü yaralandı. Bu dünya islahatçısının, asimani rəhbərin müqəddəs bədəninə o qədər yara dəymişdi ki, Həzrət yerə yıxılmışdı. Səhabələrin bəziləri Həzrətdən istədi ki, düşmən qoşununa qarğış etsin. Peyğəmbəri-rəhmət əllərini Allahın dərgahına qaldırıb belə dua etdi və bütün insanları özünün və dininin əzəmətinə vaqif etdi:

    "Pərvərdigara, müsəlmanlarla və Peyğəmbərlə müharibəyə gələn kafir və müharibə törədən milləti hidayət et, çünki onların agahlıqları yoxdur.”["Səfinətül-bihar”, 1-ci cild, səh.412]

    Diqqətə layiq məsələdir ki, Allahın Peyğəmbəri camaatın zülmkarlıqlarının, yağılıqlarının səbəbini cəhalət və savadsızlıq hesab edir və bu amili təkidlə buyurur. Təcavüzkar və bütpərəst qovmun savadsızlığını və nadanlığını islamla mübarizəyə qalxıb inhirafa yuvarlanmalarının əslas amili kimi bildirir. Bu islami hədislərə və qeyd olunan müqəddimələrə diqqət yetirməklə, sual yaranır ki, görəsən, qadın elm və kamal öyrənmək məsələsindən istisna olunurmu? "örəsən qadının təbiəti mütləq kamaldırmı və artıq kamal axtarmağa ehtiyacı yoxdur? "örəsən qadının elm əldə etmədən Allahı, lazım olan islami hökmləri tanımaq üçün kifayət qədər bacarığı varmı? "örəsən qadın o qədər güclü və agahdırmı ki, savadsızlığın törətdiyi çətinliklərdən amanda qalsın?
    ELMİN FƏZİLƏTİ VƏ ƏSƏRLƏRİ

    Burada lazım görürük ki, nümunə üçün elmin faydalarını qısa şəkildə bəyan edək. Həzrət Əli (əleyhissalam) buyurur:

    "Elm bütün yaxşılıqların, cəhalət isə bütün şərlərin köküdür.”["Qürərül-hikəm”, səh.29]

    Həzrət Əli (əleyhissalam) bu dəyərli kəlamında bütün səadət və xoşbəxtliklərin elmdən, agahlıqdan nəşət tapdığını, bütün ictimai və dini fəsadın cəhalətdən və savadsızlıqdan baş verdiyini bildirir. Agah və savadlı insan həm də dindar olsa, zərərlərin fəlsəfəsini bilər və heç vaxt camata zülm etməz, həqiqəti dərk edər, varlıq aləmini əbəs hesab etməz, cəmiyyətdəki və alilədəki yaşayışın keyfiyyətini bilər, elm nəticəsində insan cəmiyyətinə xidmət edər, yollarını azanları islah edərək onları həqiqi insan kimi qurar, ruhi xəstələrə fəlakətdən və bədbəxtlikdən nicat verər. Elm və agahlıq olmadan insanın təkcə özü savadsız, dərdli və müxtəlif müsibətlərə giriftar olmur, həm də öz cəmiyyətinə çoxlu zərər və ziyanlar yetirir. Əli (əleyhissalam) bu barədə buyurur:

    "Cəhalət və savadsızlıq ən böyük müsibətlərdəndir.”["Qürərül-hikəm, səh.174]

    Başqa bir hədisdə elmi fəzilət və şərafətin ən yüksək nöqtəsi kimi təqdim edir, belə ki, heç nə ondan irəlidə deyildir.["Qürərül-hikəm”, səh.72]

    Elm və onun kəsb olunması islamda o qədər möhtərəm və dəyərli hesab olunur ki, savadsızları hətta insan hesab etmir. Çünki hər insanın insanlığı onun elmi kamalı ilə bağlıdır, əks halda heyvanlardan əsla fərqlənməyəcəkdir.

    Əli (əleyhissalam) buyurur:

    "Yalız elmi kamal ardınca olan şəxsləri, istər elm öyrənən olsun, istərsə də təlim verən, insan adlandırmaq olar, yerdə qalanlar isə dəyərsiz məxluqlardır.["Qürərül-hikəm, səh.302]

    "Biharül-ənvar”ın 1-ci cildinin 187-ci səhifəsində bu hədisin oxşarı azacıq fərqlə İmam Sadiq (əleyhissalam)-dan nəql olunur. Orada deyilir ki, "vəlhəməcu finnar” yəni yerdə qalanlar cəhənnəm odundadırlar.

    İmam Baqir (əleyhissalam) buyurur:

    "Camaat üç dəstədir: 1-alim və agah insanlar, 2-təhsil alan tələbə, 3-dəyərsiz çör-çöplər.”["Üsuli-kafi”, 1-ci cild, səh.134]

    Əli (əleyhissalam) buyurur:

    "Ey insanlar, elm öyrənin və hikmət ardınca olun, bundan başqa bir yol seçməyin.”["Qürərül-hikəm”, səh.566]

    Bildiyimiz kimi, Quran və hədislərdə dini göstərişlər və ilahi hökmlər hamı üçün bir səviyyədə verilmişdir. Başqa sözlə desək, ilahi fərmanların verilməsində qadınla kişi arasında fərq yoxdur. Kişi üçün bəyan olunan hər hökmdə qadın da şərikdir. Alimlər və din böyükləri bu barədə yazırlar ki, qadınlar yalnız bir neçə işdən istisna olunurlar:

    1-hökumət işləri, 2-məhkəmə işləri, 3-ibtidai cihad, 4-başqalarına fətva vermək, 5-müşavir olmaq.

    Əlbəttə, qadınlara məxsus olan hicab, övlad tərbiyəsi və s. kimi işlərin bəhsi ayrıdır.

    İslam qadınlara icazə verir ki, hicaba, iffətə riayət etməklə kişilər kimi elm öyrənib ali kamallara nail olsunlar, müxtəlif məsələlərdə öz nəzərlərini bildirsinlər, ictihad edib öz fətvalarına əməl etsinlər. Amma başqalarına fətva verməyə haqları yoxdur və sair şəxslər onlara təqlid edə bilməz. Mərhum Əllamə Təbatəbai qadınların müxtəlif sahələrdə çəkdikləri zülmləri bəyan etdikdən sonra buyurur:

    "Qadın da kişi kimi, çoxlu ictimai məsələlərdə və hüquqlarda müstəqil ixtiyar sahibidir. İşləmək, əməklə məşğul olmaq, hüquq, irs, ticarət, peşə, təlim-tərbiyə, tibb bacısı və s. kimi işlərdə tam azaddırlar və onların ixtiyarları möhtərəm sayılır.”["əl-mizan” təfsiri, 2-ci cild, səh.284]

    Deməli, qadınla kişinin hüququnun müştərək olduğu yerlərdən biri də təhsil və təlim-tərbiyədir. Qadının islami hicaba, iffət məsələlərinə riayət etməklə elm öyrənməsi istəniləndir, üstəlik islam dininin göstərişlərinə və fəqihlərin fətvasına uyğun olaraq bəzi hallarda vacib olur ki, onların bəzilərinin dəlillərini qeyd edərək qısa şərhlə kifayətlənirik. İmam Sadiq (əleyhissalam) buyurur:

    "Elm öyrənmək bütün insanlara və hər bir halda vacibdir.”["Biharul-ənvar”, 1-ci cild, səh.172]

    Çünki elm öyrənmək həqiqi səadət, xoşbəxtlik və kamala çatmaq amilidir və bu sifət agah insanlar üçün lazım və zəruridir. İslam Peyğəmbəri (s) buyurur:

    "Elm öyrənmək (tələb etmək) bütün müsəlmanlara vacibdir. Agah olun ki, Allah taala elm hərislərini sevir.”["Kafi”, 1-ci cild, səh.30]

    Əli (əleyhissalam) ümumi bir göstərişdə buyuruyr:

    "Hikmət möminin itiyidir, onu əldə edin, hətta elm sahibi və müəllim münafiq olsa belə.”["Nəhcül-bəlağə”, 75-ci hikmət]

    Həzrət başqa bir kəlamda buyurur ki, mömin və agah insanın elm əldə etmək üçün heç bir bəhanəsi yoxdur, hər şəxsdən və hər yerdən olsa belə, elm əldə etməlidir. Elm və biliyin əldə edilməsini dini və ilahi bir vəzifə kimi bəyan edən bu hədislərə diqqət yetirsək, onun əhəmiyyətində şübhəyə yer qalarmı? Bu hədislərdəki "kullu müslim” qadınlara da şamil deyildirmi? "örəsən bu ehtiyacları qadın və kişi arasında olan sair müştərək hökmlərdə mülahizə edib qadınları həmin hökmlərdən istisna etmək olarmı? Xoşbəxtlikdən bəşər dünyasının böyük rəhbəri Peyğəmbəri Əkrəmin mübarək kəlamında oxuyuruq ki,

    "Elm və bilik kəsb etmək, islam elmlərini öyrənmək bütün qadın və kişilərə vacibdir.”["Biharul-ənvar”, 1-ci cild, səh.172]

    "Müslimətun” qeydi olmadan da bu kəlmənin həm müsəlman qadınlara, həm də müsəlman kişilərə aid olmasına baxmayaraq həzrətin sonuncu buyuruğuna əsasən, elm öyrənməyin qadınlar üçün də vacib olmasına (şəkk edənlər üçün) heç bir şübhə yeri qalmır.

    Əlbəttə, qeyd olunmalıdır ki, vacib elmlər–ilk növbədə dini vacibatlardır, istər etiqadi, üsuli din, əhkam məsələləri, istərsə də Peyğəmbər sünnəti olsun, dini vəzifəyə əsasən hər qadına və kişiyə vacibdir ki, ehtiyac duyulan məsələləri və əhkamları öyrənsinlər. Mərcəyi-təqlidlər və fəqihlər "Tovzihul-məsail”in 11-ci məsələsində bu əsasda fətva vermişlər. Əgər bir kişinin arvadı öz şəri məsələlərini bilməsə, bu halda əri bilirsə, ona vacibdir ki, arvadına öyrətsin; əks halda qadına vacibdir ki, etiqadi və əhkam məsələlərini evdən kənarda (lazımi məsələlərə riayət etməklə) əldə etsin. "Cəvahirül-kəlam” kitabının 31-ci cildinin 341-ci səhifəsində ona işarə edilir. Amma sair elmlərə gəldikdə isə, onlar əxlaqi və islami məsələlərə riayət etməklə qadınlar üçün kamal və ləyaqətdir. İctimaiyyətin zəruri məsələləri onun təhsil almasını vacib edirsə, bəzən kifai-vacib həddinə qədər vacib olur. Biz bu barədə sonrakı fəsildə bəhs edəcəyik. Amma islami əhkam və məsələlərə riayət etməkdən əlavə, ərli qadına vacibdir ki, ərindən icazə alsın, ərinin icazəsi olmadan bu iş haram və qadağandır.
    HƏDİSLƏRİ ARAŞDIRAQ

    Bu fəslin axırında sual yarada bilən bir məsələni araşdırırıq. Belə ki, əxlaqi yönlərə malik olan bəzi islami hədislər "Yusif” surəsinin qadınlara öyrədilməsini qadağan edir. Rəsuli Əkrəm (s) buyurur:

    "Qadınları uca mərtəbələrdə sakinləşdirməyin və onlara yazı öyrətməyin.”["Vəsailüş-şiə”, 14-cü cild, səh.27]

    Əli (ə) buyurur:

    "Yusif surəsini öz qadınlarınıza öyrətməyin və bu surəni onlara oxumayın. Çünki o surədə bəzi fitnələr vardır.”[Fürui-kafi”, 5-ci cild, səh.516]

    Əgər azacıq diqqət yetirsək, məlum olar ki, qadınlra yazı öyrtəmək onların yüksək məvrtəbələrdə yaşaması ilə birlikdə qadağan olunmuşdur. Belə bir sual yaranır ki, görəsən qadınların uca mərtəbələrdə yaşamasını qadağan edirmi? Əgər hədisin birinci hissəsi əxlaqi yönə malik olub qadınlrın nəzarət aalatında olmasını siğfariş edirsə, təbiidir ki, ikinci xədis də həmin nmənada onların nəzarət altında saxlanmalarnı tövsiyə edir. Yəni təhsil ilə yanaşı qadın iffət, hicab, təqvaya da riayət etməli, qanuni yolla təhsilindən bəhrələnməli, inhiraflara, əxlaqi süqutlara düçar olmamlıdır. arvadların həyat yoldaşlarına vacibdir ki, öz övladların və qadınlarını nərzarət altında saxlasınlar ki, elm yadı və təhsildən sui-istifadə etməsinlər. Ola bilər ki, bir nəfəzr qadın inhirafçı amillərin təsiri nəticəsində onun vahiməli və acınacaqlı nəticəsini düşünmədən azdırıcı məktublar yazsın, cavanlrı fəsada və əxlaqsızlığa çəksin və beləliklə də islam cəmiyyətinin gününü qara edib əxlaqi inhirafa çəksin. Sözügedən hədislər də münasib xəbərdarlıq verməklə belə şəxslərin törədə biləcəyi xətərləri xatırlatmış və möhtərəm qəyyumları daha artıpq nəzarəntə təşviq edir, Bu hədisdən heçc vaxt qdıların yazı yazmalarının haramlığın çatdırmır. Hədisini birinci hissəsi qadınlrın uca mərtəbələrdə yaşamasından çəkindirir, və bu bizim müddəamıza möhkəm bir dəlildir. Yəni qadın uca mərtbəli evlədrdə özünü nə qdər qorumalıdırsa, və nlaməhrəmlərin gözündən uaqda qalmalırısa, ərlərinə vacibdir ki, öz övladl və arvadlrını belə yerlərdə nəzarət altında saxlasınlar, qadınlara yazı öyrətmək məysələsi də eynilə. "Yusif” surəsinin qadınla öyrədilməsii nəhy edən "Nur” surəsinin öyrədilməsini isə atəşviq edən ikinci hisssəsində isə yenə də məsələ eynilə təkrar olunur. Qur.anın öyrədilməsi barəsində mötəbər islam hədislərində çoxlu hədislər gəlmişdir. Hanısı göstərir ki, quranın hamısının öyrədilməsidir. amma "Yusif” surəsi Züleyxanın şeytani əməllərə ətrafında və onun Həzrət Yusifə xəyanətləri barəsində danışdığından, məhz bu səbəbə görə bu surənin onlara öyrədilməsi gərək ehtiyatla, münaysib təfsirlə olsun. Bu halda Qur.anın bu hissəninin iöyrədilməsi həeç də mənfi təsir qoymur, əksinə, qadınları hər növ oxşar hiyləgərlik plalanlarından, inhirafçı həvəslədən vakisnə edir. Bununda şahidi hədisin azrdıdır ki buyrur "əvəzində onlara "Nur” surəsini öyrədin, çünki, bu mübarək surədə iffət, paklıq və hiclabdan bhs olunur. Bu hədislərdəki mövcud şahildlərdən əlavə, din böyükləri dvə fəqihlər öz kitablrında müxtəlif rəvayətlər qeyd etmişlər ki, hamısı buyurur ki, bu hədisdən qadınlara yazı və "Yusif” surəsinin öyrədilməsinin haram olmasını göstərmir, əksinə bu qəbildən olan hədislər əxlaqi yönə malik olub qadınların daha artıq nəzaərt aldtında saxlanmalarını işarə edir. Həmçinin, bu surə Quranın bir hissəsidir və Quranı Allah-taala hidayət və nur kimi təqdim edir.
    HƏDİSLƏRDƏ ELMDƏN–İSLAMİ VƏ DİNİ ELMLƏRDƏN BAŞQSINA DA AİDDİRMİ?

    Olaa bilrə ki, bəzi imanlı şəxsələr təsəvvür edə bilərlər ki, elmdən məqsəd yalnız din elnmləri və isla hökmləridir. Cavabda qeyd edilməlidir ki, islami elmlərin əhəmiyyəti daha ratıq və daha zəururidir, hər bir müsəlmana vacibdir ki, bu elmələri öyrənsin. Amma sair elmələr və onların zəruriyyətləri də unudulmamlıdır. Əgər bu ali cənab möminlər müəyyən qədər dərindən fikirləşsələr, bilrələr ki, əgər üsəlman qadınlar misal üçün həkimliyi oxunmasaslar, qadınlara aid olan doğuş,. cəraahlıq, diş çəkmə, iynə vurulması, rentgenə salınması, və s, kimi işlərdə nə etmkəlidirlər? Doğrusu, heç layiqdirmi belə həssas anlrda camaatın namusu naməhrəm şəxslərin vasitəsi ilə nə edilməlidir. "örəsən qadının təhsil müşküllrəni dözmək lbu işkalı edənlərə daha asyandır, yoxsa qadınmların cərrahiyyə doğuşunun aməhzrəmlərə tapsşırmaq? Mən soruuşmaq istəyirəm ki, hansı alim mütəffəkir və müqəddəs insanı tanıyırsınız ki, naməhrəm həkimi əlli onun məhrəmininbədəninə dəysin? Aya bebə olan surətdə yenəmi vəzifə qadınların mamalıq dərslərinin həkimliyinin qadağan olunmasıdır? Labüd olaraq cənbalar Peyğəmbəri Əkrəmin bu hədisinə istianad etmişlər:

    "Elm üçdür: 1-etiqadi elmlər, 2-islam hökmləri, 3-Peyğəmbər sünnəti["Kafi”, 1-ci cild, səh.32]

    Bu dərəyərli hədis bu elnlərin dəyərinin sair ellərdən artıq olduğunu çaotdırır, amma heç də sair elmlərin dəyərini göstərən sair elmləri nəfy edə bilməz, İndi sizin diqqətinizi iki nümunəyə cçəblb edirik ki, künün elməniəelm adı verilmiş və onun əhəmiyyətində çoxlu tövsiyələr edilmişdir.

    Əli (ə) bu dəyərli kəlamında buyrur:

    "Elm 4 qismdirr: 1-din elmələridir ki, dinləri və məzhəbləri tanımaq üçüündür. 2-təbabət elmidir ki, xəstəliərin müalicəsi üçün olan həkimlik, 3-kəlamın dürzgün deilişi üçün ədəbiyyat elmi, 4-nücum və ulduzların tanınması, zamanın və vaxtın təyin edilməsi üçün.["Biharul-ənvar”, 1-ci cild, səh.218]

    Bu hədisdə günün elmi olan həkimlik, ədəbiyyat, həkimlik, məntiq, nücum və sairəyə elm adı verilmişdir. Buna əsasən, elmin tə.rifi və fəziləti qeydsiz kətirildiyinə görə sair elmlərə də aid edilir. İmam Sadiq (ə) buyurur:

    "Allah taala bütün insanlara, istər yaxşı lsunlar, istirsə də pis, minnət qoymuşdur ki, böyük nemət olan yazı yazmağı və riyaziyyatı onlara mərhəmət etmiş və əgər bu iki emət olmasyadı, insanlar çoxlu səhvlərə düçar olardı.”["Vəsailüş-şiə”, 12-ci cild, səh.294]

    Əziz oxhucular gərək bu hədisdəki iki mühhüm məsləyə diqqət yetirsinlaər: bizrrincisi budur ki, Allahın nemətləri sayılmaqla qurtaran deyil və bunların hatmısını bəşər üçün yaratmışdır. "İn təuddu nimətəllahi, la tuhsuha”. Amma bu negmətlərin müqabilində bizə heç bir minnət qoymamış, hamısını ilahi lotfdən səzrçeşmə götürür. Amma bə.zən o nemətin böyüklüyünə və zəmətinə diqqət yetirmək üçün həmin nemətin vrlığını bizlərə xatırladır, necə ki, quranda bu məsləyə tonxunur:

    "yəni Allah taala möminlərə minnət qoyub ki, onların öz cinsindən onların hidayəti üçün bir peyğəmbəri məbus etdi,.["Ali-imran” surəsi, ayə:164]

    Bu hədisdə də yazıçılıq, hesab, riyaziyyat, böyük risalət neməti kimi bbəsşərə minnət qoyulmuşdur. Əgər o ayədə yalnız möminlərə minnət qoyulurdusa, bu hədisdə isə istər yaxşı,istəvrsə də pis isanlara bu böyük və ilahi neməti mərhun edir ki, bu da bu elmlərin əzəmətindən söz açır.

    İkinci məsələ budur ki, "ələnnas" kələməsi bütün insanlara kişi və ya qadın olmalarından asılı olmayaraq aid edilir və "birrəhum və facirəhum” kəlmələri onu təkidləndirir. Buna əsasən, yazıçılıq, riyaziyyat qadınlarınbarəsində də vadrdır və bizim dediklərimizi atəsdiq eedir. Deməli bunümunələrdən nətihcə alırıq ki, elm heç də e.tiqad və islami hökmlərdə xülasələnməyib əksinə onun geniş bir mənası vardır ki, əqdəti, əhkgam və sünnət onun ən yüksək nümunələrindəndir və kişi və ya qadın olmasınddan sasılı olmayaraq bütün müsəlmanlara vacibdirki, imkan daxhilində bütün elmləri öyrənsitnlər, amma müqəddəs islam şəriətini öyrənib öyrədilməsini harm edən elmlərdən başqa sehr və cadugərlik kimi.
    ELMİN, TƏHSİLİN FƏZİLƏTİ

    Bu fəslin axırınd elm təhsilinin fəziləti barəsində bir neçə hədisi diqqətinizə çatdırırıq. Həzrət Peyğəmbər (s) buyurur:

    "Elm kgəsb eatmək üçün bir saat oturmağın savabı Allah dərgahında 12 min dəfə quranı aıxıra çıxmaqdan daha artıqdır.”["Biharul-ənvar”, 1-ci cild, səh.203]

    Bəli, ola bilər ki, bir nəfər 12 min dəfə Quranı xətm etsin, amma öz vəzifəsini asyırd edə bilməsin və azğınçılıqda qalsın. Amma elnm əldə etmək insan üçün həqiqi mərifət və kamal gətirir və haram-halalı bir-birindən seçə bilir. Rəsluli Əkrəm (s) başqa bir hədisdə buyurur:

    "Təqvalı tələbinin məqam və mənziləti Allah olunda cihad edən mücahidin savabından daha üstündür.”["Kənzül-ümmal”, 10-cu cild, səh.143]

    Həzrət başqa bir hədisdə buyurur:

    "yir fəqih şeytana qarşı minadpbiddən daha siddətlidir.”["Kənzül-ümmal”, 10-cu cild, səh.155]

    Bu hədis və yaələrdən bulə nəticə alırıq ki, elm əbədi həyatın səbəbi, həm qadın və həm də kişi üçün olub Allah dərgahıa yaxınlaşmaq lamilidir. Agahlıq və elm əldə etmək qadın və kişinin məsuliyyətlərini və vzəfilərini ailədə, cəmiyyətdə tanımağa, övladların tərvbiyə edilməsində ölkəyə vətənə xidmətdə ayırd edir. Elm öyrənməyin fərdin özünə vacib olmasından əlavə, cəmiyyətin müqəddəratında ailənin və ölbkənin quruculuğunda və onun mədəniyyyətində lazımi təsir qooyur. Agah qadın və kişi mədəniyyətli olduğuhalda çox az haalarda inhirafçıların xain lərin tələsinə düşür, əksinə öz agahlıqları ilə həmisşə onların məkrli ciylələrini ifşa edirlər. Bundan əlavəv, müsəlmln qadın və kişilərin cahil və stvadsız qalmaıps din düşmənlərinin istəyi olub islamın əsl yolundan müsəlmlnların sirəsindən çıxmaqdır. S

    Məşhur sünnü alimlərindən olan ibni Həcər Əsqəlani "Əl-isabətü fi təmyizissəhabə” adlı kitabının 15-ci cildinin 219-cu və 483-cü səhifəsində Rəslui Əkrəmin səhabələrindən 1552 nəfərini qadınların adını çəkmişdir ki, onlar fiqh, xhədis, tarix və s.kimi mənbəsidir. Həmçinin ibni Əsir, "Üsdül-ğabə” kitabının 5-ci cildinin 389-643-ə qədər Peyğəmbəri Əkrəmin qladınlarının şərhi-halını başlamışdır ki, hər biri dövrün kişiləri kimi müxtəlif elmlərə yiyələnmişlər. Belə olan halda nə üçün bizim ölkəmiz qadnların dərs oxumaları ilə hicaba, ilami əxlaqa riayət etməklə elm öyrənmələrini irad tuturlar? Əgər biz hmüsəlmanıqsa, islam elm və agahlıq dinidir,. cəhalənt və savadsızlıqla kiskin mübarizə aptarır. xüsusilə, İran müsəlmanlrı Peyğəmbəri Əkrəm tərəfindən təriflənmiş və buyrmuşdur ki, Əgər elm asimanlarda Sürəyya ulduzunda olsa belə, iranlılardan bir qrupu ona yol tapacaqlar.["Biharul-ənvar”, 1-ci cild, səh.95]

    Allah taala bizim hamımıza agahlıq və lazımi elm əldə etməyə tövfiq versin. Vəzifəmizi millətə və vətənimizə xidmət etməyi inayət etsin.


    Category: Islamda evlənmə və ailə hüququ-2 | Views: 1254 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024