İYİRMİ BİRİNCİ FƏSİL LAYİQLİ HƏYAT YOLDAŞININ ZAHİRİ ƏLAMƏTLƏRİ
Evlənmənin əsas məqsədlərindən biri də cinsi ehtiyacların təmin olunması, qadın və kişinin ruhi aramlığına, asayişinə nail olmaqdır. Qadın və kişi bir-birinə qarşı nə qədər ideal olsalar və təqva, dindarlıqdan əlavə, zahiri gözəlliklərə də malik olsalar, bir o qədər də bir-birinə sevimli, səmimi olacaqlar. Buna əsasən, gözəllik, yaxşı idarəçilik, bacarıq, elmi kamallar və s. bütün bunlar bu məsələdə təsirlidir. Məsum rəhbərlərimiz də bu barədə müxtəlif kəlamlar söyləmişlər. Həzrət Əmirəl-möminin Əli (əleyhissalam) buyurur:
"Buğdayı, iri gözlü, budları ətli (yoğun), boyları layiqli və normal həddə olan (nə çox uzun, nə də çox qısa) qadınlarla evlənin. Əgər bu müqəddəs peyvənddən peşman olsanız, mən onun mehriyyəsini verərəm.”[278]
Rəsuli Əkərm (səlləllahu əleyhi və alih) buyurur:
"Ümmətimin ən yaxşı və ən layiqli qadınları zahirdə gözəl, mehriyyəsi ən az olan qadınlardır.”[279]
Həzrət başqa bir hədisdə buyurur:
"Müsəlman kişinin səadətlərindən, xoşbəxtliklərindən biri də budur ki, onun gözəl və dindar həyat yoldaşı olsun.”[280]
Həzrət yenə buyurur:
"”özləri mavi rəngli olan qızlarla evlənin, çünki onlar xeyir-bərəkət səbəbidir.”[281]
Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:
"”özəl surət–səadətin əvvəlidir.”[282]
Yəni hər kəsin bədən quruluşunun gözəl, normal olması onun ilk xoşbəxtliklərindən sayılır.
İmam Riza (əleyhissalam) buyurur:
"Kişinin sadətlərindən biri budur ki, gözəl və dərisi ağ olan həyat yoldaşı olsun.”[283]
Bu hədislərdə həyat yoldaşının bəyənilən zahiri sifətlərindən bəziləri bəyan olunur və onlara riayət olunması xoşbəxtlik və bərəkət səbəbi bildirilir. Bu xüsusiyyətlərə riayət edilməsi şəksiz, mehr-məhəbbətə, səfa-səmimiyyətə səbəb olur, övladların hətta bəzi ruhi və zahiri yönlərində də əsaslı rol oynayır. HƏYAT YOLDAŞI SEÇMƏKDƏ DAHA ARTIQ TƏHQİQAT
Məsum rəhbərlərin həyat tarixi və mərcəyi-təqlidlərin fətvaları göstərir ki, həyat yoldaşı seçərkən aparılan araşdırma nə qədər dərin olarsa və onun zahiri və batini xüsusiyyətləri daha artıq diqqət mərkəzində olsa, bir o qədər nəticəsi daha yaxşı və qənaətbəxş olacaqdır. (Əlbəttə, həddindən artıq vasvaslıq etmək ziyanlı və xətərlidir.) Evlənmədən əvvəl qızın başına və üzünə baxmaq İslam nəzərindən zəruri olmaqla yanaşı, bu barədə lazımi tövsiyələr edilmiş, böyük şiə alimləri bu barədə fətva verərək onu icazəli, hətta lazım və zəruri hesab etmişlər. (23-cü fəsildə qeyd olunacaq.)
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) və Məsum imamlar evlənmədən qabaq bu məsələyə riayət etmiş, özləri diqqət yetirməkdən əlavə, bəzi qadınları da onlar barəsində təhqiqat aparmaq üçün seçirdilər. Öz ardıcıllarına da bu yolu getməyi tövsiyə etmişlər.
İmam Sadiq (əleyhissalam) buyurur:
"Hərgah sizlərdən biri evlənmək istəyərsə, evlənmək istədiyi qadının, üzü barəsində soruşduğu kimi, saçları barəsində də soruşmalıdır. Çünki saç, iki gözəllikdən biridir.”[284]
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) bir qadınla evlənmək istədikdə, o qadına baxa biləcək bir nəfəri təyin edir və ona buyururdu ki, o qadının boynunu iyləsin; əgər boynunun iyi yaxşı olsa, deməli, o qadının özü də ətirli və gözəl iylidir. Həmçinin, onun ayağının üstünə də baxsın; əgər ayaqlarının, topuqlarının üstü ətli və böyük olsa, deməli, o qadın ürəyəyatan qadındır.[285]
Hədislərdə bəzi qəbilələrin zahiri və batini xüsusiyyətləri bəyan edilmiş, kişilərin ürəyinə yatan həyat yoldaşı İslamı qəbul etməkdən sonra ən böyük nemət kimi təqdim edilmişdir. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:
"Allaha iman gətirib İslamı qəbul etdikdən sonra heç bir fayda və nemət əri onu gördükdə xoşhal olan müsəlman həyat yoldaşının dəyərinə çatmaz.”[286]
Bu hədislərdən aydın olur ki, zahiri gözəl sifətlər də batini sifətlər kimi, ərin məhəbbətini cəlb etmək, səfa-səmimiyyət yaratmaq üçün əsas rol oynayır, onlara riayət etmədən uzun və daimi həyat heç də ürəkaçan olmayacaqdır. Məsumlar (əleyhissalam) insani kamal və təqva nümunəsi olmaqla bu vəsfləri adətən mülahizə etmiş, öz ardıcıllarına da evlənmə məsələsində həyat dərsi vermişlər. Biz müsəlmanlara vacibdir ki, bütün ehsasatlı cavanları bu barədə və bu müqəddəs işdə ayıldaq, onları uzun müddət yaxalarına keçə biləcək qəti peşmançılıq və məğlubiyyətdən qoruyaq. HƏYAT YOLDAŞININ BACARIĞI VƏ FƏALİYYƏTİ
Həyat yoldaşının məişətin və ev idarəçiliyinin müxtəlif yönlərindəki məharət və bacarıqları İslam dinində xüsusi yer tutmuş və bu xüsusiyyətlər onların imtiyazları hesab edilmişdir. Qadının evin daxilindəki gözəl idarəçiliyi, kamal və bacarıqları, texniki peşələri, iqtisadiyyatı, iaşəçilikdə və nəhayət uşaq böyüdüb tərbiyə etmək bacarığına, qabiliyyətinə malik olması ərinin abır və heysiyyətində, şəxsiyyət və məqamında çox təsirli olacaqdır. Əgər qadında qeyd olunan bu xüsusiyyətlərin hər hansı birində müəyyən qədər nöqsanlar irəli gələrsə, ola bilər ki, ərinin heysiyyəti ləkələnsin. Cavan qızlar bilməlidirlər ki, onların ər evindəki müvəffəqiyyətlərindən biri onun ər saxlamaqda və ev idarə etməkdəki bacarığına, kamalatına bağlıdır. Onlar ər evində öz ata-ana və qohumları ilə birlikdə olmayacaq. Bu halda onların hər növ zəifliyi onun xoşbəxtliyində və taleyində təsirli olacaqdır. Buna əsasən, ər evində yerinə yetirməli olduqları vəzifələri evlənmədən öncə öyrənməlidirlər. İmam Sadiq (əleyhissalam) buyurur:
"Sizin qadınlarınızın ən yaxşısı o qadınlardır ki, ətirli, pak olsunlar, ev saxlamaqda, iaşəçilikdə məharətli olsunlar, qonaqları qarşılamaqda, fəqirlərə ehsan eləməkdə və sair hallarda xoşhallıq hiss etsinlər, israf və yersiz xərclərə yol verməsinlər. Əgər belə olarsa, bilsinlər ki, onlar Allahın yer üzündəki işçiləridir və həyatda heç vaxt onlara peşmançılıq üz verməz.”[287]
Əsas etibarı ilə ailədə yaranan ixtilaflar müəyyən bir səbəb olmadan təsəvvür oluna bilməz. Əgər arvad kişinin hüquqlarına riayət eləsə, övladın tərbiyə işlərini yerinə yetirsə, ərinin abır-heysiyyətini məharətlə qoruyub yüksəltsə, həyat yoldaşının qonaq və qohumlarını yaxşı qarşılasa, lazım olan yerlərdə düzgün məsrəflərin qarşısını almasa, ərinin mal-dövlətini başqalarına təqdim edərək əyyaşlıq, eyş-işrət yolunda sərf etməsə, şübhəsiz belə bir fərd həmişə müvəffəq olar və heç vaxt peşmançılıq görməz.
Bu fəslin sonunda böyük din rəhbərlərinin həyat yoldaşının layiqli sifətləri barəsində buyurduqları kəlamları qeyd edirik.
Böyük din xadimləri və fəqihlər o xüsusiyyətləri bəyan edərək buyurmuşlar ki, həyat yoldaşı gərək aşağıdakı xüsusiyyətlərə malik olsun:
1-Onun ailəsi və ailə üzvləri dəyanətli, təqvalı və mədəniyyətli olsun;
2-Bakirə olsun (bu, daha çox təkid edilmişdir);
3-Daha çox doğan (nəsildən) olsun;
4-İffətli və həyalı olsun;
5-Ərinə qarşı məhəbbəti olsun.[288]
Əlbəttə, bunu da qeyd etməliyik ki, bu qeyd olunan və rəvayətlərdə gələn xüsusiyyətlərin bəzisi evlənmədən əvvəl qeyri-mümkündür.
Axırda bu məsələni də qeyd edirik ki, həyat yoldaşının zahiri bəyənilən xüsusiyyətləri o vaxt dəyərə və məziyyətə malik olur ki, lazımi təqva, dəyanət və mənəvi kamalla birgə və rəzil sifətlərdən uzaq olsun. Əks halda, bədənin normallığı, gözəlliyi və sair kimi sifətlər ərin çiynində ağır yükdən başqa bir şey olmayacaqdır. Həzrət buyurur:
"Hər kəs bir qadınla onun (yalnız) gözəlliyinə görə evlənərsə, Allah taala o qadının gözəlliyini kişinin boynunda bir yük edər.”[289]
Bəli, mənəvi gözəlliklər olmadan zahiri gözəlliklər insana dərd-bəla gətirər. İYİRMİ İKİNCİ FƏSİL EVLƏNMƏNİN MANEƏLƏRİ
İslam dinində evlənmə üçün təkidli göstərişlər verilməsinə, bu müqəddəs işin təbii və cahanşümul bir iş olduğuna, habelə cavanların məxsus yaş həddinə çatdıqdan sonra evlənməkdən başqa bir çıxış yolu olmadığına baxmayaraq, eyni zamanda görürük ki, bu ilahi peyvəndin yollarında bəzi maneələr qarşıya çıxır, bu xeyir işin baş tutmasına mane olur, nəticədə əziz cavanlar cinsi qərizənin böhranlı dövrlərində, adətən, evlənmə mərasiminə hətta yaxın düşməyə belə macal tapa bilmirlər. Bizim nəzərimizə görə bütün bu amillər içərisində dörd mühüm amil evlənməyə daha çox maneəçilik törədə bilər:
1-Ağır xərclər
Mövhumatçı, yanlış adət-ənənələrə sadiq qalmaq, evlənmə xərclərini artırmaq, yersiz təvəqqelər və sair kimi işlər evlənmə mərasiminin cəmiyyət səviyyəsində icra olunmasına mane olan amillərdəndir. Bu işdə yersiz arzuları yerinə yetirmək, onu həddindən artıq eyş-işrət və üzücü xərclərlə təşkil etmək, təbiidir ki, evlənmə məsələsini qeyri-mümkün edir və ya aşağısı ağır vəziyyətə gətirib çıxarır.
Belə olduqda son dərəcədə təəssüflə qeyd etmək lazımdır ki, cəmiyyətə nümunə olmalı olan bəzi böyük mürəbbilərin özü də qohum-əqrəbanın, cəmiyyətin təsiri altına düşərək bəzi hallarda özlərini o qədər məftun edirlər ki, hətta haram işlərə də düçar olurlar. Buna görə də şəriətdə qadağan olunmuş bəzi hallarda israfa yol verməkdən əlavə, öz kürəkənləri üçün qızıl əşyalar qızıl üzük, qızıl saat və s. alırlar, halbuki, İslamda kişilərin qızılla zinətlənmələri haramdır. Yaxşı olar ki, bu böyük insanlar öz ailə və cəmiyyətlərinə İslami boya, rəng versinlər, Peyğəmbərin və Məsumların sünnətinə tabe olsunlar və Allah eləməmiş, müxtəlif amillərin, o cümlədən, cəmiyyətə və bəzi ailələrə hakim kəsilən yanlış adət-ənənələrin təsiri altına düşməsinlər.
Allah taala "Əhzab” surəsinin 21-ci ayəsində buyurur:
"Həqiqətən siz müsəlmanlar üçün Allahın Rəsulunda gözəl nümunələr vardır.” Ey müsəlmanlar, ictimai və şəri məsələlərin bütün yönlərində bacardığınız qədər Rəsuli Əkrəmə tabe olub onun həyatını, davranış və xüsusiyyətlərini özünüzə nümunə götürün, o Həzrətin bu müqəddəs işi necə də sadə tərzdə əməli olaraq yerinə yetirdiyinə diqqət yetirin. İmam Baqir (əleyhissalam) buyurur:
"Bir qadın Peyğəmbərin hüzuruna gəlib dedi: Ya Rəsuləllah, məni ərə ver. Həzrət səhabələrə buyurdu: Kim bu qadınla evlənər? Bu zaman bir kişi ayağa qalxıb dedi: Mən evlənərəm, ya Rəsuləllah. Həzrət buyurdu: Onun mehriyyəsi kimi nə verərsən? Dedi: Mənim heç nəyim yoxdur. Həzrət buyurdu: Qurandan bir şey bilirsənmi? Dedi: Bəli. Buyurdu: Mehriyyə olaraq Qurandan bir az ona öyrət.[290]
Bu hədis hətta qadının bakirə olmadığı halda belə mehriyyə və evlənməyin sadəliyini bəyan edir.
İmam Sadiq (əleyhissalam) buyurur:
"Bir şəxs atamın hüzuruna gəldi, onun sözlərindən məlum oldu ki, evlənməmişdir. Sonra atam ona 7 dinar verib dedi: "et bu pullarla evlən və öz həyatını qoru.”[291]
Məlum olur ki, 7 dinarla evlənmək çox sadə bir evlənmə üsuludur.
Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) fəqir bir qadından soruşdu:
"Sənin qəyyumun varmı?” O qadın qardaşlarına işarə edib deyir: "Bunlar mənim qəyyumumdur.” Həzrət onun qardaşlarına buyurdu: "Mənim sizinlə bacınızın arasındakı sözümü qəbul edərsinizmi?” Dedilər: "Bəli. Həzrət bir cavanı göstərərək buyurdu: Allahı və bu məclisdə olanları şahid tuturam ki, bu qadını 400 dirhəm müqabilində bu oğlana ərə verdim. Onun mehriyyəsini də özüm verəcəyəm.”[292]
Bu hədis İslam hökumətinin rəhbərinin kasıbların evlənməsi müqabilindəki məsuliyyət daşıması və evlənmə işinin sadəliyini bəyan edir. Elə İslam hədislərinin hamısı evlənmənin müqəddimati işlərinin asan və sadəliyini göstərir. Biz müsəlmanların həyatının nümunələri olan İslam rəhbərləri özlərinin və qohumlarının evlənmə məsələsində həddindən artıq xərclərə, israfçılığa əsla yol verməmişlər. Onların həyat tarixlərinin hamısı bizim müddəamızı isbat edir.
Toy mərasiminə mömin müsəlmanları dəvət etməyin müstəhəb və İslamın göstəriş verdiyi əməllər sırasında olmasına baxmayaraq, bu mərasim həddindən artıq üzücü xərclərlə, şöhrət xatirinə olmamalıdır. Bu gün evlənmə xərcləri o qədər çoxalmışdır ki, çox az cavanlar cürət edib belə xərcləri qəbul edə bilərlər. Evlənməyin və onun müqəddimati işlərinin hazırlanmasının hamıya aid olan ümumi bir məsələ olmasına, habelə lazımi şərtlərə malik olub evlənməyə ehtiyaclı olan kişi və qadınların, oğlan və qızların bu ilahi və Peyğəmbər sünnətinə əməl etməyə borclu olduqlarına baxmayaraq, hazırkı əsrdə həyatın və təşkil edilən mərasimlərin vəziyyətləri, mehriyyələrin ağır, cehizlərin çox baha olması və s. kimi işlər bu məsələni cavanların əksəriyyəti üçün qeyri-mümkün etmişdir. O cavanlar ki, təhsilini təzəcə qurtarıb işə başlamış, heç bir ehtiyatı, mal-dövləti yoxdur. Bu halda bu qədər xərclərin qarşısında nə etməlidir?. "örəsən, kasıb və zəhmətkeş ailələrdən olan cavanların mövcud ictimai məhrumiyyətləri ilə yanaşı, ailə qurmayıb subay qalacaqlarmı? Sərpərəsti, başçısı olmayan yetim cavanların bu cür üzücü və adət şəklinə düşmüş ağır evlənmə xərcləri ilə belə evlənib ailə qurmağa gücləri çatarmı?
"örəsən, evlənmənin, toy mərasiminin müqəddimati işlərinin üzücü xərclərini təmin etmək üçün qarətə, oğurluğa və sair qanunsuz və yaramaz işlərə əl atmaq düzgündürmü? Əgər evlənmək fitri, təbii və şəri bir məsələdirsə, təbiidir ki, onun müqəddimati işləri də şəri və məqul əsasda olmalıdır. Bu müqəddimati işlər elə tənzim olunmalıdır ki, hamı üçün müyəssər olsun. Halbuki hal-hazırda ölkəmizdə mövcud olan adət-ənənələr, evlənməyin xərclərinin yuxarı qaldırılması evlənməyi camaatın əksəriyyəti üçün təbii şəkildə və çətinliyə düşmədən qeyri-mümkün etmişdir. Bu əməllərin ən böyük günahı o kəslərin boynuna düşür ki, Məsum rəhbərlərin getdiyi yolla getməmiş, özlərinin həvayi-nəfslərinə tabe olaraq onları adət kimi cəmiyyətə qəbul etdirmişlər ki, bu ilahi sünnətin ya ümumiyyətlə baş tutmamasına, ya da azalmasına səbəb olmuşlar. Ümidvarıq ki, İslam Respublikası Hökuməti, xüsusilə kütləvi informasiya vasitələri bu ağır və məsuliyyətli işə diqqət yetirməklə bu barədə əsaslı tədrbirlər görsünlər, lazımi təbliğatlarla camaata yanlış və səhv adətlərin törətdiyi qorxulu və acınacaqlı nəticələri başa salsınlar.
2-Üstünlük tələb etmək "Bütün möminlər və İslam əhli bir-biri ilə bərabərdirlər, bir-biri ilə evlənə bilərlər.”[293]
İmam Zeynül-abidin (əleyhissalam) fəqir qadınlar və kənizlərlə evlənirdi. Əbdülməlik Mərvan kimilər də ona etiraz edib irad tuturdular. Həzrət cavabında buyurdu:
"Biz Rəsuli Əkrəmə tabe olmalıyıq. Belə ki, o, əmisi qızı Zeynəbi qulamı Zeydə ərə verdi. Özü də Səfiyyə adlı bir kənizlə evləndi. (O, Hüyy ibni Əxtəbin qızı idi və "Xeybər” müharibəsində əsir düşmüşdü).[294]
İmam Sadiq (əleyhissalam) buyurur:
"Rəsuli Əkrəm cahiliyyət dövrünün yanlış sünnət və adətlərini pozmaq üçün maddi cəhətdən yoxsul və zənci bir kişi olan Miqdad ibni Əsvədi Zübeyr ibni Əbdül Müttəlib kimi böyük şəxsiyyətin qızı olan Zəbağə ilə evləndirdi ki, camaat o Həzrətin bu kimi işlərini özlərinə nümunə götürüb bilsinlər ki, Allah dərgahında ən şərafətli şəxs əyan-əşraflar deyil, məhz ən təqvalı şəxslərdir.”[295]
Bu barədə çoxlu rəvayətlər də vardır ki, müxtəsər olsun deyə, onları qeyd etmirik. Bunu demək kifayətdir ki, cahiliyyət adət-ənənələrinə deyil, İslam dininin göstərişlərinə və Məsum rəhbərlərə tabe olmaq lazımdır. Əks halda, evlənmə məsələsi tamamilə aradan qaldırılar, ictimai inhiraf və eybəcərliklər artar.
3-Qanunsuz sui-istifadələr
Fahişəliyin yayılması, cinsi inhiraflar, qanunsuz istifadələr evlənməyə mane olan amillər sırasındadır. Qadın və kişilər müəyyən səbəblər üzündən cinsi cəhətdən təhrik olunub bir-birinə ehtirasların cazibəli eşqini bağlayanda, təbiidir ki, fəsada, inhirafa doğru irəliləyirlər. Onun təhlükəli amillərini bir tərəfdən əxlaqsız kinolarda, çılpaq və utandırıcı şəkillərdə, düşmənlərin geniş miqyaslı zəhərli təbliğatlarında, qeyri-münasib, insanlığa yaraşmayan, azdırıcı kitab və qurnallarda, müxtəlif kef məclislərində kişi və qadınların qarışıq əlaqələrində, digər tərəfdən isə isalami təbliğatların lazımi səviyyədə aparılmamasında, münasib və cazibədar sığınacaqların olmamasında, həyatın və evlənmənin həddindən artıq xərclərində, işsizlik və iqtisadi böhranlarda axtarmaq lazımdır.
Əgər idarə rəhbərləri, məsuliyyətli işçilər, dindar və nüfuzlu şəxsiyyətlər ölkənin və cavanların islahı yolunda müsbət addımlar atsalar, gərək fəsadın kökünü kəsilmək, məişət və evlənmə xərclərini asanlaşdırmaq, müəyyən iş yerləri açmaq üçün, habelə, düşmənlərin əqidə baxımından müsəlmanları istila altına almaları ilə mübarizə yolunda təsirli və əməli addımlar atsınlar. İndi isə müddəamızın isbatı üçün bəzi hədisləri qeyd edirik:
Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) "Nəhcül-bəlağə”nin 31-ci məktubunda oğluna xitabən buyurur:
"Əgər bacarsan, öz qadınlarını (qızlarını) elə saxla ki, səndən başqasını tanımasınlar.”
Həzrət yenə buyurur:
"Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) bir cənazənin dəfn mərasimində iştirak edirdi. Birdən gördü ki, bir qadın da kişilərlə birlikdə bu mərasimdə iştirak edir. Həzrət o qədər dayandı ki, o qadını qaytardılar, yalnız bundan sonra öz yoluna davam etdi.”[296]
Həm sünnü, həm də şiə mühəddisləri tərəfindən nəql olunan, çoxlu kitablarda da qeyd olunan bu hədis göstərir ki, qadınların kişilərlə bir yerdə olması cəmiyyətdə cinsi pozğunluqlara və fəsada gətirib çıxarda bilər. Məhz bu cəhətdən qadınları cümə, camaat, fitr və qurban bayram namazlarında və sair İslami mərasimlərdə iştirak etmələrinin qarşısını alır.[297]
Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:
"Bütün şər işlərin başı iffətsizlik və həyasızlıqdır.”[298]
Bu cəhətdən Həzrət bu kimi məsələlərə diqqət yetirməyi daha artıq tövsiyə edirdi.
Həzrət yenə buyurur:
"Küçə-bazarda və fitnə-fəsada səbəb olan yerlərdə yersiz oturmaqdan çəkinin, çünki şeytan sizi belə yerlərdə inhirafa, xilafi-şərə vadar edir və fitnələr, əxlaqa zidd əməllər də məhz bu yerlərdən başlanır.”[299]
Allah-taala buyurur:
"Elmin (yəqinin) olmayan şeylərə tabe olma. Həqiqətən, qulaq, göz və qəlbdən sual olunacaqdır.”[300]
Yəni əcnəbilərin zəhərli təbliğatları və onların təhrikləri müqabilində dözümlülük göstərib elm olmadan heç kəsə və heç nəyə tabe olmaq olmaz. Çünki qulaqlar, gözlər və qəlblər qiyamət günü istintaqa çəkiləcəklər, bütün görməlilər, eşitməlilər, mədəniyyət və təfəkkür məsuliyyət gətirəndir.
İslami rəvayətlərdən və Qurani kərim ayələrindən alınan bu dəlillərə diqqət yetirməklə əziz cavanlar kərək çox ayıq və huşyar olsunlar, qərblilərin və onlara uyanların zəhərli təbliğatlarının təsiri altına düşməsinlər, fikirləşmədən, kor-koranə onlara təqlid etməsinlər. Əks halda, əxlaqi inhiraflara və fəsada düçar olacaqlar. Hansı ki, qərblilərin özləri bu bəlaya düçar olmuşlar, onların arasında ailə şərəfi və ailə heysiyyətinin heç bir məna və məfhumu yoxdur.
Onların arasında zinakarlıq, livat və onlarla əyyaşlıq nümunələri rəvac verilmiş və hamısı da özünə qanuni şəkil almışdır. Bu gün qərb ölkələrində on milyonlarla insan təhlükəli SèİD xəstəliyinə yoluxmuşdur ki, bu da qeyri-təbii cinsi əlaqələrdən, livatdan irəli gəlir. Həmçinin, bu xəstəlik günbəgün yayılmaqdadır. Bu kimi üzdəniraq mütərəqqi ölkələrdə qadınlar və qızlar ailə mühiti baxımından heç cür əmin-amanlıqda deyillər. Hətta bu ölkələrin məhkəmə orqanları və polis işçiləri şikayət edən qadınlara belə təcavüz edirlər. Qadınlar iş yerlərində, idarələrdə və hətta şəxsi tibb məntəqələrində də təcavüzə məruz qalırlar. İş o yerə çatmışdır ki, bu ölkələrdə kişilərin öz məhrəmləri ilə zina və livat etmələri adi hala çevrilmiş, qanuniləşdirilmişdir.
"örəsən qərbin bu cür əxlaqi pozğunlufları, fahişəliklər və sair işlərinə təqlid olunmalıdırmı? Ayıq olmalı və dinimizi, şərafət və heysiyyətimizi satmamalıyıq, qərbin və onların ölkə daxilindəki casuslarından və şeytani planlarından qafil olmamalıyıq. Onlar müsəlman İran xalqı qarşısında bütün sahələrdə məğlub olduqlarına görə, cinsi inhiraflardan, əxlaqi azğınlıqlardan, narkotik maddələrdən və s.-dən istifadə edərək bizimlə, xüsusilə cavanlarımızla mübarizə meydanına gəlmişlər və onları da bu istiqamətə sürükləmək istəyirlər.
İndi də Qurani kərimdən bir hadisəni diqqətinizə çatdırırıq. Peyğəmbərin zamanında münafiqlərin başçısı olan Əbdullah ibni Übeyy özünün altı kənizini fahişəlik və zina əməlini yaymağa məcbur edirdi ki, bu yolla mömin cavanları haqq yoldan azdırıb İslama zərbə vursunlar. Nəhayət Allah taala "Nur” surəsinin 34-cü ayəsini nazil etməklə, onu ifşa edib bu hiyləgər planın qarşısını aldı.[301]
Biz bu gün qərb və qərbsayağı olan kafir və münafiqlərin müqabilində müqavimət göstərməməliyikmi?
4-Valideynin etinasızlığı
İslamın həyatverici göstərişlərindən biri də məşvərət və fikir mübadiləsidir. Bu həyati iş insanların müxtəlif ictimai, siyasi, hərbi və sair kimi sahələrdə zərərə düşməsinin qarşısını alır, kamala çatmaq və tərəqqi yolunu onun sahibinin üzünə açır. Buna görə də gördüyümüz kimi, müvəffəqiyyətlərə çatmaq, nailiyyətlər əldə etmək, icitmai müşkülləri həll edib zərərlərin qarşısını almaq üçün dünya səviyyəsində, ölkə və idarə daxilində nəzər sahibi olan fərdlər bir yerə yığışıb fikir mübadiləsinə başlayırlar. BMT və sair beynəlxalq konfranslar, hərbi və dövlət şuraları və s. bu qəbildəndir. Allah taala müxtəlif Qurani kərim ayələrində, o cümlədən, "Ali-İmran” surəsinin 159-cu və "Şura” surəsinin 39-cu ayələrində bu məsələyə işarə edir. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) və Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) İslam hökumətinin rəhbəri, Məsum və bütün günahlardan pak olmaqla yanaşı, mühüm işlərdə öz ardıcılları ilə məşvərət edirdilər. Bu barədə bir hədis qeyd etməklə kifayətlənirik. Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:
"Hər kəsin qüruru olsa və başqalarının fikirlərinə diqqət yetirməsə (diktatorluq etsə), həlak olar. Amma camaatla məşvərət edən bir şəxs onların nəzər və fikirlərindən, əqllərindən bəhrələnər.”[302]
Deməli, əziz cavanlar bilməlidirlər ki, evlənmə məsələsi onların şəxsiyyət və təfəkkürünün formalaşmasında son dərəcədə təsirlidir və bu məsələ qarşısında etinasızlıq etməməlidirlər. Belə hallarda gərək vadideynin gözəl təcrübələrindən, dəyərli fikirlərindən istifadə etsinlər, bununla müxtəlif zərərlərin qarşısını almaqdan əlavə, valideynin şəxsiyyəti qarşısında, ondan məşvərət və nəzər istəməklə təşəkkür etsinlər. Hətta bu məsələni agah dost və qohumlardan gizlətməməliyik. Müqəddəs İslam dini mühüm ictimai və s. kimi işlərdə məşvərətə dəvət etməkdən əlavə, qızlarının evlənmə məsələsində ata-ananın icazələrini və nəzərlərini şərt bilir, onların razılığı olmadan oxunan əqdi batil hesab edir.[303]
Ata və analar övlad yolunda həddindən artıq zəhmətlərə, əzab-əziyyətlərə qatlaşmışlar, buna görə də övladlar bu məsələ barəsində o qədər təvazökar olmalıdırlar ki, onların valideynləri öz zəhmətlərini unudaraq övlad eşqini özlərində yenidən dirçəltsinlər. Amma əgər valideyn övladların daxilində alışan oddan qafil olarsa və ya onların cinsi qərizələrinin alovlanan şölələrini görməməzliyə vurarsa, habelə, onların evlənmə məsələsi ilə vaxtında razılaşmazsa və bu müqəddəs işin müqəddimati işlərini hazırlamaqda etinasız yanaşarsa, bu halda onların icazəsi və nəzəri şəriət və adət nəzərindən qüvvədən düşür. Cavanlar belə hallarda şəxsən öz evlənmələri barədə qərara gəlməlidirlər. Çünki bu məsələdə hər növ təxir çoxlu rüsvayçılıqlara, giriftarlığa, günaha və əxlaqi və cinsi pozğunluqlara səbəb olacaqdır. Ata-analar da bu işlərin günahında övladlar ilə şərik olacaqlar.[304]
Elə ata-analar var ki, öz övladlarının cinsi qərizələrinə əsla əhəmiyyət vermir, onların evlənməyə olan ehtiyaclarını nəzərə almır, övladların bu azrzunu bildirdikləri surətdə də ciddi tənələrə, danlağa məruz qalırlar, sanki, onların nəzərinə görə cinsi qərizələrin dərmanı etinasızlıq və danlaqdan ibarətdir. Bu cür valideynlər özlərinin cavanlıq çağlarını yada salmalıdırlar ki, bu qərizə ilə necə çarpışmışlar. İndi bilməlidirlər ki, onların cavan övladları da həmin çarpışmadadır.
İndi isə bu məsələ ilə əlaqədar bir hadisəyə diqqət yetirin. Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur: Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih) bir neçə nəfəri hərbi ezamiyyətə göndərmişdi. Onlardan birini sərkərdə təyin etmiş və əmr etmişdi ki, ona itaət etsinlər. Sonra onların arasında ixtilaf yarandı, sərkərdə onlara dedi: Məgər Peyğəmbər mənə tabe olmağınızı əmr etməmişdimi? Dedilər: Bəli, belədir. Sərkərdə dedi: Sizə əmr edirəm ki, odun yığıb yandırın və hamınız oda girib yanın. Onlar oda girmək istəyəndə biri dedi: Biz İslamı qəbul etməklə oddan qaçmışıq. Bir az dayanın, Peyğəmbərdən vəzifəmizin nə olduğunu soruşub öyrənək. Onlar Həzrətin hüzuruna gəlib məsələni bəyan etdilər. Həzrət buyurdu:
"Əgər siz oda girib yansaydınız, əbədi olaraq oddan (cəhənnəm odundan) xilas ola bilməyəcəkdiniz. Bunu bilin ki, bir kəsə itaət etmək Allah qarşısında üsyankarlığa, itaətsizliyə səbəb olmamalıdır. İtaət yalnız yaxşı işlərdədir.”[305]
Bu hədisin valideynə itaət etmək barəsində olmadığına baxmayaraq, ümumi bir qanunu çatdırıb buyurur ki, əgər sizlərdən biri əql və şəriətə zidd olan bir hökm verərsə, ona tabe olmaq, itaət etmək olmaz. Hətta əgər əmr verən şəxslər valideyn və ya Peyğəmbərin şəxsən seçdiyi adamlar olsa da belə. Deməli, əgər valideyn övladların evlənməsinin qarşısını alsa, bu halda onların nəzər və iczazələri möhtərəm sayılmır.[306]
[278]"Vəsailüş-şiə”, 14-cü cild, səh.35
[279]"Rovzətul-müqttəqin”, 8-ci cild, səh.95
[280]"Biharul-ənvar 103-cü cild, səh.217
[281]"Fürui-kafi”, 5-ci cild, səh.335
[282]"Qürərül-hikəm”, səh.376
[283]"Vəsailüş-şiə 14-cü cild, səh.36
[284]"Vəsailüş-şiə”, 14-cü cild, səh.37
[285]"Rovzətul-müttəqin”, 8-ci cild, səh.100
[286]"Vəsailüş-şiə”, 14-cü cild, səh.23
[287]"Fürui-kafi”, 5-ci cild, səh.325
[288]"Cəvahirül-kəlam”, 29-cu cild, səh.36; "Ürvətül-vüsqa”, səh.623
[289]"Vəsailüş-şiə”, 14-cü cild, səh.32
[290]"Vəsailüş-şiə”, 14-cü cild, səh.195
[291]"Biharul-ənvar”, 103-cü cild, səh.217
[292]"Vəsailüş-şiə 14-cü cild, səh.196
[293]"Vəsailüş-şiə”, 14-cü cild, səh.49
[294]"Vəsailüş-şiə”, 14-cü cild, səh.50 (Zeynəblə Zeydin evlənməsi barəsində ətraflı məlumat almaq üçün "əhzab” surəsinin 30-cu ayəsinin təfsirinə baxa bələrsiniz.)
[295]"Şərhi-mən la yəhzür”, 8-ci cild, səh.125
[296]"Cameül-üsul”, 11-ci cild, səh.420; "Səfinətül-bihar”, 2-ci cild, səh.587
[297]"Vəsailüş-şiə”. 14-cü cild, səh.162
[298]"Qürərül-hikəm”, səh.411
[299]"Nəhcül-bəlağə”, 69-cu məktub
[300]"İsra” sursəsi, 36
[301]"Məcməül-bəyan” təfsiri, 7-ci cild, səh.140-141
[302]"Nəhcül-bəlağə”, 152-ci hikmət
[303]"Rovzətul-müttəqin”, 8-ci cild, səh.833; "Tovzihul-məsail”, 2385-ci məsələ.
[304]"Məcməül-bəyan” təfsiri, 7-ci cild, səh.140
[305]"Kənzül-ümmal”, 5-ci cild, səh.791
[306]əlavə məlumat almaq istəyənlər 3-cü fəslin valideynlərin hüquqlarının həddi-hüdudu bölməsinə baxa bilərlər.
|