İYİRMİ BEŞİNCİ FƏSİL ÇOXARVADLILIQ Təbii olaraq ər-arvad arasında cinsi cəhətdən müəyyən fərqlər mövcuddur. O cümlədən, qadınların aylıq adətlərə (heyzə) və hamiləlik dövrlərində müəyyən çətinliklərə giriftar olmalarıdır. Bundan əlavə, qadınlar az yaşlarında, erkən evlənməyə ehtiyac duyurlar, onların cinsi qərizələri yaş cəhətindən daha tez baş qaldırır. Təbiidir ki, onların ömürlərinin çox hissəsi keçəndən sonra cinsi hazırlığı əldən verirlər. Həmçinin, kişilər ağır məsuliyyətli, pərişan və yorucu işlər nəticəsində adətən fani dünyanı qadınlardan tez tərk edirlər. Buna görə də, adətən, qadınların ömrü kişilərdən artıq olur. Əksər hallarda qadınlar öz ərlərini itirdikdən sonra çox yaşayırlar. Müəyyən hadisələr, müharibələr nəticəsində kişilərin varlığı qadınlardan daha tez təhlükə ilə qarşılaşır, minlərlə kişinin həlak olmasına və onların əhl-əyalının başsız qalmalarına səbəb olur. Bu amillər evlənmə dövrlərində qadınların sayının kişilərdən artıq olmasına səbəb olur. Bununla yanaşı, bəzi statistik hesablamalara görə, qadınlar kişilərdən çox doğulur. Bu və ictimaiyyətin mənafeyi əsasında qurulan onlarla sair məsələlər tələb edir ki, xüsusi şərait daxilində birdən çox arvad almağa icazə verilsin, beləliklə, başsız qalan ailələr əxlaq pozğunluqlarına, inhiraflara, məhrumiyyətlərə düçar olmasınlar, ruhi-psixi xəstəliklərə tutulmasınlar, bəşər cəmiyyətini puçluğa, fənaya doğru sürüklənməsinlər. Bu gün bu cür inhiraf və pozğunluqların nümunələrini qərb ölkələrində daha çox görmək olur. Onlar son dərəcədə təhlükəli cinsi və ruhi xəstəliklərə tutulurlar. Çünki cinsi qərizə yalnız özünün təbii yolu olan evlənmə ilə təmin olunmalıdır, sair yollar isə təhlükəli və qeyri-qanunidir və heç vaxt onları təlatümlü dəryanın sahilinə çatdıra bilməz. Evlənməyə ehtiyaclı olan, amma həyat yoldaşı seçməyən qadınlar və qızlar hətta sair təbii ehtiyacları təmin olunsa belə, tam abır-həya, iffət və ruhi aramlıqla yaşaya bilməzlər. Çünki insanın təbii ehtiyacları məqul və təbii yolla təmin edilməlidir. Bu işin də çıxış yolu yalnız təbii və qanuni evlənməkdir. ”örəsən, fərz olunan halda həyat yoldaşından və sərpərəstdən məhrum olan qadın və qızların ruhi sığınacaqları varmı və öz ehtiyaclarını təbii surətdə təmin edə bilərlərmi? "örəsən, evlənmə yolunda mövcud maneələrlə yanaşı qadınlar ərə gedib abırlı həyat sürməli deyillərmi? "örəsən, dinsiz ölkələrdə iffətsizliyin, fahişəliyin yayılması çoxarvadlılığa olan ehtiyacdan xəbər vermirmi? İslam dini bu təbii ehtiyaca diqqət yetirərək yalnız xüsusi şəraitlərdə çoxarvadlılığa icazə vermiş və insanlara bu barədə məqul və təbii yolu göstərmişdir. Tarix özü də göstərir ki, çoxarvadlılıq məsələsi İslamdan qabaqkı cəmiyyətlərdə də mövcud olmuşdur. "Əl-mizan” təfsirində mərhum Əllamə Təbatəbai buyurur:
"Çoxarvadlılıq dünya səviyyəsində olan bir qanun olmuş və qədim dünya ölkələrində: Misir, Hindistan, Çin, İran, Roma, Yunanıstan və s. kimi ölkələrdə yayılmış azad bir iş idi. Hətta bəzi xalqların da arasında çoxarvadlılıq mövcud olmuşdur. Belə ki, bir kişi 10, 20 və ya daha artıq qadınla evlənə bilərdi. Hətta bəzi hallarda İslam dinini qəbul edən bütpərəstlərin 10-a qədər arvadı olurdu. Deməli, çoxarvadlılıq heç də İslamın icad etdiyi bir iş olmamış, əksinə İslam dini onu normal və məhdud hala salmışdır.[330] QƏDİM İRANDA ÇOXARVADLILIQ
İranda da İslamdan əvvəl bir neçə arvad almaq adi və çox yayılan işlərdən idi. Belə ki, Səid Nəfisi adlı bir təhqiqatçı yazır:
Sasanilərin nəsli kəsiləndən əməvilərin nəsli kəsilən vaxta qədər kişinin ala biləcəyi arvadların sayı heç də məhdud deyildi. Qədim Yunanıstanda bir kişinin evində bəzən bir neçə yüz arvadı olurdu.[331]
Bundan əlavə, qeyd olunan faktlar adi şəxslərin barəsində idi. Amma əyan-əşrafa, siyasətçilərə, böyük nüfuza malik olan şəxsiyyətlərə gəldikdə isə, onların özünün xüsusi hərəmsəraları var idi. Belə ki, sasani padşahlarından biri olan Xosrov Pərviz barəsində yazırlar ki, onun 3000 arvadı və 2000 rəqqasə kənizi varmış.[332]
Qədim İranda çoxarvadlılıq öz həddini aşaraq, hər vicdanlı şəxsin qəlbini ağrıdırdı. Çünki cürbəcür evlənmələrdən əlavə, hətta zahirdə öz irsiyyətlərini qoruyub saxlamağı bəhanə edərək öz məhrəmləri ilə də evlənirdilər.[333]
Məlum olur ki, İslamdan qabaq çoxarvadlılıqda müəyyən bir hədd-hüdudun olmaması, hərəmsəra təşkil etmək dünyanın müxtəlif yerlərində adi bir iş sayılırdı. Amma İslam dini insanların ehtiyaclarını nəzərə alaraq onu məhdudlaşdırmış və ağlasığan dərəcədə icazə vermişdir. Qurani kərim buyurur:
"Pak qadınlarla evlənin, iki, üç və ya dörd arvad alın. Əgər (onların arasında) ədalətə riayət edə bilməyəcəyinizdən qorxsanız, onda birinə qənaət edin.”[334]
Bu ayə çoxarvadlılığın caiz olmasını şərh edən bir qanundur və müəyyən şərtlərə malikdir. Nə qədər ki, o şərtlər mövcud deyil, icra mərhələsinə çatmır. Yəni o şəxs birdən artıq arvad ala bilər ki, cismi və maddi imkanlardan əlavə, mehr-məhəbbət, əxlaq, məişət, ailənin idarə olunması və sair cəhətlərdən də ədalətli və agah bir insan olub ailə hüququnun müxtəlif məsələlərində ayrı-seçkiliyə yol verməsin. Əks halda birdən artıq arvad ala bilməz. Buna əsasən, bu qanunun camaatın əksəriyyəti üçün icra olunması qeyri-mümkündür və yalnız bu şərtlərə malik olan kişilərə müstəhəbdir. Bu ilahi sünnət də gərək pak niyyətlə, ictimai ehtiyacları təmin etmək məqsədi ilə həyata keçirsin, Allahın Peyğəmbərini və imamlarımızı özlərinə nümunə götürsün.
"Cəvahirül-kəlam” kitabında buyurulur:
"Əgər çoxarvadlılığa cismi baxımdan ehtiyac duyularsa, şəksiz ki, müstəhəbdir. Amma əgər şəxsi ehtiyac duyulmazsa, ictimai ehtiyacları təmin etmək üçün də bu əməl müstəhəbdir. Çünki Məsum rəhbərlər məhz bu məqsədlə çox arvad almışlar. Bəzi rəvayətlər də bu məsələni təkidləndirir. Biz ixtisara riayət etmək üçün aşağıdakı hədis mənbələrinə baxmağınızı təklif edirik:
"Vəsailüş-şiə”, 14-cü cild, səh.110; "Rovzətul-müttəqin”, 8-ci cild, səh.384.
Burada bir hekayəni qeyd edirik ki, qadınların öz ərlərinin çox arvadlılığına dözməmələrini göstərir.
Peyğəmbər (səlləllahu əleyhi və alih) öz səhabələri ilə bir yerdə oturub söhbət edirdilər ki, birdən çılpaq bir qadın qaça-qaça o Həzrətin yanına gəlib dedi: "Ya Rəsuləllah, mən zina etmişəm, məni daş-qalaq et!” Bu vaxt bir kişi də onun ardınca gəlib onu paltara bükdü. Rəsuli Əkrəm soruşdu: "Ey kişi, nə hadisə baş vermişdir?” Kişi dedi: "Ya Rəsuləllah, bu mənim arvadımdır, mən evdə kənizimlə yaxınlıq edirdim, o bu səhnəni gördükdə dözə bilmədi və gördüyünüz bu xoşagəlməz hərəkəti etdi.” Həzrət buyurdu: "Onu nəzarət altında saxla, çünki o, çox qeyrətli və namuslu qadındır, amma dözümsüzdür; həqiqətləri görməyə taqət gətirmir. Qeyrəti onun aşkar məsələni dərk etməsinə mane olmuşdur.”[335]
Başqa bir hədisdə İmam Sadiq (əleyhissalam)-dan qadınların ərlərinin başqa bir arvad aldıqları zaman narahat olmalarının səbəbi barəsində soruşdular, Həzrət buyurdu: "Bu narahatlığın səbəbi qadınların öz həyat yoldaşlarına qarşı olan məhəbbətin şiddətindəndir.”[336]
Bu hədislərdən məlum olur ki, kişinin çox arvad alması qadınlar üçün dözülməz bir məsələdir, buna görə də bəzi hallarda kobud və ağılsız hərəkət edirlər.
Dinsiz cəmiyyətlərdə də bu ilahi qanunun əleyhinə kəskin nəzəriyyələr izhar edilmişdir. Məşhur fransız tarixçisi Qustav Le Bon deyir:
"Avropada şərq adət-ənənələrindən heç biri çoxarvadlılıq kimi pis tanıtdırılmamış və avropanın nəzəri heç bir məsələ barəsində bu qədər xəta etməmişdir.”[337]
Bəli, İslamın müxalifləri–qərblilər və qərbə məftun olanlar cəmiyyətin və insanların mənafeyi, məsləhəti naminə olan bu ilahi qanuna irad tuturlar, amma öz cəmiyyətlərində baş alıb gedən fahişəlik, cinsi və əxlaqi inhiraflara, pozğunluqlara göz yumurlar, dul qadınları, ərə getməyən qızları unudaraq onlara tövsiyə edirlər ki, başqa kişiləri tələyə salmaqla, fahişəlik etməklə öz cinsi ehtiyaclarını təmin etsinlər.[338]
Bu məşhur tarixçi başqa bir yerdə yazır:
"Doğrusu, mən təəccüb edirəm və başa düşə bilmirəm ki, şərqdə mövcud olan məhdud çoxarvadlılıq qərbin məkrli çoxarvadlılığından nəyi çatışmır. Mən deyirəm ki, birinci–şərqdəki çoxarvadlılıq ikincidən–qərbdəki çoxarvadlılıqdan daha layiqlidir.”[339]
Müsəlman cəmiyyətlərinin agah və oyaq vicdanlı şəxsləri qəflət yuxusundan ayıltmalı, çoxarvadlılığı haram və ya qeyri-qanuni hesab edən cəmiyyətlərdə araşdırma aparıb görməlidirlər ki, bu qruplar necə də qara günlərə, rüsvayçılıqlara düçar olmuşlar. Avropa və ümumiyyətlə qərb dünyasında oğlan və qızlara, qadın və kişilərə cinsi qərizəni təmin etmək yolunda həddindən artıq ifrat azadlıqlar vermişlər; bir-biri ilə öpüşmək, qucaqlaşmaq, bir yerdə rəqs etmək, çılpaq halda suda çimmək, bir-birinin qarşısında çılpaq gəzmək və s. üzrdəniraq mütərəqqi qərb dünyasının ən sadə və adi işlərindən biridir. Əgər Avropada və Amerikada qadın və kişinin bir-biri ilə əlaqəsi İslamdakı kimi qanuni şəkildə qadağan olsaydı, onlar yenəmi çoxarvadlılıqdan təəccüb edərdilər? Sanki İslam dinindən gileylənirlər ki, nə üçün onlara qanuni məhdudiyyət vermiş və açıq-saçıq olmalarına icazə verməmişdir![340]
Hazırkı İngiltərə dövlətində hər növ fahişəlik və əyyaşlıq, eyni cinsdən olan fərdlərin–qadının qadınla, kişinin kişi ilə cinsi əlaqədə olması adi və dövlət tərəfindən rəsmiləşdirilmiş bir qanun olmasına baxmayaraq, iki milyon qadın kişilərdən artıqdır. Bunlar da (onların nəzərinə görə) ya dul qalmalı, ya da əxlaqi pozğunluqlara, fahişəliyə əl atmalıdırlar.
İkinci dünya müharibəsində çoxlu kişilər həlak oldu və nəticədə çoxarvadlılığa, xüsusilə Almaniyada daha çox ehtiyac duyuldu. Almaniyanın mütəfəkkirləri bu məsələ barəsində nəzərlərini dəyişib İslamda olan çoxarvadlılıq qanununu "Əl-əzhər” universitetindən istədilər. Lakin kilsə xadimlərinin ciddi müqaviməti nəticəsində onun icrasını dayandırdılar, nəticəsi də hal-hazırda Almaniyanı və müharibədə iştirak edən bütün qərb ölkələrini əhatə edən və hamını dəhşətə gətirən fahişəlik və açıq-saçıqlıq oldu.[341]
"örəsən dünya müsəlmanları və imanlı qadınlar İslam ölkələrinin qərbin düşdüyü fəsad bataqlığına sürüklənməsini istəyirlərmi? "örəsən bu qədər cinsi pozuntuların və vəhşətin hakim kəsildiyi cəmiyyətlərə təqlid etmək istəyirlərmi? Ümumiyyətlə, görəsən çoxarvadlılığın qadağan olunmasının zina, livat və müxtəlif ruhi və cismi xəstəliklərə düçar olmaqdan başqa bir ağır nəticəsi ola bilərmi? ”örəsən ərli arvadların özləri ərsiz olsaydılar, onda bu ictimai ədalətsizliyə dözə bilərdilərmi? Buna görə də Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:
"Qadının qeyrətlilik göstərməsi və ərinin çoxarvadlılığına qarşı çıxması onun dinsizliyinin, etiqadsızlığının nəticəsidir.”[342]
Çünki qadınlardakı bu xüsusiyyət ilahi göstərişləri nəzərə almamaq, Qurani kərimin ayələrini, İslami rəvayətləri inkar etmək və ərsiz qadınların ictimaiyyətdəki hüquqlarını nəzərə almamaq deməkdir. Çünki onların da haqqı vardır ki, təbii yolla ərə gedib başqarı kimi ərin atifə, mehr-məhəbbətindən faydalansınlar.
İmam Sadiq (əleyhissalam) bir rəvayətdə qadının kamil imanını, onun ərinin ikinci arvad almasına dözməsi kimi təqdim edir. Belə ki, bir nəfər o Həzrətin yanına gəlib öz arvadını çox təriflədi və ondan razı olduğunu söylədi.
Həzrət buyurdu ki, arvadı ikinci arvad almaq məsələsi ilə yoxlamaq lazımdır. Əgər imtahandan yaxşı çıxsa, tərifə layiqdir. O kişi öz arvadını qəribə bir tərzdə yoxladı, amma onun atifələrində və pak imanında zərrə qədər dəyişiklik müşahidə etmədi. Bu hadisəni İmama dedi. İmam buyurdu:
"Sənin arvadın, dediyin kimi, tərifə layiqdir.”[343]
Bəli, elə qadınlar var ki, öz təbii istəklərini iman və insafların müqabilində fəda edirlər. İSLAMDA İFRAT EVLƏNMƏLƏR
İslamda çoxarvadlılığa müəyyən şərtlər daxilində icazə verilməsinə, habelə, Məsum imamlarımızın onlara əməl etmələrinə və öz ardıcıllarını da bu müqəddəs əmələ sövq etmələrinə baxmayaraq, bu əməl ictimaiyyətin məsləhəti əsasında, nəsil artırmaq, məhrum və ehtiyaclı fərdlərin ehtiyaclarının təmin olunması üçün qanuni olmuşdur. Buna əsasən, bu ilahi işdə şəhvətpərəstlik və heyvani məqsədlər ümumiyyətlə əsl məqsəd deyil. Məsuliyyət hissi olmadan, həyat yoldaşı və övladlarının hüquqlarını nəzərə almadan, onların arasında İslami ədalətə riayət etmədən çox arvad alan bir şəxs həmçinin, bir neçə arvad alıb onları idarə etməyə imkanı olmayan bir şəxs şəri nəzərdən məsul sayılır və İslami göstərişlərin əksinə hərəkət etmişdir. Həzərt Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:
"Hər kəs şəhvətpərəst olsa, çoxlu evlənsə, onun rüsvayçılıqları artacaq və biabır olacaq.”[344]
İmam Sadiq (əleyhissalam) buyurur:
"Həqiqi mömin o kəsdir ki, nəfsani şəhvətlərə təslim olmasın və qarınqululuq onu rüsvay etməsin.”[345]
Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:
"Hər kəs qəzəb və şəhvəti qarşısında məğlub olarsa, insan deyil və heyvanlardan sayılır.”[346]
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:
"Hər kəs–istər qadın olsun, istərsə də kişi, müxtəlif həyat yoldaşları görüb onlardan kam (ləzzət) almaq məqsədi ilə həddindən artıq evlənmə fikrində olsa, Allahın lənətinə və qəzəbinə düçar olar.”[347]
Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:
"Hər kəs öz şəhvətinə daha çox təslim olsa, qadınlardan daha çox kam alsa, əql və idrak qüvvəsini əldən verər.”[348]
İmam Sadiq (əleyhissalam) buyurur:
"Hər kəs kifayət qədər cinsi qüdrətə malik olmadan çoxlu arvad alsa və nəticədə onları razı sala bilməsə, bu halda onlardan biri xilafi-şərə (zinaya) mürtəkib olsa, qadından əlavə, kişi özü də bu günahda onunla şərikdir.”[349]
İmam Baqir (əleyhissalam) Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-dən belə nəql etmişdir:
"Hər kəs cinsi nəzərdən imkansız, qüdrətsiz olduğu halda bir neçə arvad alsa və onlardan biri xilafi-şərə mürtəkib olsa (əyri yola getsə) əri də o günah işdə məsuliyyət daşıyır.”[350]
Bu hədislərdən nəticə alırıq ki, çoxarvadlılığın müəyyən şərtlər daxilində evlənməyin əsl məsələsi kimi müstəhəb olmasına baxmayaraq, bu məsələ ictimai məsləhətlər əsasında baş verməli, hər növ şeytani və şəhvətpərəstlik hədəflərindən uzaq olmalıdır. Bu kimi işləri görən şəxslər əxlaqi cəhətdən ədalətli, maddi və cismi imkan baxımından qüdrətli, onların idarə olunmasında adil və insaflı olmalıdır, əks halda bu iş caiz deyildir, üstəlik Allah dərgahında şiddətli cəzalanmaya səbəb olacaqdır.
Yazırlar ki, İsfahanın ariflərindən biri dindarlardan birinə qonaq olur. Cinsi cəhətdən narahatlıqda olduğunu ev sahibinə açıb deyir. Ev sahibi də onun üçün başqa bir arvad tapa bilmədiyindən, öz qızını onun əqdinə keçirir. Qızın cavan olduğuna görə o ilahi şəxs ona yaxın düşmür və soruşur: Nə üçün indiyə qədər ərə getməmisən? Qız cavab verir ki, mən bir oğlanı sevirdim, amma atam ona ərə getməyimə razı olmadı. O, məni sevmədiyim, razı olmadığım bir şəxsə ərə vermək istəyir. O ilahi şəxs qızdan istəyir ki, öz istədiyi oğlanın kim olduğunu ona desin. Qız da o oğlanın adını deyir. O böyük arif qızın sevdiyi oğlanı çağırıb qızı onun əqdinə keçirir və hər ikisini bəy otağına göndərir. Ev sahibi tam təəccübdə və heyrətdə donub qalır. O şəxsin cinsi qüdrətinin sanki olmadığını güman edib belə bir qızı əldən buraxdığına son dərəcədə təəccüblənir və məsələnin nə yerdə olduğunu ondan soruşur. Elm və mərifət sahibi olan arif deyir: "Mən şəhvətimin və cinsi qərizəmin ixtiyarında deyiləm; cinsi qərizə və şəhvətim mənim ixtiyarımdadır. Mən həqiqi məsləhətin əleyhinə heç vaxt bir iş görmərəm. Öz şəhvətimi qane etmək üçün cavan bir qızı bədbəxt edə bilmərəm.” İYİRMİ ALTINCI FƏSİL MÜVƏQQƏTİ EVLƏNMƏ
Camaatın böyük bir qismi maddi imkanların olmadığından və sair çətinliklər ucbatından daimi evlənə bilmirlər. Həmçinin, uzun müddətli səfərlərdə kişilər öz qadınlarından məhrum olurlar, mühüm ictimai və ailə məsələlərini yerinə yetirməkdə təsirli bir iş görə bilmirlər. Digər tərəfdən, qadınların xəstəlikləri, aylıq adətləri və hamiləliyin müxtəlif dövrlərində və sair günlərdə kişiləri onlarla yaxınlıq etməkdən məhrum edirlər. Həmçinin, cavanların təhsil müddətinin uzun, maddi imkanlar cəhətindən fəqir olmalarına, təkmilləşdirmə kursları üçün xarici ölkələrə getmələrinə, daimi evlənmənin ağır və üzücü problemlərinə diqqət yetirməklə cavan tələbələr daha artıq müşkülə düçar olurlar, daimi evlənmək onlara müyəssər olmur. Həmçinin övlad sahibi olan dul qadınlar adətən cəmiyyətdə ikinci dəfə ərə getmək imkanına malik deyildirlər və ya daimi nikah onlar üçün daha artıq problem yaradır. Belə olan halda bu kimi insanlar cəmiyyətdə öz cinsi qərizələri ilə necə mübarizə etməlidirlər və özlərini bu cinsi qərizənin üzücü narahatlıqları, yaratdığı ağır həyəcanlarından necə xilas etməlidirlər? "örəsən fərz olunan bu hallarda cinsi qərizələri öldürən dərmanları qəbul etmələri caizdirmi? "örəsən İslam dinində qadağan olunan tərki-dünyalıq bu mürəkkəb problemi həll edibdirmi? "örəsən bu hallarda fahişəlik, iffətsizlik və sair kimi ailələrin heysiyyətlərini korlayan və ya təhdid edən mənfur işlərə qurşanmaq əql və məntiqə sığırmı? Əgər bu yollar əql və şəriətə uyğun deyildirsə, sosioloqlar bu barədə hansı çıxış yolunu təklif edirlər?
Bu enişli-yoxuşlu və xətərli yollardan nicat tapmaq üçün Rassel qərb ölkələrində qadınlara hal-hazırda mövcud olan fahişəliyi və kişiləri tora salmaq yollarını təklif edir. Bir qrup da az olmalarına baxmayaraq, tərki-dünyalıq yolunu seçmişlər. Amma İslam bizə buyurur ki, təbii ehtiyaclar elə təbii və qanuni yolla təmin edilməlidir. Bu qəbildən olan problemlərin həllini müvəqqəti evlənməkdə görür. Allah Taala mütənin qanuni bir iş olmasını bir ayədə belə bəyan edir:
"Sizə vacibdir ki, mütə (siyğə və ya müvəqqəti evlənmə) etdiyiniz qadınların mehriyyəsini verəsiniz.”[351]
İmam Baqir (əleyhissalam) buyurur:
"Allah Taala mütəni Öz kitabında və Peyğəmbərin sünnətinə müvafiq olaraq halal etmişdir və bu, qiyamət gününə qədər olan bir hökmdür.”[352]
İmam Sadiq (əleyhissalam) buyurur:
"Bizim rəcətimizi inkar edənlər və bizim halal bildiyimiz mütəni halal bilməyənlər bizdən deyildir.”[353]
Həzrət başqa bir hədisdə buyurur:
"Allah insanı məst edən hər bir şeyi möminlərə haram etmiş və onun əvəzində mütəni (müvəqqəti evlənməni) onlara halal və qanuni etmişdir.”[354]
O Həzrət başqa bir hədisdə belə buyurur:
"Mütə hökmü Quranda nazil olmuşdur, Rəsuli Əkrəmin sünnəti də məhz bu əsasda cərəyan etmişdir.”[355]
İmam Baqir (əleyhissalam) buyurur:
"Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) bu ilahi sünnəti icra etmək üçün şəxsən azad bir qadınla siyğə etdi. Arvadlarından biri bu işdən xəbərdar olduqda tam insafsızlıq edərək o Həzrətə nalayiq bir söz dedi. Həzrət cavabında buyurdu: "Bu qadın mənim üçün mütə və halaldır.”[356] MÜTƏ BARƏSİNDƏ SÜNNÜLƏRİN NƏZƏRİ
Qeyd olunan hədislərin yüzlərlə oxşarı sünnülərin mötəbər kitablarında mövcuddur. Nazil olan Qurani kərim ayələri də müvəqqəti evlənmənin şəri, qanuni, danılmaz və İslamın zəruri hökmlərindən biri olmasını bəyan etmişdir. Heç bir müsəlman bu məsələni inkar edə bilməz.
Sünnülərin hədis kitablarında, xüsusilə də ən mötəbər kitablarından sayılan "Sihahi-sittə”də (altı ən səhih kitab) deyilir: "Mütə (müvəqqəti evlənmə) İlahinin hökmündə, Rəsuli Əkrəmin sünnətində qanuni şəriət hökmü olmuş, Peyğəmbərin və Əbubəkrin dövründə ona əməl edilmişdir. Amma ikinci xəlifə Ömər onu qadağan etmişdir. Mərhum Əllamə Əmini bu hadisəni sünnü kitablarına istinadən araşdırdıqdan sonra bu barədə olan sünnü hədislərini nəql etmişdir. O cümlədən, "Əl-qədirin” 6-cı cildinin 198-ci səhifəsində yazır: "ünlərindən birində hənəfiyyə məzhəbinin başçısı Əbu Hənifə İmam Sadiq (əleyhissalam)-ın hüzuruna gəlib ondan mütənin halal olub-olmaması barəsində belə soruşdu:
"De görək, qadınları mütə etmək düz işdirmi? Həzrət son dərəcə təəccüblə buyurdu: "Sübhanəllah! Məgər sən Allahın kitabını–”Nisa” surəsinin 24-cü ayəsini oxumamısanmı?” Sonra Həzrət özü o ayəni tilavət etdi.
Əbu Hənifə dedi: "Allaha and olsun, sanki bu ayəni bu vaxta qədər görməmişdim!”[358] ÖMƏRİN OĞLU MÜVƏQQƏTİ EVLƏNMƏNİN TƏRƏFDARIDIR!
Sünnülərin altı məşhur sihahından biri olan "Sihahi-Termezi”də deyilir:
"Şam əhlindən bir nəfər Ömərin oğlu Əbdüllahdan təməttö həcci və müvəqqəti evlənməni göstərən bir hədis barəsində soruşub dedi ki, sizin bu barədəki nəzəriniz nədir?
Xəlifənin oğlu çəkinmədən dedi: "Mən bunları halal bilirəm!” Şamlı kişi dedi: "Məgər atan Ömər bu işləri haram etməmişdirmi?” Əbdüllah ibni Ömər dedi: "Nə olsun ki, atam bu işləri qadağan etmişsə də, Allahın Peyğəmbəri ona icazə vermişdir. Mən Rəsuli Əkrəmin müqəddəs sünnətini buraxıb atamın sözlərini qəbul edərəmmi? (Sonra qəzəblənərək dedi:) Dur burdan rədd ol!”[359] MÜTƏNİ İNKAR EDƏNLƏRİN ÖZLƏRİ MÜTƏDƏN YARANMIŞLAR!
Müslüm öz "Səhih” kitabında nəql edir ki, Əbdüllah ibni Abbas müvəqqəti evlənmə məsələsini ciddi şəkildə təbliğ edirdi. Bunun da müqabilində Əbdüllah ibni Zübeyr bu məsələ ilə kəskin müxalifət edir və onu qadağan edirdi. Bu cəhətdən də onlar hər vaxt görüşsəydilər, bir-birinə istehza edərdilər.[360]
"ünlərin birində Əbdüllah ibni Zübeyr Məkkədə çıxış edirdi. Birdən Əbdüllah ibni Abbas məscidə daxil oldu. İbni Zübeyr onu görən kimi qəzəblənib dedi: Sizə tərəf gələn bu kişi kordur, Allah onun qəlbini də gözü kimi kor eləsin! (Əbdüllah ibni Abbasın gözləri ömrünün axırlarında tutulmuşdu.) Çünki o, möminlərin anası Ümmül-möminin (Ayişəyə) lənət yağdırır və bir növ zina sayılan müvəqqəti evlənməyi halal hesab edir.
O, bu sözləri eşidəndə qulamı İkrimənin köməyi ilə Əbdüllah ibni Zübeyrin yanına gəlib dedi: Ey Əbdüllah, bu ilahi qanuna və Peyğəmbər sünnətinə Rəsuli Əkrəmin dövründə əməl edilirdi və bu hökmü qüvvədən sala biləcək heç bir ayə nazil olmamışdır. Mənim sözümün dəlili Zəhhakın oğlunun (yəni Ömərin) sözüdür. O deyirdi: "Mütə nikahı və mütə həcci Rəsuli Əkrəmin dövründə halal idi, mən onları haram edirəm. Hər kəs bu işləri görsə, onu cəzalandıracaq, işgəncə verəcəyəm.” Ey Zübeyrin oğlu, biz Ömərin bu məsələ və onun halal olması barəsindəki sözünü qəbul edirik, amma onun haram etməsini və qoyduğu bidəti qəbul etmirik. Bunu da bilməlisən ki, sənin özün elə müvəqqəti evlənmədən əmələ gəlmisən. Əgər inanmırsansa, evə gedəndə anandan soruş, de ki, "Ovsəcənin əbası” nə məsələdir.
İbni Abbas bunu deyib yola düşdü. İbni Zübeyr də çox qəzəbli halda anasının yanına gəlib bu sözün nə məsələ olmasını soruşdu. Anası dedi: Bəli, düzdür. Bir gün sənin atan Peyğəmbərin yanında idi və arvadı olmadığından gileylənirdi. Rəsuli Əkrəm Ovsəcənin ona verdiyi iki əbadan birini atana verdi. Sonra atan onun müqabilində mənimlə müvəqqəti evləndi və bu müvəqqəti evlənməyin də səmərəsi sən oldun. Məgər sənə deməmişəm ki, Haşim övladları ilə mübahisə etmə? Sən heç vaxt sözdə onlara qələbə çala bilməzsən.[361] MÜTƏNİN HARAM EDİLMƏSİ
Sünnülərin hədis və fiqh kitablarının araşdırılması mütənin qanuni bir iş olmasını göstərir. Rəsuli Əkrəmin səhabələri ona əməl edirdilər. Bundan əlavə, ikinci xəlifə Ömərin dedikləri bu məsələnin Rəsuli Əkrəmin dövründə halal olmasını göstərir. Çünki onun özü deyirmiş ki, "bu iş Rəsuli Əkrəmin dövründə halal idi və mən onu haram (qadağan) edirəm, hər kəs bu işi görsə, cəzalandırılacaqdır. Belə ki, "Səhihi-Müslüm” kitabında gəlmişdir ki, Ömər minbərdə xitabə söyləyərkən demişdi:
"Üç şey Rəsuli Əkrəmin dövründə halal idi və mən onları haram edirəm və hər kəs bu işləri görsə, onu cəzalandıracağam: 1-qadınların siyğə edilməsi, 2-təməttö həcci və 3-azan və iqamədə "həyyə əla xəyril əməl” demək.”[362]
Ömərin bu sözü təkcə burada deyil, həm də müxtəlif yerlərdə və camaatı qorxutmaq, təhdid etmək üçün təkrar bəyan edildiyindən, müxtəlif mənbələrdə və müxtəlif sözlərlə, amma eyni məzmunda gəlmişdir. Məsələn,
"Ay camaat, iki mütə Rəsuli Əkrəmin dövründə halal idi ki, mən onları haram edib bu işi görənləri də cəzalandıracağam: 1-təməttö həcci; 2-mütə.”[363]
"Cəvahirül-kəlam” kitabının müəllifi Ömərin bu sözünü nəql etdikdən sonra sünnülərin bu məsələ qarşısında sırf müdafiə xarakteri daşıyan yozmalarını, Ömərə bəraət qazandırmalarını araşdıraraq deyir: "Onlar güman edirlər ki, Allahın Peyğəmbəri bu ilahi sünnəti şəriət kimi qanuniləşdirəndə öz ictihadına əməl etmişdir.[364] Ömərin də bir müctehid kimi onunla müxalifət etməsi caizdir. İkinci xəlifə Ömər müctehid olduğuna görə məhz həmin əsasda onunla müxalifət etmiş və onu haram hesab etmişdir. Buna əsasən, Ömərin bu işi görməyə ixtiyarı var idi.”
Sünnülər bundan əlavə, müxtəlif yerlərdə, hətta Xalid ibni Vəlidin Malik ibni Nüveyrənin qanuni arvadı ilə zina əməlinə mürtəkib olmasını həmin şəxslərin ictihadı ilə əlaqələndirərək tam həyasızlıqla ona bəraət qazandırırlar. Şəkk yoxdur ki, onlar xəta yolunu getmişlər. Çünki bu növ ictihadlar Allah hökmü qarşısında edilən ictihaddır və heç kəsə belə bir haqq verilməmişdir. Heç kəsin haqqı yoxdur ki, bu puç və boş ictihadlarla Allahın qanunu və Peyğəmbərin sünnəti ilə müxalifət etsin. Qurani məciddə bu cür istidlalları batil edən çoxlu ayələr nazil olmuşdur. O cümlədən, "Nəcm” surəsinin 3-4-cü ayələri, "Nisa” surəsinin 61-65-66-cı ayələri, "Əhzab” surəsinin 36-cı ayəsini, "Həşr” surəsinin 7-ci ayəsini və s. göstərmək olar. Buna əsasən, hər hansı bir şeyi şəriət kimi qanuniləşdirməkdə nəinki xüləfayi-raşidinin, hətta Rəsuli Əkrəmin də (Qurani Kərimin hökmünə əsasən) Allah qanunlarını yazmaqda ilahi fərmanlardan boyun qaçırmağa və birbaşa özündən qanun çıxarmağa haqqı yoxdur.[365]
Bu ayədə hökmlərin dəyişdirilməsinin hətta Rəsuli Əkrəmin tərəfindən olarsa da belə, ilahi əzaba, axirət cəzasına səbəb olmasını göstərir.
Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) sünnülərin nəzərində dörd xəlifədən dördüncüsü kimi tanınmışdır və ona itaət etməyin vacib olduğunu qəbul edirlər. O Həzrət, Ömərin mütəni qadağan etməsinin zərərləri barəsində buyurur:
"Əgər Ömər mütəni qadağan etməsəydi, şərafətsiz, alçaq və bədbəxt insanlardan başqa bir kəs zina etməzdi.”[366]
Bu hədis mütənin qadağan edilməsi kimi bir bidətin zərərlərini bəyan etməkdən əlavə, ikinci xəlifənin bu barədə xəta etdiyini aydınlaşdırır. MÜTƏNİN QADAĞAN EDİLMƏSİNDƏ QƏRƏZLƏR
İkinci xəlifə Ömərin mütəni haram etməsinin nə kimi məqsəd daşıdığını yazaraq qeyd etmişlər ki, onlardan birini nəql edirik. Mərhum Şeyx Abbas Qummi Müfəzzəl ibni Ömərdən, ikinci xəlifə vasitəsi ilə mütənin haram edilməsinin səbəbi barəsində belə nəql etmişdir: Bir gün Ömər bacısının evinə daxil oldu və icazəsiz onun istirahət otağına girdi. "özləmədiyi halda bacısının qucağında bir körpə gördü. Bacısı ona süd verirdi. (Ömərin bacısı o vaxta qədər ərə getməmişdi.) Ömər təəccüblənib soruşdu: Bu uşaq kimindir? Bacısı dedi: Mən bir kişi ilə müvəqqəti evlənmişəm, bu uşaq da o ərimdəndir. Ömər son dərəcə qəzəbli halda uşağı əlinə alıb məscidə getdi, camaatı bir yerə toplayıb minbərdə oturduqdan sonra gördüyü hadisəni camaata söylədi və sonra bu Peyğəmbər sünnətini qadağan etdi.[367]
2-Bəziləri isə belə yozumlar irəli sürürlər ki, ikinci xəlifə uzun müddət müsəlmanlara xəlifə olmuşdur. O, sümükləri İslam qanunları, İslam təlim-tərbiyələri ilə və İslam mühitində bərkiyən şəxslərin təzə müsəlmanlarla qaynayıb-qarışmaması üçün, habelə, təzə fəth olunan ölkələrdə ictimai və fərdi tərbiyədə yarana biləcək problemlərin qarşısını almaq məqsədi ilə mütəni müvəqqəti olaraq haram edərək bir müddət müsəlmanların bu əməli görməsinin qarşısını almışdı. Bu fərmanın məqsədi siyasi bir məsləhət kimi qeyd olunmuşdur. Bu cəhətdən möminlər də bir müddət Ömərin fərmanına dözdülər. Əgər belə olmasaydı, xəlifə heç vaxt deyə bilməzdi ki, mən Peyğəmbərin halal etdiyi mütəni haram edirəm. Amma zamanın keçməsi və cahiliyyət təəssübləri nəticəsində bu siyasi və müvəqqəti qadağan əbədi harama və bidətə çevrildi.”[368]
Qeyd edək ki, ikinci xəlifə bu kimi çoxlu məsələlərdə çox kobud və yaramaz hərəkət edərək Peyğəmbərin özü ilə də mübahisə edirdi. O cümlədən, "həyyə əla xəyril-əməl” cümləsinin azan və iqamədən çıxarılmasını tələb edir və deyirdi ki, bu işi gör ki, müsəlmanlar cihada namazdan çox əhəmiyyət versinlər. Amma Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurdu ki, bu cümlələr Allahın tərəfindəndir və mənim onları dəyişdirməyə haqqım yoxdur.”[369] MÜTƏNİN FƏZİLƏTİ
Bu fəslin sonunda müvəqqəti evlənməyə Allahın verdiyi əhəmiyyət və savabı qeyd edirik. İmam Sadiq (əleyhissalam) buyurur:
"Hər kəs ilahi sünnət olan mütəyə əməl edib sonra qusl eddərsə, Allah taala o qusuldan axan suyun hər damcısına 70 mələk yaradar. O mələklər o şəxs üçün qiyamətə qədər istiğfar edib bu işi inkar edənləri də qiyamətə qədər lənətləyər.”[370]
Bəşir ibni Həmzə deyir: Bir qadın öz əmioğlusuna xəbər göndərib ona bildirdi ki: sən bilirsən ki, mənim çoxlu mal-dövlətim var və elçiliyimə çoxlu adamlar gəlir. Amma mən onlara mənfi cavab verirəm. İndi Allahın və Peyğəmbərin qanununa itaət etmək və bidətçilərlə müxalifət etmək üçün səninlə müvəqqəti evlənməyə razıyam. O şəxs İmam Baqir (əleyhissalam) ilə bu barədə məşvərət etdi, Həzrət buyurdu:
"Bu işi gör, Allah bu evlənmə səbəbilə sizə rəhmət göndərər.”[371]
Əlbəttə, qeyd edək ki, müvəqqəti evlənmə əsla şəhvətpərəstlik əsasında olmamalı və daimi arvadın haqqı tapdalanmamalıdır. Bu əməl həmişə və hər bir halda rəva görülən bir iş olmayıb, əksinə, ilahi fərmanlara itaət etmək, bidətləri sındırmaq və məhrumlara ehsan etmək məqsədi ilə yerinə yetirilməlidir. İslami rəvayətlər şəhvətpərəstliyi və mütəni bu məqsədlə görənləri hər yerdə, hətta həyat yoldaşının yanında belə məzəmmət etmişdir
[330]"Təfsiri-nümunə”,8-ci cild, səh.257 ("əl-mizan” təfsirindən nəqlən)
[331]"Nizami-hüquqi zən” kitabından nəqlən, səh.341
[332]"Füruği-əbədiyyət”, 1-ci cild, səh.48
[333]"Hüquqi zən dər islam və urupa”, səh.52
[334]"Nisa” surəsi, ayə:3
[335]"Şiəərhi-mən la yəhzür”, 8-ci cild, səh.384
[336]"Vəsailüş-şiə”,14-cü cild, səh.111
[337]"Tarixi-təməddünha”, səh.507-dən nəqlən
[338]"Nizami-hüquqizən”dən (səh.381) nəqlən
[339]"Təfsiri-nümunə”, 3-cü cild, səh.260
[340]"İki məqalə”, səh.18
[341]"Təfsiri-nümunə”, 3-cü cild, səh.259
[342]"Nəhcül-bəlağə”, səh.1144
[343]"Rovzətül-müttəqin”, 8-ci cild, səh.385
[344]"Qürərül-hikəm”, səh.708
[345]"Töhəfül-üqul”, səh.266
[346]"Qürər və dürər”, səh.680
[347]"Vəsailüş-şiə”, 15-ci cild, səh.267
[348]"Qürərül-hikəm”, səh.629
[349]"Vəsailüş-şiə”, 14-cü cild, səh.100
[350]"Müstədrəkül-vəsail”, 2-ci cild, səh.559
[351]"Nisa” surəsi, ayə:24 İstəmtətum kəlməsi mütə kəlməsindən alınmışdır. Mütərcimdən.
[352]"Vəsailüş-şiə”, 14-cü cild, səh.437
[353]"Biharul-ənvar”, 103-cü cild, səh.320
[354]"Müstədrəkül-vəsail”, 2-ci cild, səh.588
[355]"Rovzətul-müttəqin”, 8-ci cild, səh.467
[356]"Vəsailüş-şiə”, 14-cü cild, səh.440
[357]"Cameül-üsul”, 12-ci cild, səh.135
[358]"əl-mizan” təfsiri, 4-cü cild, səh.308
[359]"Təfsiri-nümunə”, 3-cü cild, səh.338-dən nəqlən
[360]"Şərhi mən la yəhzür”, 8-ci cild, səh.457
[361]"Müstədrəkül-vəsail”, 2-ci cild, səh.587
[362]"Səhihi-Müslüm”, 3-cü cild, səh.38, mütə babı; "Şərhimən la yəhzür, 2-ci cild, səh.227
[363]"Cəvahirül-kəlam”, 30-cu cild, səh.133
[364]Nəuzu billah, onlar Həzrət Peyğəmbəri ilahi bir peyğəmbər deyil, sadəcə bir müctehid kimi fərz edirlər.
[365]"Yunis” surəsi, ayə:15
[366]"əl-mizan” təfsiri, 4-cü cild, səh.313
[367]"Səfinətül-bihar, 2-ci cild, səh.522
[368]"Nizami hüquqi zən”, 48-ci səhifədən nəqlən.
[369]"Rovzətul-müttəqin”, 2-ci cild, səh.227
[370]"Səfinətül-bihar, 2-ci cild, səh.521
[371]"Fürui-kafi”, 5-ci cild, səh.452
|