9-cu dərs: Ədəbsizlik Ey əziz qardaş, ədəbsizlikdən çəkin! Ədəbsizlik insanı Xaliqdən də, məxluqdan da uzaqlaşdırır (" Usulul-kafi" c.2, səh.242) Ədəbsiz insan daim əzab içində yaşayır. (Şeyx Kuleyni "Usulul-kafi" kitabının 2-ci cildinin 242-ci səhifəsində İmam Sadiqdən (ə) nəql edərək deyir:"Kimin əxlaqı pis olsa özünə əzab verər") Çünki həmin şəxs onu əsla tərk etməyən bir düşmənin əsiridir. ( Şeyx Kuleyni "Usulul-kafi" kitabında məsumlardan nəql edir: "Sirkə balı xarab etdiyi kimi, ədəbsizlik də imanı xarab edir"). Bir şair nəsr üslubunda deyir;"Əgər ədəbsiz bir insan yaşamaq üçün uzaq ölkələrə qaçsa belə ədəbsizlik ondan əl çəkməyəcək" Gözəl əxlaq övliyaların ən gözəl sifətidir. (Şeyx Kuleyni "Usulul-kafi" kitabının 2-ci cildində səh.81-də İmam Zeynəlabidindən (ə) nəql edərək buyurur: "Qiyamət günü tərəzidə qoyulacaq ən üstün əməl gözəl əxlaqdır") Allah-Təala Qurani-Kərimdə buyurur:
وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ
"Həqiqətən də, sən böyük əxlaq sahibisən!" ("Qələm" surəsi, ayə 4) Rəsulullah (s) buyurur: "Qiyamət günü sizlərdən mənə ən yaxını və ən sevimlisi gözəl əxlaqa sahib olanınızdır" ("Usulul-Kafi" c.2, səh.81) "Sizlərdən mənə ən çox oxşayan gözəl əxlaqa malik olanınızdır" ("Biharul-Ənvar" c.71, səh.375-387) Əmirəl-möminin (ə) buyurub: "Gözəl əxlaq üç şeydədir; Haramlardan çəkinməkdə, halal tələb etməkdə və ailənin gəlirini artırmaqda" ("Biharul-Ənvar" c.71, səh.395)
|