İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2012 » October » 29 » Islamda evlənmə və ailə hüququ-1
    8:21 AM
    Islamda evlənmə və ailə hüququ-1

    İKİNCİ FƏSİL
    NASALEH ATA-ANA İLƏ NƏ ETMƏLİ?


    Adətən, layiqli və saleh övladlar elə layiqli və saleh ata-anaların şirin səmərəsindən bir nişanədir. Şəkk yoxdur ki, irsiyyət amili və ailə mühitinin təsiri cəmiyyətdə olan övladların şəxsiyyətinin, əxlaqının formalaşmasında ən mühüm amil hesab olunur. Buna əsasən, əgər övladlar və ailənin sair üzvləri pak, dindar, fədakar olub vəzifələrini tanısalar və islami mədəniyyətdən lazımi qədər bəhrələnsələr, sözsüz onların adət-ənənələrinin, ədəb və şəxsiyyətlərinin formalaşmasında son dərəcə mühüm rol oynayan ata-analar özü də saleh fərdlərdən olub qeyd olunan səciyyəvi xüsusiyyətlərə malik olacaqlar.

    Belə olan halda səliqələrin müxtəlifliyi, mədəniyyətlərin arasındakı təfavütlər məzhəb və ya əqidə fərqləri ya ümumiyyətlə olmayacaqdır, ya da son dərəcə əhəmiyyətsiz, az olacaqdır. Lakin cəmiyyətin min illərlə əldə etdiyi təcrübələr və bu işin həqiqəti göstərir ki, bu qanun hər bir yerdə yeknəsəq deyildir. Məlum və ya qeyri-məlum amillər bəzən cəmiyyətdə və ailədə fikri, mədəni, əqidə və dini ixtilafların yaranmasına səbəb olur. İndi ailələr, övldalar və valideynlər arasında bu kimi ixtilaflar qarşıya çıxanda nə etməliyik? Bu halda övladların haqqı varmı ki, öz ata-anaları ilə bəhs edib dalaşsınlar, onların haqqları varmı ki, özlərinin xam nəzəriyyə və fikirlərini öz valideynlərinə qəbul etdirib beləliklə də qızmar və səfalı ailə mühitini yanar cəhənnəmə döndərsinlər? Yoxsa məntiqsiz olaraq ata-ananın yersiz istəklərini qəbul edib kor-koranə onlara tabe olmaq lazımdır? Sağlam əql bu sualın cavabında deyir ki, əqlən ailənin qızğın ailə ocağında hər növ dava-dalaş, çarpışma, ixtilaf və hərc-mərc, haqsızlıq məhkum olunmuşdur və bu kimi amillər ailənin nurlu çıraqlarını söndürür. Digər tərəfdən də övladların valideynin işlərinə dəxalət etməsi camaat arasında mövcud olan qanunların, adətlərin əleyhinə getməsi ata-ananın yüksək şəxsiyyətinin təhqir edilməsidir və atanın ailədə öhdəsinə aldığı məsuliyyətlərlə, ananın idarəçiliyi ilə uyğun gəlmir. Deməli valideynlərlə övladlar arasında ixtilaflar büruz etdikdə, çarə və çıxış yolu ailə qanunlarına müraciət etməkdir. Çünki bu qanunlardan xəbərdar olmadan mühakimə yürütmək fəsada, pozğunluğa gətirib çıxarar və öz ardınca da gözlənilməz və xoşagəlməz hadisələri gətirər.

    Şübhəsiz İslam bütün fərdi və ictimai məsələlərdə, bütün müşküllərdə və problemlərdə çıxış yolu qoymuşdur. Buna əsasən bizim vəzifəmiz budur ki, bu hallarda da Qurana və Peyğəmbər sünnətinə müraciət edək, şəxsi səliqə və nəzəriyyələri qəbul etdirməkdən çəkinək. Qurani kərim buyurur:

    "Ey iman gətirənlər, Allahdan və Onun Rəusulundan qabağa keçməyin. Allah taala qarşısında təqvalı olun. Həqiqətən Allah taala eşidən və biləndir.”[14]

    Bu ayə İslam dininə imanlı olan şəxsləri İlahinin və Onun Rəsulunun göstərişlərinə tabe olmağa çağırmış, hər növ şəxsi mühakimə yürütməkdən, şəxsi səliqə və nəzərləri kiməsə qəbul etdirməkdən, Qurani kərim və sünnətin həyatverici qanun və göstərişləri ilə müxalifət etməkdən çəkindirir. Deməli, burada bizim vəzifəmiz budur ki, 14 məsum (əleyhimussalam)-ın vəhy mənbəyindən qaynaqlanan hədis və rəvayətlərini özümüzə nümunə götürərək müşküllərimizi məhz həmin yolla həll edək. İmam Sadiq (əleyhissalam) buyurur:

    "Bir kəs, hətta ata-anası ona zülm etmiş olsalar belə onlara qəzəb nəzərləri ilə baxsa, Allah-taala onun heç bir namazını qəbul etməz”[15]

    Bu hədis övladın bütün bəhanə yollarını bağlayıb buyurur ki, heç bir halda ata-anaya zülm etmək olmaz, hətta onlara qəzəbli, mürüvvətə zidd olan baxışlarla baxmaq da məhkum edilmişdir. Ola bilsin ki, ata-ana elmsizlik ucbatından və ya qəzəb alovunun şölələnməsi nəticəsində öz övladına qarşı cəfa edərək düzgün olmayan zülm yolunu seçərək beləliklə də onların incə qəlblərini incitmiş olsunlar. Lakin belə hallarda övladlar təmkinli olsun, ədəb və insaniyyət yolunu əldən verməsinlər ki, həm nəfs ilə cihad edərək savab qazansınlar, həm də ona qarşı zülm etmiş ata-ananın səhvlərini onlara başa salsınlar, onları düz yola qaytarsınlar. İmam Sadiq (əleyhissalam) övladlarına əzab-əziyyət verən, onlara qarşı kobud rəftar edən nasaleh ata-ana ilə rəftar tərzi barədə buyurur:

    "Qurandakı "fəla təqul ləhuma uffin” yəni əgər sənə zəcr versələr də uf demə; və "onlardan küsmə”, yəni əgər səni vursalar da onlardan küsmə, "Onlara kərim söz de”. Kərim söz bundan ibatrətdir ki, onlara "Allah taala sizi bağışlasın” deyəsən. Sənin dediyin kərim söz budur.”[16]

    "Biharül-ənvar”ın müəllifi mərhum Əllamə Məclisinin atası Məhəmməd Təqi Məclisi buyurur: "Əgər valideynlər müəyyən narahatlıq səbəbi ilə övladı tənbih etmək istəsələr, yaxşı olar ki, yaralanma xətəri gözlənilən hallar müstəsna olan başqa hallarda, övlad onlara təslim olsun.”

    Bu hədislərdən övladların vəzifələri aydınlaşır. Belə ki, onlar valideynlərinin kobud rəftarları, bəd əxlaqları qarşısında qeyri-münasib əks reaksiya göstərərək bu yolla da ata-analarını daha da narahat və qəmgin edə bilməzlər. Əgər valideynin övladı vurması, danlaması və cəzalandırması qarşısında "of” deməsi caiz deyildirsə, onda sair yaramaz əməl və hərəkətlər ağlasığmaz və qeyri-qanuni əməllər də şübhəsiz yolverilməz və qadağandır. Əlbəttə, övladlar valideynin qəzəbi soyuduqdan sonra onlara danlaq və təhqir olmamaq şərtilə müəyyən qədər nəsihət edib yol göstərərək onların xoşakəlməz hərəkətlərini xatırlada bilərlər. Ümumiyyətlə valideynə itaət etmək o yerlərdə vacib və zəruridir ki, İslam qanunlarının əksinə göstəriş verməsinlər; əks halda onların əmrlərindən imtina etmək lazımdır.

    Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

    "Allah taala qarşısında itaətsizliyə və üsyankarlığa (günaha) səbəb olan halda heç bir kəsin əmrinə itaət etmək caiz deyildir.”[17]

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) o Həzrətə beyət edib müsəlman olan bir kişiyə buyurur:

    "Atalarınızın sizə əmr etdiyi şeylərdə onlara itaət edin, amma onların Allah taala məsiyətinə gətirib çıxardan əmrlərinə itaət etməyin.”[18]

    Bu iki hədis aşkar şəkildə bəyan edir ki, dini göstəriş və hökmlər qarşısında itaətsizliyə səbəb olan heç bir kəsə itaət etmək caiz deyildir. Buna görə də hərgah ata və ana şəriətin əksinə olan bir göstəriş versələr, bu halda onlara itaət edə bilmərik; lakin valideynin xilaf və xoşagəlməz işlərini övladların sair yerlərdə də itaətsizlik etmələri üçün bəhanə gətirmək olmaz. Çünki onlara hər bir halda yaxşılıq etmək vacibdir. İmam Sadiq (əleyhissalam) buyurur:

    "Üç şey var ki, onları yerinə yetirməkdə heç bir bəhanəyə yol verilmir: 1-Əmanəti öz sahibinə qaytarmaq, istər sahibi yaxşı adam olsun, istərsə də pis adam; 2-Əhd-peymana vəfadar qalmaq, istər əhd bağladığın adam yaxşı əməl sahibi olsun, istərsə də pis əməl sahibi; 3-Valideynə ehsan və yaxşılıq etmək, istər onlar əməlisaleh olsunlar, istərsə də olmasınlar.”[19]

    Bu hədisə azacıq diqqət yetirməklə başa düşmək olar ki, ata-ana ilə yaxşı rəftar etmək vacib və onlarla pis rəftar etmək isə heç bir vəchlə caiz deyildir. İmam (əleyhissalam) buyurur ki, "onlara ehtiram etmək vacibdir, hətta fasiq və qeyri-saleh olsalar belə.”

    Xatırlatmaq lazımdır ki, ata-anaya qarşı xoşrəftar olmaq məsiyət və günaha gətirib çıxaran hallar onlara itaət etməməklə tamamilə başqa-başqa şeylərdir, yəni əgər onlar İlahinin göstərişlərinin əksinə əmr versələr, həmin halda onlara itaət etmək olmaz, lakin onların məhəbbət və ehtiramları da unudulmamalıdır. Allah taala bu məsələyə toxunaraq buyurur:

    "Əgər ata və anan sənin, Mənə qarşı şərik qoşmağına səy etsələr (həqiqət yolundan azdırmağa çalışsalar), onlara itaət etmə, amma dünyada onlarla yaxşı, gözəl rəftar et.”[20]

    Bəli, ata və ana əzizdir, onlara hər zaman ehtiram göstərmək zəruridir. Cavan övladlar heç bir bəhanə üzündən onlara ehtiramsızlıq edə bilməzlər, istər onlar fasiq, istər yollarını azmış və istərsə də kafir olsunlar. İmamlarımızın yaxın səhabələrindən biri olan Cabir Cofi deyir: Bir nəfər İmam Sadiq (əleyhissalam)-dan soruşdu:

    Ey Peyğəmbərin övladı, mənim ata və anam haqq şiə məzhəbində deyillər və bu məzhəbin müxalif- lərindəndirlər. Mənim onlarla rəftarım necə olmalıdır? İmam (əleyhissalam) buyurdu: Bizim şiə və ardıcıllarımıza necə yaxşılıq və hörmət edirsənsə, eləcə də bizimlə müxalif olan ata-anana qarşı yaxşılıq və ehtiram göstər.

    Bu günkü dünyamızda təşkilat və partiyalar, böyük və kiçik qruplar, hökumətlər və diktator reqimlər öz ardıcıllarını təəssübçülüyə dəvət edirlər, öz müxaliflərini, düşmənlərini məhv edirlər, öz ardıcıllarını müxaliflərinin əleyhinə, onları məhv etmək üçün təhrik edirlər. Belə bir halda Cəfəri məzhəbinini başçısı İmam Sadiq (əleyhissalam) əmr edir ki, bizim düşmənlər və müxaliflərimizlə eynilə şiələrimiz və dostlarımıza qarşı etdiyiniz rəftar kimi rəftar edin. Bugünkü dünyamızda hansı məktəb və ya qrupun mədəniyyətində var ki, öz müxaliflərinə qarşı ədalətlə rəftar etməyi tövsiyə etsin? Hətta öz düşmənlərinin varlığına da dözsünlər? "örəsən sair qrup və partiyalar içərisində yaradılan terrorlar, iğtişaşlar, sui-qəsdlər, hücumlar, qoşun yeritmələr, qarışıqlıq və s. bu müddəanın şahidi deyildirmi?

    Necə də gözəldir bizim tərbiyəvi və insan quran məktəbimiz ki, onların rəhbərləri məsum şəxslər olub dərin dünyagörüşü, vəsfəsığmaz ürək genişliyi ilə bu yolun yolçularını səadətit şah yoluna hidayət etmiş, öz ardıcıllarını layiqli və səbirli insanlar kimi tərbiyə etmişlər.
    HƏTTA ŞİRK HALINDA DA VALİDEYNƏ EHTİRAM

    İmam Riza (əleyhissalam) buyurur:

    "Valideynə yaxşılıq etmək, hətta onlar müşrik olsalar belə, vacibdir. Amma Xaliqə qarşı günaha səbəb olan əmrlərində itaət etmək olmaz.”[21]

    İmamın bu buyuruğunda bütün bəhanə yolları bağlanır. Həzrət hətta ata-ananın müşrik fərz edildiyi halda belə öz əmrini buyurmuşdur. Yəni sadəcə cüzi məsələlər səbəbilə övladların ata-anaya ehtiramdan qaçması caiz deyildir, hətta ata-ana kafir və ya müşrik olsalar belə, övladlar valideynlərinin hüququnu tapdalayıb onlara qarşı ehtiramsızlıq edə bilməzlər. Bu məsələ İslamın danılmaz və inkarolunmaz məsələlərindən biridir. İndi sizin diqqətinizi bir ibrətamiz hekayəyə cəlb edirik:

    Zəkəriyya adlı bir şəxs əvvəllər məsihi dinində idi, sonralar İslam haqqında çoxlu mütaliələr edib axtarışlar apardıqdan sonra ilahi tovhid nuru qəlbinə saçmış və o, İslam dinini qəbul etmişdir. O deyir: Müsəlman olduqdan sonra Allah Evini ziyarət etmək məqsədi ilə Beytullahil-Hərama yola düşdüm. Məkkeyi-Müəzzəməyə çatdıqdan sonra İmam Sadiq (əleyhissalam)-ın orada olduğundan agah olub o Həzrəti ziyarət etmək, mənəvi qida almaq, Ali-Mühəmmədin elm xəzinəsindən güllər dərmək üçün mübarək hüzuruna getdim. Necə müsəlman olduğumu şərh etdikdən sonra soruşdum: Ey Peyğəmbərin övladı, sənə fəda olum, mənim ata-anam nəsranidirlər, anam həddindən artıq qocalıb əldən düşmüşdür. Mən onlarla bir yerdə, bir süfrədə yemək yeyə bilərəmmi? Onlarla bir yerdə yaşamağın eybi varmı? Həzrət soruşdu: Ata-anan donuz ətindən istifadə edirlərmi? Mən dedim: Yox, hətta ona yaxın da düşmürlər. Həzrət buyurdu: Əgər belədirsə, sənin onlarla birlikdə yaşayıb onlarla bir süfrədə yemək yeməyinin heç bir maneəsi yoxdur. Ey Zəkəriyya, anandan çox muğayat ol, nə qədər bacarsan, ona mehribançılıq və nəvaziş et. Mənim səninlə görüşümü bir kəsə demə. Mina dağına gedəndə bir daha mənim yanıma gələrsən.

    Mən Minada onun hüzuruna getdim. "ördüm ki, camaat onu dövrəyə almış, müəllimlərindən sual soruşan şagirdlər kimi hər kəs bir məsələ soruşurdu. Mən onu ziyarət etdikdən sonra vətənimə qayıtdım. O Həzrətin tövsiyələrinə müvafiq olaraq əldən düşmüş qoca anama nəvaziş etdim, ona öz əlimlə su içirdib yemək yedirtdim, paltarlarını yudum və onun bədəninə əziyyət verən bit-birəni təmizlədim. Anam mənim bu işlərimdən təəccüblənib bir gün məndən soruşdu: "Oğlum, sən müsəlmançılığı qəbul etmədiyin, məsihi olduğun vaxtlarda mənə qarşı bu qədər hörmət və nəvaziş etmirdin. Amma müsəlman olduqdan sonra sənin rəftarın tamamilə dəyişmişdir. Bu dəyişikliyin səbəbi nədir?” Mən dedim: "Anacan, Peyğəmbərin nəvəsi İmam Sadiq (əleyhissalam) mənə bu cür öyrətmişdir.” Anam dedi: "O, hökmən Peyğəmbərdir ki, sənə bu cür göstəriş vermişdir!” Mən dedim: "Yox ana, o Peyğəmbər deyil, onun nəvəsidir.” Anam dedi: "Zəkəriyya, o hökmən peyğəmbərdir, çünki bu yalnız peyğəmbərlərin göstərişlərindən ola bilər.” Mən dedim: "Anacan, İslam Peyğəmbərindən sonra heç bir peyğəmbər gəlməyəcəkdir. Bu, o Peyğəmbərin nəvəsidir.” Anam dedi: "Oğul, sənin dinin ən yaxşı dindir, onu mənə öyrət, mən də müsəlman olum.”

    Mən İslam dininin hökmlərini, qayda-qanunlarını anama öyrətdim, o da İslam dinini qəbul etdi. Zöhr, əsr, məğrib və işa namazlarını qıldı, sonra halı qarışmağa başladı. Bir az sonra mənə dedi: "Din hökmlərini mənim üçün yenidən təkrar et!” Mən də onları bir-bir təkrar etdim, anam da iqrar etdi və Allahın adı dilində ikən vəfat etdi.”[22]
    İSLAM, YAXUD ƏMƏL DİNİ

    Bu ibrətamiz hekayət bizim müddəamızın canlı şahidi olmaqla yanaşı, məlum edir ki, ata-ana hərçənd etiqadi və dini cəhətdən düzgün yolda olmasalar belə, onların hüququna riayət edilməli, övladlar tam sədaqətlə, bacardıqları qədər onlara xidmət edilməlidir. Onlara yaxşılıq və ehsanı heç vaxt əsirgəməməlidirlər. Bu məsələ ictimai nöqteyi-nəzərdən də çox diqqətə layiqdir. Əsas etibarı ilə İslam dini qəlbi etiqadlarla əməlin qarışığından ibarətdir və əməlsiz heç vaxt istənilən nəticəni əldə etmək olmaz. Qurani məciddə adətən imandan söz açan ayələrdə yaxşı əməl, səy göstərmək, çalışmaq məsələsi ortaya çəkilmişdir. Deməli, əməlsiz imanın lazımi nəticəsi, faydası yoxdur.

    Zəkəriyyanın anası məsihiyyət dinini buraxıb müsəlman olursa və İslam dinini dünya dinlərinin ən yaxşısı hesab edirsə, ömrünün son anlarında tam razılıqla İslamın həqiqətlərindən agah olursa, bunun səbəbi yalnız insani duyğular, atifələr və Zəkəriyyanın İslam dininin göstərişlərinə uyğun əməl etməsi olmuşdur. Əgər İslam dininin haqq din olduğunu, onun hökm və təlimlərinin həyatbəxş olduğunu deyiriksə, bu o haldadır ki, müsəlmanlar onun göstərişlərinə əməl etsinlər. Çünki əməlsiz bunların heç bir təsiri olmayacaqdır.

    İslam tarixi şəhadət verir ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-in və əimmeyi-hudanın (Məsum İmamların) gözəl əxlaqi səciyyələri nəticəsində, agahlıq üzündən İslamı qəbul edən şəxslər Peyğəmbəri Əkrəmin möcüzələrini və İmamların kəramətlərini görərək İslamı qəbul edənlərdən qat-qat etiqadlı olmuşlar. Qurani kərim aşkar şəkildə Peyğəmbərə xitab edərək buyurur: "Rəsuli Əkrəmin gözəl və mülayim rəftarı səbəb olmuşdur ki, başqaları İslama üz gətirsinlər. Əgər o Həzrət bədəxlaq olub kobud rəftar etsəydi, hökmən onun ətrafından dağılışardılar.”[23]

    Yaxşı olar ki, bütün müsəlmanlar İslamın üstün və ali dərəcəli göstərişlərini öz həyatlarında əməli olaraq həyata keçirib onun müsbət nəticə və təsirlərini müşahidə etsinlər. Hamı qardaş kimi, bir bədənin müxtəlif üzvləri kimi qarşılıqlı insani rəftar əsasında bir-birinin yanında səfa-səmimiyyətlə yaşasınlar. Bu məhəbbət və nəvaziş bütün qohum-əqrəba və ailədə, xüsusilə ata-ananın barəsində daha çox tövsiyə olunmuşdur və buna əməl olunması daha dəyərli nəticələr verəcək. İslamın həyatverici göstərişlərinə əməl etmək arzusu ilə.
    ÜÇÜNCÜ FƏSİL
    VALİDEYNLƏRİNİN İXTİYARLARININ HƏDDİ-HÜDUDU

    Ailənin qarşılıqlı səfa-səmimiyyətdə yaşamasına səbəb olan ən mühüm amillərdən biri ailə qayda-qanunları və məsələlərindən tam agah olmaqdır. Ailənin bütün üzvləri İslamın ailə barəsində olan qanun və meyarlarını öyrənərək öz həyatlarına tətbiq etməlidirlər. Ailə üzvləri nə qədər ki özlərinin qarşılıqlı əlaqə, vəzifələrini, ailə qanunlarını bilmirlər və həyatlarında onlara əməl etmirlər, heç vaxt həqiqi səadətə çatmayacaqlar, hərc-mərclik, inzibatsızlıq və s. kimi mənfi hallar axırda ailənin dağılmasına səbəb olacaqlar. Atanın ailədə başçılıq, ananın isə idarəçilik məqamını gözləməyən ailələrdə şübhəsiz heç vaxt aramlıqdan əsər-əlamət görünməyəcəkdir.

    İslam məktəbi ailənin daha yaxşı və səfa-səmimiyyətdə yaşaması, qızğın məhəbbət telləri ilə bir-birinə bağlanması üçün xüsusi qaydalar bəyan etmiş, onun hər bir üzvünün vəzifələrini tam və kamil surətdə aydınlaşdırmışdır ki, onların səadətinə zəmanət verməsi üçün bunlara riayət etmələri zəruridir.

    Böyük şiə alimlərindən olan, çoxlu dəyərli kitabların müəllifi və kitabları hal-hazırda elm hövzələrində istifadə olunan mərhum Şəhid Sani buyurur: Övladların cihadda, İslam düşmənləri ilə müharibədə iştirak etmələrində ata-ananın razılığı vacib və ilzami olduğu kimi, mübah və ya müstəhəb olmasından asılı olmayaraq sair səfərlərdə də vacibdir. Həmçinin kifai[24] vaciblərdə də eyni qayda ilədir, bu şərtlə ki, başqaları onu yerinə yetirsin. Övladların bu kimi işlərdə iştirak etmələri valideynin icazəsi ilə olmalıdır. Həmçinin elm kəsb etmək üçün edilən səfərlərdə də eyni qayda ilə; belə ki, əgər vacib və zəruri elmlərdən olmazsa, həmin elmləri öyrənməyə getmək üçün ata-ananın razılığını əldə etmək lazımdır.[25]

    Müasir təqlid-mərcələri də buyururlar: "Vacib olmayan səfər, əgər ata-ananın əziyyətə düşmələrinə səbəb olarsa, haramdır. İnsan belə səfərlərdə namazı tamam qılmalı, (əgər Mübarək Ramazan ayı olarsa) oruclarını tutmalıdır.”[26]

    Mərhum Şəhidi Əvvəl dəyərli "Qəvaid” kitabının 212-ci səhifəsində buyurur: "Valideynlərin hüquq və ixtiyarlarının ən mühümləri aşağıdakılardan ibarətdir:

    1-Övladların müstəhəb və mübah səfərləri onların icazələri olmadan caiz deyildir;

    2-Onlara tabe olmaq övladlara hər bir işdə, hətta (vacib olub-olmaması) şübhəli olduqda belə vacibdir. Çünki belə hallarda ehtiyat etmək müstəhəb, valideynə itaət etmək isə vacibdir;

    3-Əgər valideyn namazın fəzilətli vaxtlarında övladından bir şey istəsə, övlad namazı təxirə salaraq onun əmrinə itaət etməlidir. Çünki, namazı ilk vaxtda qılmaq müstəhəbb, valideynə itaət etmək isə vacibdir və vacib isə hər bir müstəhəb işdən müqəddəmdir;

    4-Əgər övladın camaat namazında iştirak etməsi, bu namazın bütün qeyd olunan savabları ilə belə, valideynin narazılığına səbəb olarsa, övlad namazı camaatla qılmamalıdır;

    5-Valideynin öz övladını cihaddan saxlamağa haqqı vardır; (Amma əgər İmam (əleyhissalam) şəxsən özü övladı cihada əmr edərsə və ya İslam və müsəlmanların cəbhəsi zəif olarsa, bu halda övlada mane ola bilməzlər.)

    6-:ifai vaciblərdə əgər başqaları o işi yerinə yetirərsə, valideynin haqqı vardır ki, öz övladını həmin işdən saxlasın.

    7-Əgər övlad müstəhəb namaz qılarkən valideyn onu çağırarsa, övlad namazı pozub ona cavab verməlidir;

    8-Övlad valideynə hər növ əzab-əziyyət verməkdən, hətta cüzi miqdarda olsa belə, uzaq olmalı, başqalarının da valideynə yetirə biləcəyi əzab-əziyyətin qarşısını almalıdır;

    9-Valideynin icazəsi olmadan övladın müstəhəb oruc tutması caiz deyildir;

    10-Valideynin icazəsi olmadan övladın nəzir, əhd, and və s. kimi işləri yerinə yetirməsi caiz deyildir;

    Əgər övladlar, istər qız olsun, istərsə də oğlan, aqil və həddi-büluğa, fikri (təfəkkür) cəhətindən müəyyən kamal həddinə çatmış olsalar, habelə, onların şəxsi mülkiyyətində müəyyən qədər mal-dövlət olarsa, bu halda həmin mal-dövlətdə hər növ ixtiyar və təsərrüf övladın özünə aiddir. Ata-ananı isə bu ixtiyarları onun əlindən almağa haqqı yoxdur. İmam Baqir (əleyhissalam) buyurur:


    "Əgər qadın öz işlərinin sahibi olarsa, al-ver edə, Allah taala yolunda qul azad edə bilər.”[28]

    Yəni azad və bir kəsin qulu olmayan bir qadın al-ver edə bilər, əgər özünün qulu olmuş olarsa, onu Allah taala yolunda azad edə bilər.

    Bu mövzu Qurani məciddə də aşkar şəkildə qeyd olunmuşdur. Quran buyurur ki, qadın və ya kişi olmalarından asılı olmayaraq bütün insanlar qeyd olunan şərtlər daxilində öz mal-dövlətlərində təsərrüf (istifadə) etməkdə tam ixtiyar sahibidirlər, heç kəs bu maliyyə hüququnu onlardan ala bilməz. Qurani kərim buyurur:

    "Kişilər və qadınlar hər biri özlərinin iş və qazanclarının sahibi, malikidirlər.”[29]

    Mülahizə etdiyiniz kimi bu ayə aşkar şəkildə bütün qadın və kişilərin hüququnu, maliyyə və təfəkkür cəhətindən müstəqil olmalarını möhtərəm sayır. Bu məsələ bütün din başçılarının fikir birliyində olduğu məsələlər sırasındadır və heç kəs onunla müxalifət etməmişdir. Bu barədə çoxlu rəvayətlər vardır ki, elm və ədəb əhlinə məxfi deyildir. Deməli valideynlər övladların qız və ya oğlan olmalarından asılı olmayaraq mali, ticarət və s. kimi məsələlərində yalnız yolgöstərmə haqqına malikdir, amma onların ixtiyarlarını məhdudlaşdıra bilməzlər.

    Amma evlənmə məsələsinə gəldikdə isə, qeyd etməliyik ki, bu məsələdə valideynlərin ixtiyarlarının həddi-hüdudu bəhs olunmuşdur ki, xülasəsini qeyd edirik:

    Oğlan uşaqları evlənmə məsələsində qanuni şəraitə malik olduqda islami və əqli cəhətdən təkamülə çatdıqdan sonra özləri həyat yoldaşı seçməkdə müstəqil surətdə qərara gələ bilərlər, valideynlər isə yalnız bir məşvərətçi kimi olub öz şəxsi nəzərini oğluna qəbul etdirmək haqqına malik deyildir. Böyük alimlər və fəqihlər də məhz bu əsasda fətva vermişlər, İslam hədisləri də bunu təkidləndirir.

    Məhəmməd ibni Müslüm İmam Baqir (əleyhissalam)-dan soruşdu: Oğlunun xəbəri olmadan bir ana bir qızı onun əqdinə keçirmişdir. Bunun hökmü nədir? Həzrət buyurdu: Bu iş oğlunun rəyinə bağlıdır; istəsə qəbul edər, istəməsə qəbul etməz. Əgər oğlan qəbul etməsə, qızın mehriyyəsini ana özü verməlidir.[30]

    Bu sualın oxşarını (ata-ananın oğulun kiminlə evlənməsində dəxalət etməmələri barəsindədir) İbni Əbi Yəfur İmam Sadiq (əleyhissalam)-dan soruşmuşdur:

    "Mən bir qızla evlənmək istəyirəm, ata-anam isə başqa bir qızı mənə almaq istəyirlər. İmam (əleyhissalam) buyurdu: Öz istədiyin qızla evlən və ata-ananın istədiyini boşla.”[31]

    Başqa bir hədisdə İmam Sadiq (əleyhissalam) buyurur:

    "Əgər bir kişi öz oğlunu evləndirsə, bu iş oğluna həvalə edilir: istəsə qəbul edə bilər, istəməsə rədd edə bilər.”

    Deməli, diqqət yetirmək lazımdır ki, ata və ya ana, yaxud onların hər ikisinin öz oğlunu evlənməyə məcbur etməyə, öz nəzərlərini ona qəbul etdirməyə haqları yoxdur. Amma əxlaqi nəzərdən bütün övladlar ata-ananın təcrübələrindən istifadə edərək bütün işlərdə, xüsusilə evlənmə məsələlərində onlarla məsləhətləşməyə borcludurlar və valideynlərin məsləhət görmədiyi bir qızla evlənməməlidirlər. Çünki, valideynlik hüququndan əlavə, təcrübə, əql və təfəkkür baxımından da onlar övladdan yüksək səviyyədədirlər. İslam dini də bizi bütün işlərdə məşvərət etməyə sövq etmişdir.
    QIZLARIN ƏRƏ "ETMƏSİNDƏ İSƏ...

    Amma qızların ərə getməsi məsələsinə gəldikdə isə, analar bu haqda ümumiyyətlə ixtiyar sahibi deyillər və qızlarını kiməsə ərə getməyə məcbur etməyə və onların evlənmə işinə dəxalət etməyə haqları yoxdur. Analar əxlaqi cəhətdən öz övladlarına yol göstərə bilərlər, lakin bu yol göstərmə iltizami olmamalıdır.

    Atalar isə bir dəfə evlənib sonradan ikinci dəfə ərə getmək istəyən qızlarının evlənmə məsələsində ilzami dəxalət edə bilməzlər və bu qəbildən olan qızların həyat yoldaşı seçmək barədə azadlıq və ixtiyarlarını onlardan ala bilməzlər. Bu qəbildən olan qızların haqqı vardır ki, öz taleyini həll etməkdə şəxsən qərara gəlsinlər. Amma məşvərət və yolgöstərmə İslamda həmişə bəyənilmişdir və bu məsələdə də heç bir ixtilaf, fikir ayrılığı yoxdur və bütün fəqihlər məhz bu əsasda fətva vermişlər.

    Əgər qızlar birinci dəfə olaraq ailə qururlarsa, (yəni bakirədirlərsə,) bu halda atalarının onların ərə getmə işinə dəxlalət etməsi barəsində fətva və rəvayət nəzərindən müxtəliflik nəzərə çarpır. Hər kəs də bu mövzu barəsində öz mərcəyi-təqlidinə tabe olmalıdır. Biz də lazım görürük ki, bu məsələni rəvayət baxımından araşdıraq. Bəzi rəvayətlər atanın bakirə qızının evlənməsində icazəsini lazım və vacib bilərək xatırladılır ki, onun icazəsi olmadan evlənməsi səhih deyildir. İmam Sadiq (əleyhissalam) buyurur:

    "Atası olan bakirə qız atasının izni olmadan ərə gedə bilməz.”[32]

    Həzrət başqa bir hədisdə buyurur:

    "Atası olan bakirə qızlar atalarının icazəsi olmadan ərə gedə bilməzlər.”[33]

    Zürarə İmam Baqir (əleyhissalam)-dan belə bir hədis nəql edir:

    "Nikahı atadan başqası poza bilməz.”[34]

    Yəni, ata qızının icazəsi olmadan nikahı poza bilər və başqası bu ixtiyara malik deyildir.

    Bundan əlavə başqa hədislər də vardır ki, bu hədisi qüvvətləndirir, qızların ərə getməsində atanın icazəsini şərt bilirlər ki, ixtisara riayət edilsin deyə, biz elə qeyd olunanlarla kifayətlənirik. Bunu da qeyd etməyi lazım bilirəm ki, əgər ataların icazəsi qızların nikah əqdinin düzgün olmasında şərt olsa da, şəkksiz ki, tam ixtiyar onların əlində deyil, əksinə onların evlənməsində əsas məsələ özlərinin razılığı və hazırlığıdır. İstisnasız olaraq heç bir ata qızının razılığı olmadan onu ərə verə bilməz və azadlıq prinsipi, habelə islami rəvayətlər də bunu təsdiq edir.
    èEYĞƏMBƏR (s) QIZINDAN İCAZƏ ALIR!

    Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib Zəhra (əleyhiməssalam) ilə evlənmək üçün Həzrət Peyğəmbərin hüzuruna gəlib ürəyinin istəyini açıqladı. İmkan aləminin qütb nöqtəsi, aləm insanlarını ən yaxşısı Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: Ya Əli, başqaları da Zəhranın elçiliyinə gəlmişdilər. Mən onların sözlərini qızıma çatdırdım, amma o, razı olmadı və narazılıq əlaməti olaraq üzünü (yana) çevirdi. İndi sənin elçiliyini ona çatdırıram.

    Sonra Həzrət öz qızının yanına gəlib buyurdu:

    "Qızım, Əli sənə elçi gəlib. Bu barədə nə deyirsən?”

    Bu dəfə Həzrət Zəhra əvvəlki dəfələrin əksinə olaraq üzünü çevirmədi və sükutu ilə razılığını bildirdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) təkbir deyən halda onun razılığını Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-a çatdırdı.

    Diqqət yetirmək lazımdır ki, hətta Peyğəmbər də qızı Zəhranın barəsində birbaşa, onun icazəsi olmadan qərara gəlmir, əksinə, evlənmə məsələsində qızının razılığını lazım və zəruri bilir. Bu əməl ilə bütün insanlara azadlıq dərsi verib öyrədir ki, qızlar həyat yoldaşı seçməkdə ixtiyar sahibi və azaddırlar.

    Davud ibni Sərhan deyir: İmam Sadiq (əleyhissalam)-dan qızların ərə getməsi və onların ailə qurmaq istədikdə Həzrət buyurdu:

    "Atanın vəzifəsi budur ki, ərə getmə məsələsini qızına təklif etsin. Əgər müxalifət etməsə, sükutu razılıq əlaməti hesab olunur. Əgər ərə getməyə razı olmasa, atası onu məcbur edə bilməz. Əgər qızı "mən nəzərdə tutduğum şəxslə ailə qurmaq istəyirəm” deyərsə, hökmən onun istəyi ilə razılaşmalıdır.[35]

    Bu hədisdə Əbdürrəhman adlı bir şəxs İmam Musa ibni Cəfər (əleyhissalam)-dan, qızını öz qardaşı oğluna vermək barədə məsləhətləşir. İmam (əleyhissalam) buyurur: "Eybi yoxdur, amma bu iş qızının razılığı ilə olmalıdır. Çünki o, həmin oğlanla birlikdə yaşayacaqdır.”[36]

    İmam (əleyhissalam) bu hədisdə qızların təfəkkürdə, yol seçməkdə düşüncə azadlığının səbəbini bəyan edir. O da həyatın müştərək, iki tərəfin razılığı əsasında olmasıdır ki, bu məsələ qızlarla əlaqədardır. Onların həyat yoldaşları öz istədikləri şəxslər olmalıdır ki, birlikdə səfa-səmimiyyət içərisində xoşbəxt yaşaya bilsinlər. Quranın təbiri ilə desək, "batini və daxili aramlıq səbəbi” ola bilsin.

    Bu barədə çoxlu hədislər vardır ki, qızın razılığını evlənmənin əsas şərtlərindən biri kimi hesab edir və buyurur ki, onun razılığını əldə etmədən oxunan kəbin batil, belə evlənmədən doğulan uşaqlar qeyri-qanuni olacaqdırlar. Buna əsasən, ata-anaların borcudur ki, öz övladlarını bu cür həssas işlərdə azad qoysunlar, onların fikirlərini məhdudlaşdırmasınlar, eyni zamanda onları özlərinin yol göstərmələrindən məhrum etməsinlər, işlərin gələcəyini onların gözləri önündə təcəssüm etdirsinlər. Amma son qərarı qızların özləri seçməlidirlər.
    BU FƏSLİN NƏTİCƏSİ

    Qızların ərə getməkdə şəxsən qərara gəlməsindən, azad və ixtiyar sahibi olmasını göstərən bu hədis və rəvayətlərə diqqət yetirib onların ərə getməsində atanın icazəsinin şərt olduğunu nəzərə alaraq belə nəticə almaq olar ki, qızlar təcrübəsiz, son dərəcə incə və ülvi duyğulara malik olduqlarına, atifəli, ehsaslı olduqlarına görə başlarında nəfsani istək fitnələri olan və hələ tanınmayan kişilərin tələsinə düşməkdən tamamilə amanda qala bilməzlər. Yalançı, aldadıcı eşq-məhəbbət onları dərhal məftun edib onların həqiqi mənafe və səadətlərini puç edə bilər. Minlərlə sadə və sadiq insanların bu kimi məsələlərdə bədbəxtliyə düçar olmaları, inhirafa yuvarlanıb sərgərdan qalmaları qeyd olunanları sübut edir. Deməli fərz olunan bu cür hallarda cəmiyyətdə yaşayan və həyatın acılığını-şirinliyini dadmış ataların dolğun təcrübələrindən istifadə etmək lazımdır. Çünki onlar ağıllı tədbirlərlə bu hiylələri tanıyıb ifşa etməklə zərərsizləşdirə, pak və iffətli qızlarının səadətlərinə tam zəmanət verə bilərlər. Müqəddəs İslam dinində qızların ərə getməsi məsələsində atanın icazəsi məhz bu əsas üzrə olub ehtimal verilən zərərlərin qarşısını almaq üçündür. Əgər ataların qızlarının mənafe və məsləhətini nəzərə almamasını göstərə bilən dəlil və əlamətlər varsa, habelə qızların özlərinə yaraşan münasib fərdlər tərəfindən elçiliyə gələcəyi halda ataların müxalifət etməsi gözlənilsə, bu halda atanın icazəsi şəriət nöqteyi-nəzərindən etibarsız sayılır və oların vilayət haqqı–ixtiyar sahibi olmaq haqqı qüvvədən düşür. Çünki, atanın vilayət və icazəsi öz qızının mənafe və məsləhətinin qorunması üçündür. Əgər ata bu ixtiyardan sui-istifadə edərsə, onun bu haqqı ləğv olunur. İndi isə İmam Sadiq (əleyhissalam)-dan nəql olunan bir hədisi sizin diqqətinizə çatdırırıq:

    "Əgər ata öz bakirə qızının ərə getməsi ilə razılaşmasa, bu halda qızın özü evlənmək məsələsində istədiyi qərara gələ bilər.”[37]

    Elə bu əsasda böyük şiə alimləri istər keçmişdə, istərsə də indiki zamanda fətva verərək qeyd olunan halda atanın vilayətini ləğv olunmuş hesab edirlər. Böyük şiə alimlərindən olan Mərhum Seyyid Məhəmməd Kazim Yəzdi buyurur:

    Əgər qızın atası və ya (atası mövcud olmadığı təqdirdə) qəyyumu qızın özünə layiq və münasib olan oğlana ərə getməsinin qarşısını alsalar və qız da həmin evlənməyə razı olsa, bu halda atanın icazəsi etibarlı sayılmır.”[38]

    Bildiyimiz kimi müasir təqlid mərcələri "Ürvətül-vüsqa” kitabına çoxlu haşiyələr vurmuşlar. Onların hamısı qeyd olunan fətva ilə müvafiq olmaqla bu barədə başqa bir nəzər verməmişlər. Həmçinin şiə aləminin böyük alimlərindən olan mərhum Ayətullah Əbülqasim Xoyi buyurur:

    "Qızın atası və ya vəlisi şərən və ürfən həmin qıza münasib olan bir kəsə ərə getməsinə mane olsalar, (qızı ona verməkdən imtina etsələr və razı olmasalar,) bu halda onun icazəsi vacib deyil və vilayət haqqı aradan gedir.”[39]

    Deməli atanın vilayəti və icazəsi qızının mənafeyi və məsləhətinə müvafiq olmalıdır. Hər yerdə bu mənafeyin əksinə hərəkət edərsə, bu haqq qüvvədən düşür. Tarixdən və nəql edilmiş rəvayətlərdən məlum olur ki, İslamdan qabaqkı nikahlar şüğar nikahı idi. Belə ki, atalar qızlarını mehriyyəsiz, sadəcə cinsi ləzzət almaq üçün bir-biri ilə dəyişirdilər. İslam dini də bu qanunu qadağan etmişdir. İmam Sadiq (əleyhissalam) buyurur:

    "Həzrət Peyğəmbər şüğar evlənməsini qadağan etmişdir. O belə idi ki, iki kişi öz qızlarını mehriyyəsiz olaraq bir-birinə verirdilər.”[40]

    Aydındır ki, bu sayaq sövdələşmə zülm əsasında olub qızların xoşbəxtliyi ataların xeyirinə və mehriyyəsiz olaraq özlərinin şeytani vəsvəsələrinə, həvəslərinə qurban edirdilər. Amma İslam dini onu haram və qadağan edərək mehriyyəni əqdin əsas rüknlərindən biri kimi şərt etmişdir.

    Bu fəslin axırında qeyd edirik ki, ata-anaya itaət etmək hər yerdə və hər bir halda lazım və vacibdir, İslam göstərişlərinin və övladların mənafeylərinin əksinə olan yerlərdən başqa. Bu halda itaət etmək səhih deyildir, yerdə qalan hallarda isə bilmək lazımdır ki, onlar ən alicənab və ən sevimli şəxslərdir, övladlar onlara təşəkkür etmək məqsədi ilə onların zəhmətlərinin müqabilində mehriban və itaətkar olmalı, onların razılıqlarını cəlb etməli, gördükləri hər bir işdə ata-ananın razılıqlarını cəlb etməyə səy etməlidirlər.

    Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

    "Əgər sizlərdən birinin evinin qapısı yanında cihad olsa, ata-ananın icazəsi olmadan cihada getməməlidir.”[41]

    Bu hədisdən aydın olur ki, övladlar bütün işlərində valideynin icazəsi ilə hərəkət etməlidirlər.


    [14]"Hücürat” surəsi, ayə:1

    [15]"Səfinətül-bihar”, 2-ci cild, səh.678

    [16]"Rovzətül-müttəqin”, 13-cü cild, səh.192

    [17]"Səfinətül-bihar”, 2-ci cild, səh.286

    [18]"Biharul-ənvar”, 68-ci cild, səh.281

    [19]"Biharul-ənvar”, 75-ci cild, səh.92

    [20]"Loğman” surəsi, ayə: 15

    [21]"Biharul-ənvar”, 74-cü cild, səh.72

    [22]"Rovzətül-müttəqin”, 9-cu cild, səh.417

    [23]"Ali-İmran” surəsi, ayə:159

    [24]İnsanların bir hissəsinin yerinə yetirməsi ilə di’ərlərinin boynundan ‘ötürülən vacibi əmələ deyilir.

    [25]"Biharul-ənvar”dan nəqlən, 74-cü cild, səh.354

    [26]"Tovzihül-məsail”, məsələ: 1314

    [27]İmam Baqir (ə) buyurur: Bəni İsrail tayfasında Cüreyh adlı bir abid öz sovmiəsində (məbədində) Allaha ibadət edirdi. Bir ‘ün anası onun yanına ‘əlib onu namaz üstə ikən səslədi, lakin oğlu namaz üstə olduğundan, cavab vermədi. Bu hadisə 3 dəfə təkrar oldu. Anası oğlunun bu işindən çox narahat olub ona qarğış etdi. Bu qarğış nəticəsində ertəsi ‘ün bir əxlaqsız, fahişə qadın sovmiənin yanına ‘əlib onu fəsada, zinaya dəvət etdi. Lakin çox müqəddəs və təqvalı şəxs olan Cüreyh bu işə razı olmadı və onu sovmiədən qovdu. O alçaq fitrətli qadından, onun əvvəldəki zina işləri səbəbi ilə bir uşaq dünyaya əlmişdi. Qadın iddia etdi ki, bu uşaq Cüreyhdəndir. Camaat bunu eşidərək onun üstünə töküldülər. Sovmiəni dağıtdılar. Xəbər padşaha çatdı. Cüreyhin ‘ünahsız olmasına baxmayaraq, ona edam hökmü kəsildi. Anası bu xəbəri eşitdikdə dərindən təəssüfləndi, başına-’özünə vurmağa başladı. Cüreyh ona dedi: Anacan, narahat olma, bu bəla sənin mənə etdiyin qarğış nəticəsində ‘əlmişdir. Tamaşaya yığılan camaat bu söhbəti eşitdikdə təəccübləndilər. Qərara alındı ki, Cüreyh öz dedikləri üçün şahid ‘ətirsin. O, əllərini Allahın dər’ahına qaldırıb Ondan imdad dilədi, sonra o uşağa xitab edərək dedi ki, Allahın izni ilə atasının kim olduğunu desin. Bu vaxt uşaq ilahi möcüzə ilə dil açdı, camaatın içində bir çobanı ‘östərib dedi ki, mənim atam budur. Camaat da Cüreyhdən üzr istədilər, onun sovmiəsini düzəldib sonra qızıl-’ümüşlə zinətləndirdilər. Cüreyh and içdi ki, heç vaxt anasından ayrılmayacaq. Hədisin ardında ‘əlmişdir ki, Cüreyh abid, pərhizkar və təqvalı olmasına baxmayaraq ə’ər fəqih və alim olsaydı, anası onu çağıranda namazı pozaraq anasına cavab verərdi. }ünki müstəhəb namazı pozmaq məkruh, anaya cavab vermək isə vacibdir. "Biharul-ənvar”, 74-cü cild, səh.37 və 75

    [28]"Vəsailüş-şiə”, 14-cü cild, səh.215

    [29]"Nisa” surəsi, ayə: 215

    [30]"Fürui-kafi”, 5-ci cild, səh.401

    [31]"Səfinə”, 3-cü cild, səh.486

    [32]"Vəsailş-şiə”, 14-cü cild, səh.202

    [33]"Fürui-kafi”, 5-ci cild, səh.393

    [34]"Vəsailüş-şiə”, 14-cü cild, səh.205

    [35]"Rovzətül-müttəqin”, 5-ci cild, səh.393

    [36]"Vəsailüş-şiə”, 14-cü cild, səh.214

    [37]"Biharul-ənvar”, 103-cü cild, səh.308. Bu hədis "Vəsailüş-şiə”nin 14-cü cildinin 214-cü səhifəsində də ‘əlmişdir.

    [38]"Ürvətül-vüsqa”, 654

    [39]"Minhacus-salihin”, 2-ci cild, səh.279

    [40]"Fürui-kafi”, 5-ci cild, səh.308

    [41]"Kənzül-ümmal”, 4-cü cild, səh.356

    Category: Islamda evlənmə və ailə hüququ-1 | Views: 1890 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024