ON DÖRDÜNCÜ FƏSİL DİNİ TƏLİM-TƏRBİYƏ
Övladların dini təlim-tərbiyəsi ataların övlad qarşısında olan vacib borclarından və övladın ata üzərindəki hüququ sayılır. Əgər valideyn, yaxud uşağı qəyyumu bu böyük və ilahi vəzifəni yerinə yetirsələr, özlərinin və övladlarının səadətini təmin edər, üstəlik cəmiyyətin xoşbəxtliyi və islahı yolunda çox müsbət və təsirli addım atmış olar. Çünki ölkə daxilində və ya dünya səviyyəsində olan cəmiyyətlər məhz bu cavan sinifdən təşkil olunmuşdur.
Sağlam ailə və dini tərbiyədən məhrum olan övladlar əksər hallarda sair insanlara əziyyət verən ünsür, cəmiyyətdə bir növ mikrob sayılır və xüsusilə cavan, pak nəsilləri fəsada, pozğunçuluğu çəkirlər. Hətta demək olar ki, bu kimi şəxslərin vurduğu ziyan və xəsarətləri heç vaxt bərpa oluna bilməz. Buna əsasən, dindar və Allaha inanan cavanlar gərək bu kimi şəxslərlə ünsiyyətdə olmaqdan çəkinsinlər. Çünki həqiqətdə bu kimi insanların törədə biləcəyi xətərlər kütləvi qırğın silahlarından da təhlükəlidir. Çünki Allahdan xəbərsiz olan bu şəxslər insanların bədən və canlarına rəhm etməməklə yanaşı, üstəlik insanlıq şərafəti, əxlaqi fəzilətlər və camaatın heysiyyəti bu kimi divsifət insanların vasitəsi ilə uçuruma doğru sürüklənir.
Hansı ata-ana öz övladını istəməz? "örəsən narkotik maddələrə adət etmək ərəfəsində, uçurumunda olan bir övlad insanlıq dəyərlərindən bəhrələnirmi? Əlinə silah alaraq insanların evlərində, cəmiyyətdə əmin-amanlığı pozan bir cavanı insan saymaq olarmı? Beynində yüzlərlə şeytani, fitnəçi fikirlər olan, ailələrin, camaatın namusunu fəsada çəkən fərdlərin insanlıq şərafəti varmı? Burunlarına dindarlıq iyi dəyməyən, azacıq əqidəvi agahlığı olmayan, heç bir qorxusu olmadan böyük şəxsiyyətlərə qarşı sui-qəsd edənlərə insan demək olarmı?
Deməli əxlaqi süqut, mənəvi uçurum tələləri qarşısında müqavimət göstərərək diqqətli olmaq lazımdır. Hörmətli valideynlərin övladların düzgün dini təlim-tərbiyəsi yolundakı məsuliyyətləri çox ağırdır və tam layiqli şəkildə bu vəzifəni yerinə yetirməlidirlər. İndi isə sizin diqqətinizi bu məsələ ilə əlaqədar bir neçə hədisə yönəldirik. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:
"Axirəzzamanda dünyaya gələn övladlara ataları tərəfindən vay olsun! Çünki ataları onlara, vacibatdan heç nə öyrətməzlər.”[177]
Soruşdular ki, ya Rəsuləllah, o atalar kafir və ya müşrik olarlarmı? Həzrət buyurdu: "Yox, onların ataları mömindirlər, amma öz övladlarına dini məsələləri öyrətmirlər. Əgər övladların özləri bu məsələləri öyrənmək istəsələr, ataları bu işə mane olub qabağını alar. Mən o (atalar)-dan bizaram, onlar da məndən uzaqdırlar.”
İmam Sadiq (əleyhissalam) buyurur:
"Qoy övladın yeddi yaşına qədər oynasın, ikinci yeddi ildə onu yaxşı-yaxşı tərbiyə et, üçüncü yeddi ildə övladından uzaqlaşma.”[178]
Bu hədisin oxşarı əvvəldə də qeyd olunmuşdu. Bu göstərir ki, ibtidai dövrlərdə övladın təlim-tərbiyəsində onlarla həmahəng olub onlarla oynamaqla müyəssər ola bilər. Sonra onların təlim-tərbiyələri yolunda ciddi səy göstərilməlidir. Və bu dövrdə həssas olan şey övladların həddi-büluğa çatmaları məsələləridir ki, düşmənlər bu mərhələdə pak övladları tələyə salıb yoldan azdırırlar. Ata-analar övladlara bu yaş çağlarında daha artıq nəzarət etməlidirlər. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:
"Öladlarınıza hörmət edin və ədəblərinizi gözəlləşdirin.”[179]
Həzrət bu hədisdə göstəriş verir ki, valideyn övlada qarşı məhəbbət və nəvaziş etməklə yanaşı, özü də əməldə, rəftarda, sair yönlərdə ədəbli olmalı, öz yaxşılıqlarını əməli olaraq həyata keçirməklə övladlarını tərbiyələndirməlidirlər. Çünki layiqli övladlar yalnız İslam qanunlarına riayət edən layiqli valideynlər olduqda mümkündür. Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:
"Yalan–istər ciddi olsun, istərsə də zarafatyana, caiz deyildir. Həmçinin caiz deyil ki, sizlərdən biri öz övladına vədə verib onu yerinə yetirməsin.”[180]
Şəkksiz zarafat üzündən olan yalanlar böyük və ciddi yalanlara cürət tapmağa səbəb olur və bu, böyük yalanların müqəddiməsidir. Məhz buna görə də caiz deyildir. Bu cür yalanlar və vədəyə xilaf çıxmalar, xüsusilə övladlara qarşı, onların təlim-tərbiyəsində mənfi təsir qoyaraq azğınlığa düçar olmasına səbəb olur, onların pak fitrətlərini sarsıldır, bu da övladın tərbiyəsində xəyanət hesab olunur.
Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:
"Həqiqətən insanlar gözəl ədəbə, qızıl və gümüşə olan ehtiyaclarından daha çox ehtiyaclıdırlar.”[181]
Həzrət başqa bir hədisdə övladların ədəbli tərbiyə olunması barədə buyurur:
"Atanın övlada etdiyi ən yaxşı bəxşiş, düzgün tərbiyəsidir və heç nə ona çata bilməz.”[182]
Bundan əvvəlki hədisin yalnız tərbiyənin səhih bir ictimai yönünü təcəssüm etdirməsinə baxmayaraq onun kamil nümunəsi cavanlar və yeniyetmələrdir. Bu hədisdə də Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) övladların ata tərəfindən gözəl tərbiyəsini ən gözəl hədiyyə və bəxşiş kimi təqdim edir.
İmam Sadiq (əleyhissalam) xatırladır ki:
"Nə qədər ki, müxaliflər və əcnəbilər övladlarınızı yollarından azdırmayıb, onlara islami məsələləri öyrədin.”[183]
Tarixdə var ki, bir nəfər öz övladı ilə Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-in hüzuruna gəlib ərz etdi: "Ey Peyğəmbər, bu övladımın qarşısında olan borcum nədən ibarətdir?” Həzrət buyurdu:
"Ona gözəl ad qoyub yaxşı ədəb verəsən, onun üçün yaxşı həyat yoldaşı seçəsən.”[184]
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) yenə buyurur:
"Uşaqları sevin və onlara rəhm edin. Onlara bir şey vədə versəniz, öz vədənizə əməl edin.”[185]
Bu hədislərdən belə nəticə alırıq ki, övladların düzgün tərbiyəsi ictimaiyyətin ən zəruri ehtiyaclarından biridir. Əgər bu məsələyə diqqət yetirilməzsə, ictimaiyyətin, ailənin və fərdin həqiqəti, şərafəti təhlükə ilə qarşılaşacaq. Valideynlər bu barədə ağır məsuliyyətləri vardır, azacıq diqqətsizlik, səhlənkarlıq və ya etinasızlıq onların əziz sərmayələrini məhv edib puça çıxara bilər. NECƏ TƏRBİYƏ EDƏK?
Bu sualın cavabı çox çətin və eyni zamanda müfəssəldir. İslam alimləri, uşaq təlim-tərbiyə və psixologiyası ilə məşğul olan alim və mütəxəssislər çoxlu elmi seminarlar, iclaslar təşkil etməklə bu barədə müxtəlif kitablar yazsınlar, ata-analara yol göstərsin və onlara ciddi kömək etsinlər.
Qısa şəkildə qeyd edirik ki, ata-ananın, habelə bütün ailə üzvlərinin bir-birləri ilə qarşılıqla rabitəsi, ətraf mühitdəki yoldaşlar, televiziya proqramları, dastanlar, kinolar, hökumətin özünəməxsus mədəniyyəti (məktəblərdə və sair mədəniyyət mərkəzlərində) və s. bütün bunlar uşağın təlim-tərbiyəsində böyük rol oynayır. Ailəyə, ata-anaya aid olan məsələ budur ki, onlar çalışsınlar ki, öz övladları ilə insani və islami ədəblə rəftar etsinlər, özləri ədəb və təqva nümunəsi olub dinin insan yetişdirən hökmlərinə əməl etsinlər, ailədə bütün rəzil sifətlərdən, o cümlədən, söyüş, qeybət, bədgümanlıq, sui-zənn, yersiz mübahisə və dava-dalaş, yalan danışmaq, vəfasızlıq və s. kimi pis xüsusiyyətlərdən uzaq olsunlar. İlk ədəb qaydalarını, İslamın əsaslarını və ictimai məsələləri öyrətməkdə son dərəcə çalısınlar, mümkün qədər ailədə uşaq üçün müxtəlif növ oyuncaqlar və idman vəsaiti hazırlasınlar, uşağın dost-tanışlarını yaxından tanıyıb onlara nəzarət etsinlər, öz övladlarını şücaətli tərbiyə etsinlər, qorxu yaradan sözlərdən, zəlillik əlamətləri olan əməllərdən uzaq olsunlar. İndi isə bu barədə bir neçə hədis qeyd edirik. İmam Zeynül-abidin (əleyhissalam) buyurur:
"Övladın sənin boynunda olan haqqı budur ki, bilməlisən ki, o, səndən əmələ gəlmişdir, onların yaxşı və pis işləri sizə aid edilir, nəhayət tövhid və sair İslam təlimlərinin onlara öyrədilməsindən sual olunacaqsınız.”[186]
Bu hədisdən göründüyü kimi, övladın ədəbli tərbiyə olunması, tövhid və islami qayda-qanunların onlara öyrədilməsi diqət mərkəzində durur.
İmam Riza (əleyhissalam) buyurur:
"Övladlarınızı yeddi yaşında namaz qılmağa vadar edin.”[187]
Əmirəl-möminin Əli (əleyhissalam) buyurur:
"Övladlarınıza namazı öyrədin və səkkiz yaşına çatdıqda onları namaz qılmağa vadar edin.”[188]
Qeyd olunmalıdır ki, övladın tərbiyə yollarından biri də islami hökmləri onlara aşılamaq və onların yerinə yetirilməsinə nəzarət etməkdir. Bu hədislərdəki yaş fərqlərinin səbəbi (yeddi və ya səkkiz) övladların əqli və mənəvi inkişaf səviyyələri ilə əlaqədardır. ÖVLADLARIN YATAQ YERLƏRİNİ AYRI SALMAQ
Övladın tərbiyə işlərindən biri də budur ki, müəyyən məsələləri dərk etdiyi yaş dövrlərində onların yataqlarını ayırsınlar və heç vaxt iki cavan uşağı bir yerdə yatırtmasınlar, onların cinsi ehtiras cəhətdən hər növ təhrik olunmasının qarşısını alsınlar.
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:
"Övladlarınız yeddi yaşına çatarkən onların yataqlarını bir-birindən ayırın.”[189]
Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) bu hədisdə göstəriş verir ki, bütün övladlarınızın yataqlarını on yaşında ikən bir-birindən ayırın və onları ayrı-ayrı yerlərdə yatızdırın. İstər oğlan olsun, istərsə də qız.[190]
Yəni əgər onların hər ikisi oğlan, hər ikisi qız və ya biri oğlan və biri qız olsa da belə, yataq yerlərini ayırın. Həzrət başqa bir hədisdə buyurur:
"Öz övladlarınızı yeddi yaşında ikən namaz qılmağa əmr edin və doqquz yaşına çatdıqda namazı tərk edərlərsə, onları vurun, on yaşına çatdıqda isə yataq yerlərini ayrı salın.”[191]
Bu hədislərdən məlum olur ki, valideynlər gərək uşaqların dini yönlərini diqqət mərkəzində saxlayıb onların fikri cəhətdən inhirafa düşmələrinin qarşısını alsınlar, əgər bu məsələlərin məxsus yaş dövrlərində icra olunması başqa yollarla mümkün olmazsa, müəyyən qədər ciddi osun və zor işlətsinlər. TƏRBİYƏ VƏ... TƏNBİH?
Bildiyimiz kimi, İslam dinində kobud rəftara, döyməklə tənbih etməyə, dava-dalaşa və hər növ zor işlətməyə o halda icazə verilir ki, sair tərbiyə yolları bütünlüklə bağlanmış olsun, nəsihət, yol göstərmə, təşviq və rəğbətləndirmə və ya bəzi hallarda təhdidlə hədəfə çatmaq mümkün olmasın. Başqa sözlə desək, İslamda əsl qayda səfa-səmimiyyət, qarşılıqlı anlaşma, məhəbbət, insaniyyət və s.dir. Belə ki, Quranın 114 surəsindən yalnız biri–”Tövbə” surəsi istisna olaraq qalan 113 surənin "Bismillahir-rəhmanir-rəhim” ilə nazil olması cəmiyyətdə insani duyğuların, səfa-səmimiyyətin və mehribançılığın, rəhmət və mərhəmətin əsl şərt olmasını göstərir. Məsumların həyatları haqda mütaliə etdikdə, qeyd olunan sözləri daha da təkidləndirdiyini görərik. Bu ilahi qanun və ictimai qayda dünyanın bütün həyati mərhələlərində, ölkə daxilində, ailədə və sair yerlərdə cərəyan etməklə, həmin mərhələlərə hakim kəsilir. Buna əsasən, övladların tərbiyəsində məhəbbət, nəvaziş, təşviq, nəsihət və yolgöstərmə və s. kimi insani duyğular qorxutma, təhqir etmə, kobud rəftar və bəzi hallarda döymək və s.-dən irəlidir və əvvəlki yollarla uşağı tərbiyə etmək lazımdır. Əgər bunlar səhih tərzdə tətbiq edilib əməli olaraq həyata keçirilsə və insan ciddiyyət göstərmədən istədiyi nəticəni əldə etməyəcəyini bilsə, bu halda müəyyən şərtlər daxilində ardıcıl olaraq küsməyə və məhdud tənbihlərə əl atmaq olar ki, bu da gərək həddindən artıq əzab-əziyyətə gətirib çıxartmasın.
Bir şəxsin bədəməl və ədəbsiz övladı var idi. O, çarə tapmaq üçün Həzrət Musa ibni Cəfər (əleyhissalam)-ın hüzuruna gəlib öz vəzifəsini soruşdu. Həzrət buyurudu:
"Məbada uşağı vurasan! Onu tənbih etmək üçün bir müddət ondan küs, amma bu küsmək uzun olmamalıdır.”[192]
"öründüyü kimi, övladla küsməyə müəyyən şərt daxilində icazə verilir. 159-cu hədisdə də qeyd olunduğu kimi, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) uşağı, doqquz yaşından sonra namazı tərk edərsə, onu məxsus şərtlər daxilində məhdud surətdə vurmağı bir yol kimi təqdim edir. Başqa bir hədisdə Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) övladları, hətta yetimləri də məhdud şəkildə vurmaqla tərbiyə etməyi, caiz bilir. Həzrət buyurur:
Yəni islami cəmiyyətdə ailə başçısını itirmiş bir övladın tərbiyəsi də unudulmamalı, öz başına buraxılmamalıdır. Əksinə, siz yetim bir cavanın tərbiyəsində müsbət tədbirlər görüb onu, öz övladlarınız qarşısında hiss etdiyiniz məsuliyyət qədərində tərbiyə edə bilərsiniz, öz uşağınızın vurulmasına gətirib çıxaran səbəblər yetim şəxsdə mövcud olduqda o yetimi ədəbləndirin.
Bu məsələ o qədər aşkardır ki, mərcəyi-təqlidlər məhz bu əsasda fətva verərək buyurumuşlar ki, əgər uşaq böyük günahlardan birini görərsə, onun qəyyumu və ya müəllimi (qəyumunun icazəsi ilə) ədəblənənə və diyənin vacib olmayacağı həddə qədər onu vura bilər. Əlbəttə, bu barədə başqa rəvayətlər də vardır ki, ixtisara riayət etmək üçün onları qeyd etmirik. Şəriət kitablarının "Hüdud” bölməsində kəbirə günahlara mürtəkib olan uşaqların tərbiyələndirilməsi xüsusunda müəyyən cəza tədbirləri nəzərdə tutulub ki, əlavə məlumat almaq üçün bu mövzuda sair hədis və fiqhi kitablara baxa bilərsiniz. UŞAĞIN ŞÜCAƏTLİ TƏRBİYƏ EDİLMƏSİ
Bütün insanların, xüsusilə, uşaqların və yeniyetmələrin tərbiyəvi yönlərindən biri də cihada, başqa sözlə desək, müharibə və döyüşkənliyə olan meylinə diqqət yertirilməsidir. Uşaqların bu təbii istəkləri düzgün şəkildə istiqamətləndirilməzsə, ona lazımi qədər əhəmiyyət verilməzsə, cavanlarda çoxlu sapmalara, əxlaqsızlıqlara səbəb olacaq, övladlarımızı qansız terrorçuların, canilərin ağuşuna sövq etdirəcəklər. Bu gün terrorçu qruplaşmalar valideynlərin və sair cavabdeh şəxslərin bu barədə diqqətsizliyi və məsuliyyətsiz yanaşması nəticəsində cavanların bu xüsusiyyətindən sui-istifadə edərək layiqli və əziz cavanlarımızı öz tərəflərinə cəzb edərək, yalançı, aldadıcı şəxsiyyət verərək, yaxud bir silah hədiyyə edərək onları əbədi olaraq özlərinə cəzb edir və öz mənfur niyyətlərini yerinə yetirmək yolunda onlardan sui-istifadə edirlər. Bu məsələ müasir dövrdə o qədər aydın və aşkardır ki, onu sübut etmək üçün şahid gətirməyə ehtiyac duymuruq. Məhz bu cəhətdən də bizim məsum rəhbərlərimiz öz övladlarının müxtəlif yönlərdəki tərbiyələrindən əlavə, qeyd olunan təbii ehtiyacını da unutmayıb müxtəlif döyüş texnikasını, taktikasını onlara öyrətmişlər, beləliklə öz övladlarını şücaətli, qorxmaz, cəsur yetişdirmişlər. Bu mühüm işi də öz ardıcıllarına tövsiyə etmişlər.
Tarixdə qeyd olunur ki, bir gün Həzrət Riza (əleyhissalam)-ın oğlu Cavad (əleyhissalam) sair uşaqlarla birlikdə küçədə oynayırdı. Abbasi xəlifələrindən olan Məmun Ərrəşid öz əyan-əşrafları ilə birlikdə uzaqdan göründükdə Cavad (əleyhissalam)-dan başqa uşaqların hamısı qaçmağa üz qoydular. Amma İmam Riza (əleyhissalam)-ın şücaətli oğlu tam vüqarla öz yerində dayandı. Məmun gəlib çatanda təəccüblə soruşdu: "Nə üçün başqa uşaqlar kimi qaçmadın?” Öz yeniyetmə çağlarını yaşayan bu əziz imam övladı cavab verdi: "Ey Məmun, yol çox da dar deyildi ki, bir tərəfə çəkiləm; və bir xəta da etməmişdim ki, səndən qorxub qaçam.” Bu uşağın məntiqi cavabı xəlifəni o qədər heyrətləndirdi ki, cavab verməkdən aciz qaldı və axırda soruşdu ki, sən kimsən? Həzrət buyurdu ki, mən Əli ibni Musa-Rzanın oğlu Mühəmmədəm.”[193]
İmamlarımız istər məsum, istərsə də qeyri-məsum övladlarını şücaətli, qorxmaz tərbiyə etmişlər. Həzrət Əbülfəzl Abbas, Məhəmməd Hənəfiyyə və s. kimi şəxslər qeyd etdiyimiz nümunələrdəndir. Fiqhin müxtəlif bablarında üzgüçülük, at minmə, atıcılıq övladlar üçün dini bir vəzifə, bu işləri onlara öyrətmək isə ataların vəzifə sayılır.
Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:
"Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurmuşdur ki, öz övladlarınıza üzgüçülüyü və atıcılığı öyrədin.”[194]
Bu hədisdə Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) göstəriş verir ki, övladlara hərbi hazırlığı, döyüş məsələlərini öyrətmək və onları bu zəminədə kamala çatdırmaq valideynlərin borcudur. Hətta başqa bir hədisdə bu məsələ tərbiyə və oyunların ən yaxşısı kimi qeyd olunmuşdur:
"Allah yanında ən yaxşı oyun ata minmək və atıcılıqdır.”[195] ATICILIĞIN CİHADDAKI ROLU
Bildiyiniz kimi, Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih) müharibələrdə əsgərlərin yaş məsələsinə diqqət yetirir, adətən, yaşı ötmüş kişilərə, qadın və uşaqlara cihadda iştirak etməyə icazə vermirdi. Müqəddəs İslam dini də bu qəbildən olan şəxsləri cihada getməməkdə üzürlü hesab etmişdir. "Ühüd” müharibəsində Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih) müharibə şərtlərinə malik olmayan şəxslərin cihadda iştirak etməmələrini üzürlü sayırdı. Amma iki yeniyetmə cavana mahir ox atan olduqlarına görə müharibədə iştirak etməyə icazə verdi. O iki nəfər öz vəzifələrini layiqli şəkildə yerinə yetirdiklərinə görə Həzrətin tərəfindən təqdir və təşəkkürə layiq görüldülər, hansı ki, hələ həddi-büluğa çatmamışdılar.[196]
Allah taala bütün valideynlərə islami dünyagörüşü və ona əməl etmək qüdrəti mərhəmət etsin ki, övladların islami tərbiyəsində səhlənkarlıq etməsinlər və bu mühüm işə əhəmiyyət versinlər. ON BEŞİNCİ FƏSİL ƏMƏLİSALEH ÖVLADIN FAYDALARI
Övladların hüquqları və valideynlərin onlara qarşı məhəbbət göstərmələrinin ilahi bir vəzifə olması, bütün ata-anaların bu vəzifəni layiqli surətdə yerinə yetirməyə borclu olmalarından əlavə fitri cəhətdən də bütün valideynlər öz övladlarının layiqli və sağlam olmalarını istəyir, öz övladlarını ədəbli görməklə xoşhal olur, sevinir, fərəhlənir, onların varlığını öz xoşbəxtlikləri hesab edirlər. Əksər hallarda öz övladları ilə o qədər mehriban və gözəl rəftar edirlər ki, hətta öz varlıqlarını belə xətərə salırlar.
Bir müddət bundan əvvəl Fransada baş verən yanğın hadisəsində bir leylək öz balalarını xilas edə bilmədiyi üçün son anlara qədər balalarının yanından uçub getmədi və yanıb külə döndü. Həmçinin, 1875-ci ildə alman-fransız müharibəsində almanların atdıqları top mərmisi fransızların sursat anbarına dəydi, amma top mərmisinin partlaması yumurtalarının üstündə yatan ana göyərçini yerindən tərpədə bilmədi.[197]
Ata-analar fitri və dini göstərişlər əsasında müxtəlif hallarda övladlarının çoxlu müşküllərinə dözürlər. Allah da bu fədakarlıqların və zəhmətlərin müqabilində onlara dünya və axirət xeyri əta edir. ÖVLADIN DÜNYADAKI XEYRİ
Qurani məciddən və Məsum rəhbərlərin kəlamlarından məlum olur ki, övladlar dünyada valideynlərin xoşbəxt və xatirlərinin aram olma səbəbi olmaqla yanaşı, onların qüdrətli qolları, zinətləri və aramlıq səbəbi sayılır. İndi sizin diqqətinizi bu dəlillərin bir qisminə yönəldirik. Allah taala buyurur:
"Mal-dövlət və övlad dünya həyatının zinətləridir.”[198]
Yəni bu dünyada insanların həyatının zinəti və sərmayəsi iki şey əsasındadır: mal-dövlət və övlad. Bu ayənin övlad və mal-dövlət üçün yaranan qüruru sındırmaq üçün nazil olmasına baxmayaraq, bu həqiqəti də qəbul edir ki, onlar dünya zinətləridir. İmam Səccad (əleyhissalam) buyurur:
"İnsanın səadətlərindən, xoşbəxtliyindən biri budur ki, özünə kömək edəcək bir övladı olsun.”[199]
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:
"Dünyanın zinəti üç şeydir: mal-dövlət, övlad və qadın.”[200]
İmam Sadiq (əleyhissalam) övladın və həyat yoldaşının ruzinin artmasında olan rolu barədə buyurur:
"Övlad və həyat yoldaşı (zövcə) ruzinin artması səbəbidir.”[201]
İmam Həsən Əsgəri (əleyhissalam) buyurur:
"Övlad necə də gözəl köməkçi, arxadır! Həqiqətən zəlil o kəsdir ki, onun övladı olmasın.”[202]
İmam Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur: Diqqət yetirdiyiniz kimi, övladların dünyadakı rolları həddindən artıq çoxdur və övladı olmayan insan acı, zillətli həyatla qarşılaşır. Tarix boyu dünyanın müxtəlif xalqları qüdrət və səltənət əldə etmək, azadlıq və heysiyyətlərini müdafiə etmək üçün həmişə övlada ehtiyac duymuşlar və indinin özündə də bu ehtiyac duyulmaqdadır. Amma bu ilahi nemətlərdən mənfi istiqamətdə istifadə edilməməli, qürur və təkəbbür onları insaniyyətdən uzaqlaşdırmamalı, başqalarının hüquqlarına təcavüz etmələrinə səbəb olmamalıdır.
ÖVLADLARIN AXİRƏT FAYDALARI
Övladların dünyəvi fayda və səmərələrindən əlavə, onların gözəl tərbiyə olunmasının axirət dünyasında da çoxlu fayda və mükafatları vardır. Sizin diqqətinizi onlara cəlb edirik. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:
"İnsan öldükdən sonra onun əməl dəftəri bağlanır, yalnız üç yolla ona savab və fayda çatır: 1-ümumxalq mənfəəti üçün bir şey düzəldən və ardıcıl sədəqə qoyub gedən; 2-cəmiyyət üçün faydalı şagird yetişdirib lazımlı kitablar yazan alim; 3-insanın özündən sonra qoyub getdiyi və onlar üçün ehsan edən əməlisaleh övlad.”[204]
O Həzrət yenə buyurur:
"Hər kəs üç qızının və ya üç bacısının zəhmət və xərclərini öhdəsinə alarsa, cənnət ona vacib olar.” Bir şəxs Həzrətdən soruşdu: Ya Rəsuləllah, bir şəxs iki qızın və ya iki bacının zəhmətlərini, xərclərini öhdəsinə alarsa, onda necə? Həzrət buyurdu: "O da cənnətə daxil olar.”[205]
Həzrət başqa rəvayətdə buyurur:
"İsəbni Məryəm (əleyhissalam) bir qəbrin yanından keçərkən bəsirət gözü ilə müşahidə etdi ki, o qəbrin sahibinə əzab verilir. Amma sonrakı il həmin yerdən keçəndə, gördü ki, artıq o qəbrin sahibinə əzab verilmir. Həzrət, Allah ilə münacat etdikdə bu işin səbəbini soruşdu. Xitab gəldi ki, ey İsa, o qəbir sahibinin övladı böyüyüb bir yolu təmir etdi və yetimə sığınacaq verdi. Mən o övladın yaxşı əməlləri xatirinə qəbir sahibindən əzabı götürdüm.”[206]
Peyğəmbərimiz buyurur:
"O zaman ki, bir ana bir övlada hamilə oldu, o, canı və malı ilə Allah yolunda cihad edən, gündüzləri oruc tutan, gecələri namaz qılan bir şəxs kimidir. Elə ki, doğdu, onun mükafatı o qədər çoxdur ki, heç kəs onun qədərini bilmir. O ananın övladına verdiyi hər bir qurtum südün dəyəri Həzrət İsmailin övladlarından bir qulu Allah yolunda azad etmiş kimidir və südvermə dövrü qurtarandan sonra bütün günahlardan paklanar.”[207]
Bu hədislərdən Allah taala valideynin övlad yolunda çəkdiyi zəhmətlər müqabilində nə qədər də böyük və gözəl vədələr verməsi məlum olur! Behişt onların zəhmətlərinin dəyəri kimi qiymətləndirilir, belə bir şəxsin günahları bağışlanır, şəhidlərin və ibadət edənlərin savabı ona verilir.
Əlbəttə, bütün bu rəvayətlər və vədələr səhihdir, lakin onlar bəzi əlavə şərtlər də vardır. O cümlədən, valideynin bu mühüm və məsuliyyətli işdə öz vəzifəsini layiqincə ifa etməsi və səhlənkarlığa yol verməməsi şərtdir. Belə ki, sadəcə övlad sahibi olmaq və onu doğmaq qeyd olunan mükafatlara səbəb olmayacaq əksinə, onun düzgün tərbiyə edilməsi, məsuliyyət hissinə malik olan xidmətçi və ürəyiyanan bir insanın cəmiyyətə təhvil verilməsi qeyd olunan mükafatlara, dərəcələrin yüksəlməsinə səbəb olacaqdır. İnsana əziyyət verən canlılar da öz nəsillərini artırırlar, amma əsas məsələ layiqli insan tərbiyə edib yetişdirməkdir. DOĞUMUN QARŞISINI ALMAQ CAİZDİRMİ?
Şəkk yoxdur ki, evlənməyin ən mühüm və şirin səmərələrindən biri övladdır. Buna görə də müqəddəs İslam dinində evlənməyin təkid olunduğu və istənilən qadınlar məhz çox doğan qadınlardır və bunların müqabilində doğmayan qadınlarla evlənmək məkruh sayılmışdır. Bundan əlavə, İslam dinində çox övlada sahib olmaq bəyənilən iş və Məsum Rəhbərlərimizin çox təkid etdikləri məsələlərdəndir.
İmam Baqir (əleyhissalam) buyurur:
"Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurmuşdur: Bakirə və çox doğan (nəsildən olan) qadınlarla evlənin. "özəl, amma doğmayan (nəsildən olan) qadınlarla evlənməkdən çəkinin, çünki, mən qiyamət günü ümmətimin çoxluğu ilə iftixar edəcəyəm.”[208]
İmam Sadiq (əleyhissalam) buyurur:
"Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurmuşdur: Mən qiyamət günü öz ardıcıllarımın sair peyğəmbərlərin ardıcıllarından çox olması ilə iftixar edəcəyəm, hətta siqt olunmuş (ana bətnindən düşmüş) uşaqlarla belə. Çünki siqt olunmuş uşaqlar behiştin kənarında dayanacaq, Allahın icazəsi ilə öz ata-analarını behiştə daxil edəcəklər.”[209]
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:
"Evlənin (öz nəslinizi artırın), çünki mən qiyamət günü öz ardıcıllarımın çoxluğu ilə iftixar edəcəyəm.”[210]
Bu zəminədə çoxlu rəvayətlər də vardır. Qurani məcidin "Ali-İmran” surəsinin 38-ci ayəsində Həzrət Zəkəriyya (əleyhissalam) Allahdan övlad istəyir. Həzrət İbrahim (əleyhissalam) övlad sahibi olmaq barədə gələn vəhyi eşidərkən sevinir, xoşhal olur ki, Allah ona İsmaili əta etmişdir.
Amma bəzən valideyn övladlarının çox olması nəticəsində çoxlu əzab-əziyyətlərə düçar olur, onları lazımınca idarə edə, əxlaqi, dini, mədəni tərbiyələrini düzgün şəkildə yerinə yetirə bilmir. Bəzən həkimin müayinəsi ilə nəsil artırmaq bəzi analar üçün çox ziyanlı olur. Bu hallarda belə bir sual yaranır ki, uşağın qabağını almaq qanunsuzdurmu? Bu sualın cavabında diqqətinizi bəzi rəvayətlərə və təqlid mərcələrinin bu hədisə əsasən verdikləri nəzərlərini sizə təqdim edirik. Həzrət Əli (əleyhissalam) buyurur:
"Ailənin və övladın az olması iki əldən biri, yaxud iki asan işdən biridir.”[211] (Yəni ailə üzvlərinin sayı nə qədər az olsa, onlara lazım olan xərclər və valideynlərin çəkdiyi zəhmətlər də bir o qədər az və asan olacaqdır.)
Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) başqa yerdə buyurur:
"Üç şey ən böyük bəlalardandır: Övladların çoxluğu, borcun çoxluğu və xəstəliyin uzun sürməsi.”[212]
Bu iki hədisdə övladın, əhali-əyalın azlığı rahatlıq, onların çoxluğu isə böyük bəlalardan hesab olunur. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) müfəssəl bir hədisdə övladların təsirləri barəsində buyurur: "Övladların ölümü qəm-qüssəyə, çoxlu giriftarçılığa səbəb olur.”[213]
Təcrübədə də kasıb və fəqir ailələrin nə qədər problemlərlə qarşılaşdıqlarını görürük. Onlar daimi əzab-əziyyətdə inləyirlər. Mən bunu heç vaxt unuda bilmərəm: Övlad dağı görmüş analardan biri deyirdi ki, iki ekiz qız doğduqdan sonra onları bir məscidə qoymuş və səbəbini də ərinin yoxsul olması kimi bildirmişdir. Bütün sahələrdə gündəlik ağır xərclər, övladların toy məclislərinin müqəddimati işlərinin hazırlanması, onların sağlamlıqlarına diqqət yetirilməsi, mənəvi cəhətdən qorunub saxlanmaları və təlim-tərbiyələri, həyatda mövcud olan bütün inhiraflara qarşı müqavimət göstərmək və s. həqiqətən, çoxuşaqlı ailələrdə çətin olub bəzi hallarda valideynləri səbirsizliyə, bacarıqsızlığa və ya bəzən əsəb sisteminin pozulmasına gətirib çıxarır. Bu cəhətdən çoxlu rəvayətlərdə bu müəmma həll edilmiş, bu müsibətlərin qarşısını almaq üçün məsum rəhbərlər və mərcəyi-təqlidlər tərəfindən məninin çölə tökülməsinə dair icazə verilmiş, müəyyən şərtlər daxilində nütfə bağlanmasının qarşısını almaq maneəsiz sayılmışdır. Məhəmməd ibni Müslüm deyir:
İmam Baqir (əleyhissalam)-dan soruşdum ki, kişi öz azad arvadının hamilə olmasının qarşısını ala bilərmi? Həzrət buyurdu: "Bu onun ixtiyarındadır: istər hamilə etsin, istərsə də çölə töksün.”[214]
Məhəmməd ibni Müslüm deyir: İmam Cəfər Sadiq (əleyhissalam)-dan hamiləliyin qarşısını almaq barədə soruşdum, buyurdu: "Bu, kişinin öz ixtiyarındadır. Onu hər yerdə istəsə, məsrəf edə bilər.”
Bu barədə əlavə rəvayətlər də vardır ki, məninin bətnə tökülməsinin qarşısını almağı caiz bilir və bunun da müqablində başqa rəvayətlər bu əməli məkruh hesab edir. Amma qeyd olunan hallarda, o cümlədən, çoxlu övlad müəyyən çətinliklərə, ata-ananın xəstə və ya səbirsiz, ananın bədəxlaq olmasına, əsəb sisteminin pozulmasına gətirib çıxaran hallarda şəkksiz ki, caizdir. Əgər hamiləlik anaya hər hansı xəsarət dəyməsinə və ya Allah eləməmiş, nütfə bətndə bağlanandan sonra və ya qadın ərinin icazəsi olmadan bu işi görərsə, haramdır. Bizim keçmişdə və hal-hazırdakı böyük alimlərimiz məhz bu əsasada fətva vermişlər.[215] KÜRƏKƏNİN HÜQUQLARI
49-cu hədisdə qeyd etdik ki, kürəkənlərin vəzifəsi budur ki, qayınata və qayınanasına özünün doğma ata-anası kimi baxsın. Bildiyimiz kimi, hər yerdə hüquq və vəzifələr qarşılıqlıdır. Belə ki, əgər kürəkənin vəzifəsi qayınana və qayınatasına hörmət edib onlarla öz doğma ata-anası kimi rəftar etməlidirsə, bunun müqabilində də onun qayınata və qayınanasının vəzifəsi budur ki, öz kürəkənlərinə qarşı öz övladı kimi məhəbbətlə, səfa-səmimiyyətlə rəftar etsinlər. Qurani kərim və sünnətin göstərişlərinə əsasən, bizim vəzifəmiz budur ki, həyatın bütün məsələlərində məsum rəhbərlərin insaniyyət təcəssümü olan əməl və rəftarlarını özümüzə nümunə götürək, onlara tabe olaq, beləliklə də öz kürəkənlərimizlə o şəxsiyyətlər özlərinin ikinci dərəcəli övladları ilə etdikləri kimi rəftar edək.
Rəsuli Əkrəm Həzrət Əli və Fatimənin (əleyhiməssalam) zifaf gecəsi sona çatdıqdan sonra əlində bir kasa süd təzə bəylə gəlinin otağına getdi. Əvvəlcə qızına xitabən buyurdu: "Atan sənə qurban, bu süddən meyl et!” Sonra Əli (əleyhissalam)-a buyurdu: "Ey mənim əziz kürəkənim, bu süddən meyl et, mən sənə fəda olum!”[216]
İmam Sadiq (əleyhissalam)-dan nəql olunan bir hədisdə oxuyuruq ki, Rəsuli Əkrəm Həzrət Əli və Fatimə (əlaeyhimussalam)-ın zifaf gecəsində onların otağına gəldi, buyurdu:
"Elə bir iş görməyin ki, mən sizin dalınıza sorağınıza gəlim.” Elə ki qayıtmaq istədi, mübarək ayaqlarını onların yatağına salaraq onları sevindirdi.[217]
İmam Sadiq (əleyhissalam) buyurur:
"Cəddim İmam Səccad (əleyhissalam)-ın adəti belə idi ki, bacısının və ya qızının əri o Həzrətin evinə gələndə, onların pişvazına çıxar, öz əbasını ehtiram əlaməti olaraq kürəkəninin ayaqları altına salır, onu əbanın üstündə oturdurdu. Sonra buyurardı: Mərhəba o kəsə ki, xərcləri mənim öhdəmdən götürdü və öz həyat yoldaşı ilə mənim namusumu qorudu.”[218]
Bu hədislərdə çoxlu ibrətamiz məsələlər vardır ki, onların şərhi sözün uzanmasına səbəb olar. Amma xülasə şəkildə demək olar ki, bu hadisələrdən əsrlərin keçməsinə baxmayaraq, hər kəsin mədəniyyət, tərəqqi iddia etdiyi hazırkı dövrümüzdə də bu insani əməllərin hətta ilk mərhələsinə çatmamışıq. Belə ki, Peyğəmbər kimi böyük bir şəxsiyyət öz kürəkəninə yemək gətirir, onunla zarafat edir, "sənə qurban olum” deyir, onların müqəddəs eşqlərini, məhəbbətlərini artırır, bir-birinə qarşı daha da mehribanlaşdırır. İmam Səccad (əleyhissalam) kimi bir imam öz kürəkənini qarşılayır, əbasını onun ayaqları altına salır və kürəkənin onun öz bacı və ya qızından bəhrələnməsi müqabilindəki rolunu təqdirəlayiq bilir.
[177]"Camiül-əxbar”, səh.144
[178]"Şərhi mən-layəhzur”, 8-ci cild, səh.643
[179]"Biharul-ənvar”, (qədim çap), 23-cü cild, səh.114
[180]"Vəsailüş-şiə”, 8-ci cild, səh.577
[181]"Qürərül-hikəm”, səh.242
[182]"Müstədrəkül-vəsail”, 2-ci cild, 625
[183]"Rovzətül-müttəqin”, 8-ci cild, səh.651
[184]"Rovzətül-müttəqin”, 8-ci cild, səh.598
[185]"Fürui-kafi”, 6-cı cild, səh.49
[186]"Töhəfül-üqul”, səh.189
[187]"Vəsailüş-şiə”, 5-ci cild, səh.182
[188]"Töhəfül-üqul”, səh.76
[189]"Səfinətül-bihar”, 2-ci cild, səh.686
[190]"Vəsailüş-şiə”, 15-ci cild, səh.182
[191]"Biharul-ənvar”, 88-ci cild, səh.134
[192]"Biharul-ənvar”, qədim çap. 23-cü cild, səh.114
[193]"Müntəhəl-amal”, 2-ci cild, səh.327
[194]"Fürui-kafi”, 6-cı cild, səh.47
[195]"Kənzül-ümmal”, 4-cü cild, səh.344
[196]"Füruği-əbədiyyət”, 2-ci cild, səh.454
[197]"Hüquqi zən dər islam və avropa”, səh.107
[198]"Kəhf” surəsi, ayə:46
[199]"Vəsailüş-şiə”, 15-ci cild, səh.96
[200]"İsna əşəriyyə”, səh.81
[201]"Fürui-kafi”, 5-ci cild, səh.230
[202]"Vəsailüş-şiə”, 15-ci cild, səh.99
[203]"Qürərül-hikəm”, səh.763
[204]"İsna əşəriyyə” səh.87
[205]"Vəsailüş-şiə”, 15-ci cild, səh.105
[206]"Səfinətül-bihar”, 2-ci cild, səh.730
[207]"Vəsailüş-şiə”, 15-ci cild, səh.175
[208]"Rovzətül-müttəqin”, 8-ci cild, səh.110
[209]"Fürui-kafi”, 5-ci cildv, səh.334
[210]"Vəsailüş-şiə”, 15-ci cild, səh.96
[211]"Nəhcül-bəlağə”, 135-ci hikmət
[212]"Qürərül-hikəm”, səh.365
[213]"Səfinətül-bihar”, 2-ci cild, səh.684
[214]"Vəsailüş-şiə”, 14-cü ciad, səh.106
[215]əlavə məlumat almaq istəyənlər aşağıdakı kitablara baxa bilərlər: "Ürvətül-vüsqa”, səh.628, 6-cı məsələ.
[216]"Biharul-ənvar”, 42-ci cild, səh.117
[217]"Fürui-kafi”, 5-ci cild, səh.537
[218]"Vəsailüş-şiə”, 14-cü cild, səh.42
|