25-ci dərs: İnsanları təhqir etmək Ey əziz qardaş, Allah bəndəılərindən heç kəsi təhqir etmə və heç kəsə tənə vurma! Rəsulullah (s) buyurub: Hicab arxasında mənə vəhy nazil oldu: Ey Muhəmməd, kim mənim vəlimlə ədavət etsə, Mənimlə ədavət edər. Kim mənimlə ədavət etsə, Məndə onunla ədavət edərəm" ("Səfinətul-Bihar" c.2, "Muharabətul-əvliya" bölməsi) Deməli möminin vəzifəsi bütün insanlara hörmət etmək və onları əzizləməkdir. xüsusilə də elm, fəzilət, iman və təqva sahiblərini, qocaları, saqqalını İslam yolunda ağardanları və seyidləri. ("Mustədrakul-vəsail" c.12, səh.376) Rəsulullah(s) buyurub: "Kim mömin və mömin qadını fəqir olduğuna görə alçatsa və ya təhqir etsə, Allah onu Qiyamət günü rüsvay edər" ("Biharul-Ənvar" c.72, səh.44) İmam Sadiq (ə) nəql edilən rəvayətdə buyurub: "Kim miskini alçaltsa, Allah onu bu əməlindən əl çəkənə qədər alçaldar" ("Biharul-Ənvar" c.72, səh.52)
|