4-cü dərs:Tələsməmək
Tələsməkdən və gecikməkdən (Rəsulullah (s) buyururb: " Tələsmək Şeytandan, aramla hərəkət etmək isə Allahdandır" ("Camius-səadət" c.1, səh.274). Həmçinin, Allah-Təala "Qiyamə" surəsində buyurur: Xeyir, siz tələsizsiniz və axirətinizə diqqət yetirmirsiniz") çəkin! Sözlərinə və əməllərinə diqqət yetir! Bil ki, bəşər övladının diqqətsizliyi səbəbindən etdiyi əməllər onu ziyana sürükləyir və sonu peşmançılıqla nəticələnir.(Əmirəl möminin (ə) buyurub:" Tələsmək peşmançılıq yaradır") Hər bir tələsən və mənasız rəy sahibi başqalarının gözündə kiçilir, qəlblərində isə etibarını itirir. Böyük filosoflardan olan Sədi deyir: Bütün əməllər səbr və diqqətlə görülməlidir. Tələsmək insanı gözdən salır. Səhrada yavaş-yavaç gedən şəxsin mənzilə tələsəndən əvvəl yetişdiyini gözümlə görmüşəm. Çünki sürətlə gedən at yolda yıxıldığı halda, yavaş-yavaş gedən dəvə öz yolunu sona qədər fəth edir. ("Şeyx Küleyni özünün "usulul-Kafi" kitabının ikinci cildinin 114-cü səhifəsində deyir: İmam Baqir (ə) buyurur: " Allah tələsmədən görülən xeyir işləri sevər".)
|