18-ci dərs: Hərislik Ey əziz qardaş, həris olmaqdan çəklin! Hərislik sanki ucu-bucağı görünməyən susuz, qumlu bir səhradır. Həmçinin, hərislik sanki sonu olmayan bir dənizdir ki, mahir dalğıc olsan belə dərinliyə çata bilməyəcəksən. Hərisliyə düçar olmaq bədbəxtçilikdir, insanı zəlalətə sürükləyər, sonra öldürər və qurtulması çətin olar. Rəsulullahdan (s) nəql edilən rəvayətdə buyurulur: "Həris insan hər şeydən məhrumdur, o öz məhrumluğu ilə heç vaxt bəyənilməz. Allahın dərgahından uzaqlaşan nə üçün məhrum olmasın?!" ("Biharul-Ənvar" c.73, səh.165) Əmirəm-möminin (ə) bir rəvayətdə buyurub: "Hərislik oddan istidir". "Hərislik insanın qədrini və ruzisini azaldar". "Hərislik sanki bir atdır ki, atlını öldürər". "Həris peşəsinin nökəridir, ağası onu heç zaman azad etməz". "Həris şah da olsa fəqirdir"("Əxlaq və adabul-islamiyyə" səh.284) İmam Bariq (ə) buyurub: "Dünyadakə həris kəs meyvədəki qurda bənzər, meyvə böyüdükcə oradan çıxmağı çətinləşər" ("Usulul-kafi" c.2, səh.316) Qənaət elə bir xüsusiyyətdir ki, bütün fəzilətlər, hətta dünya və axirət rahatlığı onun ətrafında dövr edir.(" Camius-səadət" c.2, səh.101) On kişi bir süfrə ətrafında toplaşar, Lakin iki it bir leşə görə savaşar. Həmçinin, həris dünyaya sahib olsa belə daim ac qalar, lakin qənaətcil insana bir parşa çörək də kifayət edər.
|