19-cu dərs: Tamahkarlıq Tamahkarlıq hərisliyin əkiz qardaşıdır, bunların əksi insanlara möhtac olmamaqdır. Rəsulullahdan (s) nəql olunan hədisdə buyrulur: "Tamahkarlıq alimin qəlbindən hikməti aradan aparar" ("Kənzul-Ummal" 7576-cə hədis) İmam Əmirəl-möminin (ə) buyurub: "Qənaətcil insan daim ucalar" "Tamahkar daim zəlil və mənasız olatr". "Kiçik tamahkarlıq böyük təqvanın qarşısını alar". "Din bidətlə dağıldığı kimi, insan da tamahkarlıqla zay olar" ("Ğurarul-hikəm" səh.297) İmam Səccaddan (ə)nəql edilən rəvayətdə buyurur: "Xeyri insanların sahib olduqlarına qarşı tamahı bütünlüklə kəsməkdə gördüm".(" Usulul-Kafi" c.2, səh.241)
|