Fatimə (ə) Quranla birgə Quranla birgə, Qurana tay olmaq həzrət Peyğəmbər (s) Əhli-beytinin özünəməxsus məqamıdır və başqaları bu məqama çatmağa qadir deyillər. Bu Əhli-beytin ən böyük fəziləti, kamilliyin quş qona bilməyəcək zirvəsidir. Fatimə (s) həmin pak Əhli-beytdəndir. Fatimə (s) Peyğəmbər yadigarı, əmanətidir. Onu qorumaq gərəkdir. Fatimə (s) vəhy evindəndir və bu evdə onları anlayın. Fatimə (s) Quranın əsil üz tutduğu kəsdir. Fatimə kiçik əmanət, Quranın bərabəri, tayıdır. Fatimə və Quran ayrılmazdır. Fatimə Quran təfsirçisi, özü, danışan Quran, on bir danışan Quran anasıdır. Fatimə ilahi maarifin sahilsiz dəryasıdır. Fatimə kamillik zirvəsindən doğmuş qürubsuz bir günəşdir. Bu zirvədə quş da ondan irəli keçə bilməz. Fatimə rəhbər və nümunədir. Ondan irəli keçmək fəlakətdir. Elmdə tayı-bərabəri tapılmaz. Budur Fatimənin üstünlüyü, məqamı. |