Xoşrəftarlıq Xoşrəftarlıq başqalarının diqqətini cəlb edir, müvəffəqiyyətə səbəb olur. Əli (ə) buyurmuşdur ki, əlaqə və nüfuz yolu xoş rəftardır.(«Bəhar» cild 17.) Xoş rəftar həyatı sakitlik, aramlıq, şadlıqla doludur. Əksinə pis əxlaq, tünd xasiyyət bədbinlik gətirir, ailə mühitini cəhənnəmə çevirir. Dini əsərlərdə xoşrəftarlı olmaq dəfələrlə tapşırılmışdır. Qurani-kərim buyurur: «İnsanlarla xoş danışın».(«Bəqərə» 83.) Həzrət Peyğəmbərdən rəvayət olunub: «Din qardaşınla xoş rəftar et».(«Kafi» cild 3.) Yenə də buyurur ki, xoş rəftar kin-küdurəti aradan qaldırar.(«Kafi» cild 2.) Müsəlman müsəlmanla xoşrəftarlı olmalı, əxlaq qaydalarına riayət etməlidir. Heç zaman nəfs istəklərinin əxlaq ölçülərini üstələməsinə yol verməməlidir. |