Fatimə (s) ən üstün qadındır Fatimənin (s) dünya qadınlarından üstünlüyünü bəyan edən bəzi rəvayətlərə müraciət edirik. İmam Sadiqdən (ə) Peyğəmbərin buyruğu haqqında sual edildi ki, Fatimə (s) öz əsrinin, yoxsa dünyanın ən üstün qadınıdır? Həzrət (ə) cavab verdi ki, öz əsrinin üstünü həzrət Məryəm idi. Fatimə isə əvvəldən axıra bütün behişt qadınlarının üstünüdür.(«Bəhar» cild 43.) Həzrət Peyğəmbərdən nəql olunub: «Fatimə dünya qadınlarının üstünüdür. İbadət mehrabına yetmiş min müqqərrəb mələk ona salam verib, söhbət edir». Necə ki, Məryəm danışıb, «Allah səni pak edib, dünya qadınlarından üstün buyurdu» deyə müjdə veriblər.(«Bəhar» cild 43.) Bu Zəhranın (s) qeyb sirlərini, fəzilətlərini aşkarlayan vəhy kimidir. Əgər vəhy işartısı olmasaydı, Fatimə fəzilətini kim bəyan edə bilərdi?1 |