Əhli-beyt peyğəmbərlərdən üstündür Əvvəla, müxtəlif mənbələrdə nəql olunmuş çoxlu rəvayətlərin məzmununa görə peyğəmbər Əhli-beyti bütün keçmiş peyğəmbərlərdən fəzilətlidir. Müxtəlif rəvayətlərdə Əhli-beytin başqalarından çoxcəhətli üstünlüyü nəql edilir. İmkanımıza görə yalnız bir neçə rəvayəti xatırlayırıq. Bəzi rəvayətlərdə həzrət Peyğəmbər və onun Əhli-beyti (s) Allahın qəbulu, hətta yaranışda belə başqalarından irəli olduqları üçün sevimli tanıtdırılır. İmam Sadiqdən (ə) nəql olunub ki, Əhli-beyt Ulul-əzm peyğəmbərlərin feyz məcrasıdır. Yenə İmam (ə) buyurur ki, Musanın Allahla danışığı, İsanın möcüzələri, qısası bütün fəzilətlər Əhli-beyt bərəkətindəndir.(«Bəhar» cild 43.)Musanın, İsanın möcüzələri Əli (ə) müqabilində sınmağın, qısası bütün ilahi inayətlər Əhli-beyt qarşısında təvazönün bərəkətindəndir. Çünki Əhli-beyt Allahı tanımaqda, bəndəlikdə, zikr deməkdə əvvəl məqamdır. İmam Sadiqdən (ə) nəql olunub ki, göylərin və yerin zikri (bəzi rəvayətlərdə mələklərin zikri) Əhli-beyt və Peyğəmbərin (s) zikrindəndir.(«Bəhar» cild 25) Yenə də buyurur ki, bütün elm və fəzilətlər bizdəndir.(«Bəhar» cild 26.) Bəzi rəvayətlərdə Əhli-beytin sair peyğəmbərlərdən üstünlüyü bəyan olur. Necə ki, imam Sadiqdən (ə) «Bəhar»da belə rəvayətlər nəql olunmuşdur. Qısası, rəvayətlərə nəzər salmaqla bu həqiqət aydınlaşır. Əhli-beyt keçmiş peyğəmbərlərdən üstündür və Fatimə (s) Əhli-beytin əsası, onun üstününə – həzrət Əliyə (ə) taydır. Fatiməyə yoldaş olmaq ləyaqəti Əhli-beytin ən üstünü olan Əliyə (ə) məxsusdur. Fatimə (s) əlinin (ə) tayı olduğu üçün Əhli-beytin fəzilətlisidir və bütün sair peyğəmbərlərdən üstündür |