2-Gözəl əxlaq Evlənmə zamanı imandan əlavə əxlaq da nəzərə alınmalıdır. Gözəl əxlaqlı insanla bağlanmaq, alçaq, mənfur xasiyətlilərdən çəkinmək lazımdır. Çünki ünsiyyət yaranmasında, ailə əsaslarının möhkəmlənməsində gözəl əxlaqın rolu böyükdür. Əksinə, alçaq sifətlər ixtilaf yaradır, layiqli övlad tərbiyəsində ilahi yardımı kəsir. Ona görə də rəvayətlərdə iman şərt qoyulanda əxlaq da ölçü kimi göstərilir. Bu iki sifət bir-birindən ayrıdır. Ola bilər ki, etiqad nöqteyi nəzərindən mömin və təqvalı olan bir şəxs gözəl əxlaqa malik olmasın. Söz yox ki, bəyənilməz əxlaq imanın zəifləməsindən doğur. Həqiqi möminin əxlaqı da gözəl olacaq. Əxlaq iman əslində ayrılır. Gözəl əxlaq barədə həzrət Peyğəmbərdən (s) nəql olunub ki, əxlaqından, dindarlığından razı olduğunuz adamlarla evlənin.(«Vəsail» cild 14.) Pis əxlaqlı şəxslə evlənmənin mümkünlüyü haqqında imam Rzadan (ə) sual olundu. Rəvayətə əsasən buyurub ki, beləsi ilə evlənməyin.(«Vəsail» cild 14.) |