Fatimə (s) və layiq övlad tərbiyəsi Övlad ata-ananın ixtiyarında qoyulmuş ilahi əmanətdir. Allah ata-anadan övlad tərbiyəsində çalışqanlıq istəyib. Eləcə də tərbiyə yolunu öyrədib. Doğru və düzgün tərbiyə üsuluna yiyələnib, onu həyata keçirmək ailə üçün böük müvəffəqiyyətdir. Həmçinin övlad tərbiyəsində səhlənkarlığın məsuliyyəti, acı nəticələri vardır. Əgər düzgün tərbiyə üsulunu öyrənməsək, Allah qarşısında cavabdeh olacağıq. Həsən, Hüseyn, Zeynəb və Gülsüm kimi ləyaqətli övladlar tərbiyə etmək Fatimə və Əliyə (ə) nəsib olmuş böyük müvəffəqiyyətdir. Çünki əli və Fatimə (s) onların həyatı bütün müsəlmanlara örnək olduğu kimi onların övladları da bütün cəhətlərdən nümunədirlər. Əlbəttə, Zəhra (s) övladlarının həyatını və fəzilətlərinin araşdırılması müstəqil bir işdir. Lakin bunu əhəmiyyətli bilib, Fatimənin (s) bərəkətli ağuşunda tərbiyələnmiş şəxslərin həyatından bəzi məqamları xatırlayırıq. |