Xoşrəftarlıq meyarı Rəvayətlərdə zikr olunmuş xoşrəftarlıq meyarlarından bəzilərini yada salırıq. İmam Sadiqdən (ə) sual olundu ki, xoşrəftarın həddi nədir? Həzrət buyurdu: «Xoşrəftarlığın həddi budur ki, səninlə əlaqədə olanlarla xoş davranıb, sərt olmayasan. Danışığın pak olsun. İstehza, təhqir, acı sözə yol verməyəsən. Başqaları ilə açıq üzlə davranasan». Diqqət edin qarşılıqlı münasibətdə üç mühüm meyar qeyd edilir. Qarşılıqlı etimad və məhəbbət də xoşrəftarlığın əhəmiyyəti baxımından ər-arvad öz ünsiyyətlərində ehtiyatlı olmalı, bir-birləri ilə xoş rəftar etməlidirlər. İki həyat yoldaşı ev və çöl çətinliklərinə dözməli, dolanışıq problemləri onları əxlaqi dəyərlərdən uzaqlaşdırmamalıdır. İnsanların kimliyi ictimai hadisələr zamanı aşkarlanır. Əgər ər-arvad həyat çətinliklərini xoş üzlə qarşılayarlarsa, bütün çətinliklər həll olar. Bu şəraitdə övlad tərbiyəsi də asanlaşar. Yox əgər çətinliklər dözümlə qarşılanmasa, yeni-yeni problemlər yaranacaq. Buna görə də ər-arvada ailədə xoşrəftarlı, gözəl əxlaqlı olmaq təkidlə tapşırılır. Qurani-kərim buyurur: «Həyat yoldaşınızla mərifətlə dolanın».("Bəqərə" 228) Eləcə də pis əxlaqlı şəxslə ailə qurmaq pislənir. |