Fatimə (s) izdivacdan əvvəl Fatimə (s) elm və fəzilət məqamından əlavə, sadə həyatı müsəlmanlara nümunə olası ilahi insanlardandır. Onun bəhrəli həyatı hər növ bər-bəzəkdən, təmtəraqdan uzaq olmuşdur. İstər ata evində, müsəlmanların imkansız olduqları zamanda, istərsə də Mədinəyə hicrətdən sonra Əli (ə) ilə izdivac dövründə onun həyatı tam sadəliklə keçdi. Hansı ki, Zəhra (s) islam dünyası rəhbərinin qızı və ixtiyar sahibi idi. |