Fatimənin (s) oğlanları İki oğul övladı, risalət və imamət bağının gülləri, hər iki məsum və islami cəmiyyətin imamı, rəhbəri, müxtəlif şəraitlərdə son nəfəsədək haqqın müdafiəçiləri, nəhayət, hər ikisi bu yolda şəhid! Fatimə (s) övladlarının əzəmətini vəhy dilindən eşitmək gərəkdir. Həzrət Peyğəmbər (s) buyurub: «Həsən və Hüseyn mənim gülümün şaxələridirlər».(«Bəhar» cild 43.)Yenə də onların məqamı haqqında buyurur: «Onlar behişt cavanlarının sərvəridirlər».(«Bəhar» cild 43.) Peyğəmbər (s) onların haqqı olması barədə buyurur: «Onlara məhəbbət haqqa məhəbbət, Allaha yaxınlaşmaq səbəbidir. Onlarla ədavət və düşmənçilik haqla ədavətdir».(«Bəhar» cild 43.) Yenə buyurur: «Onlar Allahın seçilmişləridir. Elə həmin ölçüyə görə də cəmiyyətə imam və rəhbər, peyğəmbər xəlifəsi, canişinidirlər».(«Bəhar» cild 43.) |