Birnci: Paklıq İnsanın təbii və fitri istəklərindən biri cinsi ehtiyacdır. Bu istəyin təmini üçün başqa hallarda olduğu kimi insanın öz həmnövünə ehtiyacı vardır. Bu istək ya qanuni nikah, evlənmə yolu ilə, ya da günah və azğınlıq yolu ilə ödənə bilər. Allah-təala insanın fitri ehtiyaclarının ödənməsi üçün düzgün, şəri yollar müəyyənləşdirib. Vaxtında Müqəddəs evlənmə hökmünü yerinə yetirməklə cəmiyyət müxtəlif pozğunluqlardan qorunur. Cəmiyyətin təmizliyi və paklığı üçün Quran bu hökmün yerinə yetirilməsini təkid edir: «Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməli-saleh kölə və cariyələrinizi evləndirin».(«Nur» 32.) İslam Peyğəmbəri cəmiyyətin əxlaqının qorunmasında evlənmənin rolu barədə buyurur: «Evlənən şəxs dininin yarısını hifz etmiş olur, digər yarısı üçün isə təqva seçilməlidir». Başqa bir rəvayətdə isə buyurulur: «Allaha ibadətin yarısı evlənməklə təmin edilir».(«Bəhar» cild 100.)Müstədərk»də deyilir: «Allaha pak ruhla ibadət etmək istəyən şəxs evlənməlidir. Evlənməklə paklıq əldə edilər». Deməli, evlənmənin mühüm məqsədi fərdin və cəmiyyətin saflığını təmin etməkdir. |