Digər sübut Növbəti dəlil budur ki, insanın üstünlüyü onun mərifəti və imanından asılıdır. İlahi maarifdən faydalandıqca insan Allaha yaxınlaşsın. Bu cəhətdən həzrət Peyğəmbərin (s) dərəcəsi hamıdan üstündür və bir şəxsə aiddir. Çünki vəhy yolu ilə ona nazil olmuş Quran bütün əvvəlki kitablardan üstündür. «Biz Quranı sənə haqq olaraq, özündən əvvəlki kitabı təsdiq edən və onu qoruyan kimi nazil etdik».(«Maidə» surəsi, ayə 48.) Şəkk yoxdur ki, islam Peyğəmbəri və onun Quranı bütün peyğəmbərlər və kitablardan üstündür. Digər tərəfdən səqəleyn hədisinə görə Əhli-beytin məqamı Quranla yanaşı tanıtdırılır. Elə bir kəramət yoxdur ki, Qurana aid ola, amma Əhli-beytə aid olmaya. Fərq olsaydı ayrılıq olardı. Hansı ki, səqəleyn hədisi ayrılığı inkar edir. Fatimənin üstün olmadığı yeganə şəxs hamıdan fəzilətli islam peyğəmbəridir. Müttəqilər ağası Əli (ə) ilə ya eyni məqamdadır, ya da Əli (ə) ondan üstündür. Qalan bütün bəşəriyyət Fatimədən (s) aşağı məqamdadır. |