Əhli-beyt və Fatimənin (s) haqqa bağlılığı Bu səbəbdən mömin insan haqqa bağlanacaq, həqiqəti ifadə edəcək, dostluğu və düşmənliyi haqqa əsaslanacaq, nəfsani istəklər həyatına yol tapmayacaq. Allah rızılığından savay bir şey istəməyəcək. «Dəhr» surəsində buyurulur: «Allah istəməsə, siz istəyə bilməzsiniz». Peyğəmbər (s) ailəsi ismət məqamına çatdığı üçün onların razılığı və qəzəbi, tutduqları mövqe həqiqət ölçüsü, Allahın razılığı və ya qəzəbidir. Müxtəlif firqələr bu mövzuya əsaslanmışlar. Əhli-beytin mövqeyi Peyğəmbərin (s) mövqeyidir. (İbni Mace) həzrət Peyğəmbər (s) buyurmuşdur: «Fatiməyə əziyyət verən mənə əziyyət verir».(«Səhihe Buxari» cild 3.) Hədis Fatimə həqiqətini təsdiqləyir, çünki Fatimə haqqın ifadəsidir. Onu qəzəbləndirənlər Allahın qəzəbinə gələrlər. Bunu inkar etmək qeyri-mümkündür. Hər kəs başqa söz desə iftiradır, özünü yorur və günahını artırır. Parlaq günəşə pərdə çəkmək olmaz. |