Bir daha Fatimə və Əli (ə) isarının təcəllası Bəli, o Fatimə, bu isə Əli (ə) isarından bir nümunə. İndi isə vəhy ailəsinin isar dünyasına nəzər salaq. Əli (ə) evə daxil olub görür ki, həzrət Peyğəmbər (s) əyləşib, Fatimə (s) isə namaz qılır. Onun kənarında ağzı ötrülü tabaq qoyulub. Fatimə namazını tamamlayıb tabağın üstünü açır. Əli (ə) görür ki, tabaqda çörək və ət var. Bunun haradan olduğunu soruşur. Fatimə cavab verir ki, Allah tərəfindən. Allah istədiyinə hesabsız ruzi verər.(«Təfsire-əyyaşi» cild 1.) Digər bir rəvayətə görə Fatimə namaz qılıb dua etdi və Allah dərgahına üz tutdu.(«Bəhar» cild 43.) Allah onun duasını qəbul edib, qeybi ruzilərlə bəhrələndirdi. Bu Fatimə və Əli isarının, fədakarlığının təcəllası, vəhy ailəsinin həyat tərzidir. İnsan bu iki nümunənin həyatını görəndə təmtəraqla yaşayanlarla, kiçik sıxıntıya görə ailə mühitini cəhənnəmə döndərənlərlə müqayisə edir. Onda Əhli-beytin nə dərəcədə ideal olması üzə çıxır. Fatimə o qədər vəfalı və fədakar yoldaş idi ki, əli onun haqqında buyururdu: «Yoldaşım Fatimə Allaha itaətdə ən yaxşı köməkçidir». Əli (ə) də Zəhraya bu sayaq səmimi və iftixarlı bir yoldaş idi. Zəhra (s) buyururdu: «Ən yaxşı mənim yoldaşımdır».(«Bəhar» cild 43.) |