Fatimənin (s) evdarlığı Fatimə və əlinin (ə) təmtəraqsız həyatında ev və çöl işləri hər iki məsumun iştirakı ilə yerinə yetirilir. Evin çox işlərini xidmətçiyə həvalə etmədən özü icra edirdi. Bu söz puç xəyallarından özləri üçün şən düzəldənlərə, gündəlik işləri özlərinə sığışdırmayanlara nümunə göstərir. Diqqət edin: «Evin yanacağını hazırlamaq, su gətirmək, süpürmək əlinin, dəyirmanda un çəkmək, xəmir etmək, çörək bişirmək Fatimənin öhdəsinə idi». Həzrət Peyğəmbər (s) qullarla yanaşı torpaq üstə oturar, çörək yeyər, yalın ata minər, birini də tərkinə alar, özü qoyun sağar, ən kiçik işi belə özü yerinə yetirərdi. Bu insanlar üçün nümunəvi bir üsuldur. Məhz, bu dəbdəbəsiz həyat tərzi insanları sehrləyir. Peyğəmbər (s) və Əhli-beytin (ə) kasıb daxması bir dünya mənəviyyat və əzəmətlə hər əsrdə insanları özünə cəlb edir. Bu ilahi rəhbərlərin ocaqları qırmızı və ağ evləri daim qorxudur və qorxudacaq. Əhli-beyt və Fatimənin (s) həyatını əsas götürməklə dünya və onun dəbdəbəsinə etinasız olmaq bizim öhdəmizədir. Dünya həyatı tez keçəsidir. Dünyaya bağlanmayaq. Bütün fəlakətlər dünyaya bağlanmaqdadır.(«Vəsail» cild 11.) Sadəlik və dəbdəbədən uzaqlıq hər bir insan üçün müvəffəqiyyətin rəmzidir. Allah yanında ən əziz olan peyğəmbər və övliyaların həyatı dediklərimizə sübutdur. Kimsə deməsin ki, dünya malı insani kəramətdir. Əgər dünya malı kəramət olsaydı, Allahın ən yaxın bəndələri dünya malında qərq olardı. Hansı ki, ən yaxşı bəndələrin çətinlikdə, zalımları isə rifah içində görürük. |