Dünya qadınlarının üstünü İnsanlar arasında daim başqalarına nümunə olan layiqli kəslər vardır – haqq yolunda mübarizliyi ilə nümunə olmuş çox insanlar mövcuddur. Həyat çətinliklərinin qaranlıq girdabında nəfsinə uymamış pak və iffətli qadınlar az deyil. Onlar cəmiyyət üçün nümunədirlər. Hidayət və tərbiyə kitabı olan Quran insanların doğru yola yönəldilməsində təkcə yolun izahı ilə kifayətlənib, bu yolu keçmiş nümunələr təqdim edir. Eləcə də, küfr və azğınlıq öncülləri tanıtdırılır, onların yolunun xətərləri qeyd edilir. Bu tarixə baxış yox, tarix fəlsəfəsinin bəyanıdır. |