1-İman Evlənmə mühüm və ömür boyu insana yoldaşlıq edən bağlılıqdır. Ər-arvad ailənin əsasıdırlar. Buna görə də həvəsbaz fərdlərlə ailə bünövrəsi qoymaq olmaz. Həyat yoldaşı seçərkən ən mühüm ölçü iman və təqvadır. Həmişəlik həyat yoldaşı iman nöqteyi-nəzərindən dəqiq qiymətləndirilməlidir. Arxayın olduqdan sonra evlənmək olar. Dinsiz adamlarla ailə qurmaqdan çəkinmək lazımdır. Rəvayətlərdə bu ölçüyə xüsusi diqqət yetirilib və günahkarlarla evlənmək qadağan olunub. Həzrət Peyğəmbərdən (s) nəql olunub: «Dindar insanlarla ailə qurun».(«Vəsail» cild 14.) İmam Baqir (ə) buyurmuşdur: «Elçi gələnin dinindən razısınızsa, onunla bağlanın». Evlənmədə üstünlük və fəzilət ölçüsü iman və iffətdir. «Ən yaxşı qadınlar doğumlu, mehriban və pak qadınlardır».(«Vəsail» cild 14.) Digər tərəfdən dinsiz şəxslə evlənmək qadağan olunur: «Şərab içən və günahkar adamla evlənən öz qohumluq əlaqələrini kəsir».(«Kafi» cild 5.)Həzrət Məhəmməddən (s) də bu səpkili hədislər nəql olunub. |