Quran və layiq qadınlar Quran iman gətirmək üçün münasib şərait olanda baş qatan qadınların, məsələn, Nuh və Lutun (ə) vəhy evində yaşamış, eyni zamanda Allaha küfr etmiş qadınları tanıtdırır. «Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini məsəl çəkir».(«Təhrim» surəsi, ayə 10.)Eləcə də Fironun arvadı həssas şəraitdə, sarayda zalıma ən yaxın fərd kimi möminlik, behişt istəyən bir nümunəvi bir fərd kimi xatırladılır. «Allah iman gətirənlərə Fironun zövcəsini misal çəkir».(«Təhrim» surəsi, ayə 11.) Qurani-kərim Musa peyğəmbərin ana və bacısını peyğəmbəri xətərdən qurtarmış iki iffətli qadın kimi yada salır. («Qisəs» surəsi, ayə 23). Qucağında peyğəmbər böyütmüş Məryəm nümunəvi bir qadın kimi göstərilir. Bu qadın günah təhlükəsində təkcə özünü qorumur, qarşı tərəfi də çəkindirir. Məryəm dedi: «Mən səndən Allaha pənah aparıram. Əgər müttəqisənsə, mənə toxunma». («Məryəm» surəsi, ayə 18). Allah-təala onun paklığına imza qoyur: «Allah həmçinin namusunu möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi məsəl çəkir».(«Təhrim» surəsi, ayə 12.) O, öz təqvası və əxlaqi ləyaqəti ilə Allahın seçdiyi böyük və nümunəvi bir xanımdır. «Ey Məryəm, öz Rəbbinə itaət et, səcdə qıl və rüku edənlərlə birlikdə rüku et».(Ali-imran» surəsi, ayə 42.) |