Ailə əsasları Ailə iki fiziki və iki mənəvi əsasa malikdir. Fiziki əsaslar bir-birinə bağlıdır. Bu iki əsası ər-arvad təşkil edir. İki mənəvi əsasdan biri məhəbbət, digəri isə bağışlamaq və güzəştə getməkdir. Birinci əsaslar ailənin qurluşunu təşkil edirsə, ikinci əsaslar ailə üçün ruh və can kimidir. Bir ailə bu iki nemətdən məhrum olarsa, heç bir əhəmiyyət daşımayan ruhsuz bədən olcaqdır. İslam iki mənəvi əsasın varlığı üçün iki fiziki əsasın seçilməsində ölçülər təyin edib. Həyat yoldaşı bu ölçülər əsasında seçilmişdir. Bu halda ailə əsasları möhkəm olar və ailənin təşkili hədəfləri üçün şərait yaranar. İslam kimsəyə gözübağlı, nəfs istəklərinə xatir ailə qurmağa icazə vermir. Çünki bu halda ailə nakam və səmərəsiz ola bilər. İnsana yol göstərilir və insan həvəsləndirilir ki, həyat yoldaşı seçilərkən dini ölçülərə lazımınca diqqət yetirilsin. |