Əsil meyar
Bəli, cismani gözəllik rəvayətlərdə meyar kimi göstərilib. Lakin əsil meyar tamam başqadır. Cismani gözəlliyə görə digər keyfiyyətləri nəzərdən qaçırmaq olmaz. Çünki gözəllik ailə əsası olan məhəbbəti yaratmağa qadir deyil. İmam Sadiq (ə) buyurur: «Bir fərdin gözəlliyinə görə onunla evlənən şəxsi Allah həmin meyarın öhdəsinə buraxar [onun gözəlliyi bir vaxt gedəcək]. Amma dininə görə evlənərsə, ona gözəllik, var-dövlət əta olunacaq».(«Vəsail» cild 14.)