Maddi təminat nədir? Burada məqsəd o deyil ki, insana atasından və ya başqa mənbədən müftə var-dövlət çatsın. Başqalarının zəhməti ilə qazanılmış bu sayaq var-dövlətin heç bir fəziləti yoxdur. Digər tərəfdən insanda müdiriyyət, iqtisadi faydalanma ləyaqəti yoxdursa, ona Qarunun xəzinəsini də versən az müddətdə havaya sovuracaq. Maddi təminat dedikdə insanın çalışqanlığı, iqtisadi bacarığı nəzərdə tutulur. İnsan öz ləyaqəti ilə ağlını, qüvvəsini işə salıb halal ruzi üçün çalışmalıdır. Bununla o başqalarına ehtiyac olmadan alın açıqlığı ilə öz dolanışığını təmin edər. Bu meyar ailənin dolanışıq yükü çiyinlərinə düşmüş kişiyə aiddir. Kişidə bu ehtiyacları ödəmək ləyaqəti olmalıdır. |