AİLƏ ƏXLAQI 1-Dərin sevgi Əvvəldə qeyd etdik ki, ailənin iki mənəvi əsasından biri məhəbbət, digəri bağışlamaqdır. Evlənmənin üç hədəfi o zaman ödənilir ki, bu iki əsas möhkəm olsun. Ailədə məhəbbət və güzəştə getmək varsa, sakitlik və rahatlıq da olacaq. Onun sayəsində övlad tərbiyəsi də mümkün olur. Çünki sakitlik məhəbbət və güzəştə getmədən başlayır. Nəticəsi sakitlik olan evlənmənin hədəfinin bəyanından sonra dərhal məhəbbət və güzəştə getmədən danışılır. Çünki məhəbbətsiz, güzəştsiz ailədə sakitlik də ola bilməz. Söz-söhbət, qalmaqal olan ailədə övlad tərbiyəsi mümkün deyil. Ona görə də Quran və rəvayətlər dəri sevgini təkid edir. Səy göstərilir ki, ər-arvad arasında mümkün qədər səmimi münasibətlər qurulsun və ixtilaf yaradan amillərdən çəkinilsin. Qurani-kərim məhəbbəti qarşılıqlı bilir. Qadın kişini, kişi də qadını sevməlidir. Quran buyurur ki, məhəbbət iki tərəfin arasında qərarlaşıb. Rəvayətlərdə də kişinin qadına, qadının kişiyə məhəbbəti təkid edilib. Həyat yoldaşına məhəbbət nişanəsi, imanın böyüklüyüdür. İmam Sadiq (ə) buyurur: «İmanın artımı ailəyə məhəbbəti yüksəldir». Başqa bir rəvayətdə nəql olunur ki, ailəyə dərin sevgi peyğəmbərlərin əxlaq üsullarındandır.(«Bəhar» cild 100.) Layiqli həyat yoldaşının xüsusiyyətlərindən biri də ərə dərin məhəbbətdir. («Vəsail» cild 14). Qadınların ən yaxşısı doğumlu, ərini sevən, pak qadınlardır. Məhz əhəmiyyətli olduğu üçün ər-arvadın məhəbbəti ilahi nişanələrdən hesab olunur. Bu məhəbbət o qədər dərin və özünəməxsusdur ki, onu heç nə əvəz edə bilməz. Həzrət Peyğəmbərdən (s) nəql olunub: "Ər məhəbbətini heç nə əvəz edə bilməz». («Nurus-səqəleyn» cild 4). Əlbəttə, kişi üçün də yoldaşı ilə münasibət əvəz olunmazdır. Məhəbbətin əhəmiyyətli roluna görə onu dərinləşdirən amillər – məhəbbətin izharı, qarşılıqlı ehtiram, gözəl ünsiyyətə rəğbətləndirilir, onu zəiflədən amillərdən çəkindirilir. Bu iki qaydaya əməl etdikdə məhəbbət qorunur. |