Ailədə əsil-nəsil məsələsi Həyat yoldaşı seçilərkən digər bir meyar onun əsil-nəsil məsələsidir. Təkcə bir nəfərin iman və əxlaqını öyrənməklə iş bitmir. Nəslin, alilənin övlada təsirini nəzərə almaqla bu məsələlərə də diqqət yetirilməlidir. Əsilli, təqvalı, əxlaqlı, şücaətli, səxavətli ailə ilə bağlanmaq lazımdır. Çünki yaxınların, valideynlərin xasiyyətləri genetik yolla, ünsiyyət yolu ilə övladlara keçir. Buna görə də həmin mövzu rəvayətlərdə nəzərə alınıb ki, həyat yoldaşı saf, gözəl xasiyyətli ailələrdən seçilsin. Qarşı tərəfin ailəsinin övlada təsiri barədə həzrət Peyğəmbər (s) buyurub: «Həyat yoldaşı seçərkən onun ailə əslinə diqqətli olun, çünki sizin övladlarınızın xasiyyətlərində dayıları da şərikdir».(«Vəsail» cild 14.) Peyğəmbər (s) açıq-saçıq ailələrdə böyümüş gözəl qız və qadınlarla evlənməkdən çəkindirir. («Vəsail» cild 14). |