Fatimənin (s) vücuda gəldiyi zaman Məhəmməd (s) kimi ata, Xədicə (s) kimi anadan, Peyğəmbərin (s) həssas nübuvvəti dövründə, yəni qırx gün ev və ailədən uzaqlıqdan, ibadətə vardıqdan, qeybi feyzlərdən faydalandıqdan, meracda behişt meyvələrini daddıqdan sonra Zəhra (s) nütfəsi yoğruldu. Bəli, Zəhra (s) behişt meyvələrindən bir şirədir ki, yer aləminə qədəm qoymuşdur. Həzrət Peyğəmbər (s) buyurur: «Meraca getdiyim zaman Cəbrail (ə) məni behiştə daxil edəndə behişt xurmalarından daddım. Meyvələr nütfəyə döndü. Yerə qayıtdıqdan sonra Xədicə ilə yaxınlıq etdim və Fatimənin nütfəsi yoğruldu. Fatimə insan simasında bir huridir. Behişt qoxusu arzulayanda onu Fatimədən alıram». Bəli, Fatimə (s) behişt meyvələrinin şirəsidir. Orada meyvələrin qəbulu, burada Fatimənin yaranışı! Həzrət Peyğəmbərin (s) qeybi və ilahi elm və maarifə vardığı həssas bir dövrdə Zəhranın (s) nütfəsi yoğrulur. Bu xüsusiyyətlər dünya qadınlarının tacı olan fərdin tərbiyəsinə şərait yaradır. Bu Fatimə vücudunun özünəməxsusluğudur ki, məna aləminə bir belə bağlıdır. Amma Fatimə (ə) xilqətinin həqiqəti və nuru zaman, məkan tanımır. |