Quran və Əhli-beyt dostluğu Əhli-beyt məhəbbətinin əhəmiyyətinə diqqət edərkən Quranın bu barədə israr etməsinin sirri aydınlaşır. Nə üçün Quran həzrət Peyğəmbərin (s) risalətinin haqqını Əhli-beyti tanımaq, sevmək, onun yolunu seçməklə buyurur: «Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir [ya Peyğəmbər!] de ki, mən sizdən bunun [peyğəmbərliyimin] müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm».(Şura»surəsi, ayə 23.) Çünki Əhli-beyt haqqın məzhəri, ifadəsidir. Onlarla dostluq, onları qəbul etmək iman ölçüsü, onlarla düşmənlik doğru yoldan sapmaqdır. Peyğəmbərin Əhli-beyti kimlərdir? Fatimə (s) Əhli-beyt zümrəsindəndir. Ona məhəbbət bir ölçü və atasının peyğəmbərlik haqqıdır. Həm şiə, həm də sünni rəvayətlərinə görə Əhli-beyt haqqında ayə nazil olanda həzrət Peyğəmbərdən (s) soruşdular: «Bizə sevgisi vacib buyurulmuş Əhli-beyt kimlərdir?» cavab vermişdir: «Əli, Fatimə və onların iki övladı.» |