Nə üçün «Tahirə» adlanıb? İmam Baqirdən (ə) rəvayət olunub ki, Fatiməni Tahirə də adlandırıblar. Çünki o, bütün nöqsan və çirkinliklərdən uzaq idi. Fatimə (ə) heç zaman heyz və nifas qanı görməmişdi. Nə üçün «Mühəddəsə» adlanıb? Fatimə Mühəddəsə də adlanmışdır. Çünki mələklər Məryəmə (s) nazil olduqları kimi Fatiməyə də nazil olub, onunla danışmışlar. Nə üçün «Bətul» adlanıb? Fatimə (ə) oxşarsız olduğu üçün «Bətul» da adlandırılıb. Bu onun mübarək və məna dolu adlarındandır. Qızlarımıza Zəhranın (ə) adlarını qoyaq. Zəhranın adlarını daşıyan qızlarla kobudluq etmək, onları sıxıntıya salmaq olmaz. Bu Fatimə ilə eyni adda olmağın bərəkətidir. |