Təkamül yolunun eyni olması İlahi vəhyə əsasən Quran insanın hidayəti, nuraniyyəti, paklaşması üçün gəlmişdir. Məqsəd insanın zülmətdən, cəhalətdən mənəviyyata yönəldilməsidir. «Bu Quran elə bir kitabdır ki, onu sənə insanları zülmətdən nura çıxarmaq üçün nazil etmişik». («İbrahim» surəsi, ayə 1). Paklanma ya ağıl və təfəkkür yolu ilə, ya da eşq və məhəbbət (qəlb) yolu ilə olur. Bəzi ustadların buyurduğu kimi, "Əgər kişilər üçün ağıl və təfəkkür yolu hamardırsa, qadınlar üçün qəlb yolu hamardır və qəlb yolu məqsədə ağıl yolundan daha yaxındır.» Məhəbbətin cazibəsi daha çoxdur. Necə ki, sözün təsiri düşüncənin təsirindən az deyil. Bu səbəbdən də təkamül yolunu keçmək qadınlar üçün hamar olmasa da, kişilər üçün də asan olmayacaqdır. Nəticə budur ki, qadın və kişi yaranışının həqiqəti birdir, fəzilətlərə çatmaq yolu eynidir. Demək, qadın və kişi insanlığı və fitrəti arasında heç bir fərq yoxdur. İslam məktəbi qadın və kişini bərabər bilir. Hansı ki, qərb məktəbi çox təlaşdan sonra, bu bərabərliyi öz məktəbi üçün böyük nailiyyət hesab edir. İslam, vəhy məktəbi daha yuxarı mərhələdə düşünür və qadın və kişini eyni bir həqiqət bilir. Səmavi maarif təliminin nəticəsi olan qadın şəxsiyyətinin yüksəldilməsi budur. Dünya məktəbləri bundan sonra əsrlərcə çalışsalar, vəhydən törənən belə bir maarifə nail olmayacaqlar. Quran bu barədə buyurur: «Vəhy sizə heç zaman əliniz çatmayacaq bir maarif öyrədir.» Qadın və kişi xilqətinin həqiqəti və fəzilətlərə yol tapmaq bəşər elminin gücündə deyil. Bu, Peyğəmbər məktəbinin işidir. |