Haqqın ifadəsinə (məzhərinə) itaət Haqqın ifadəsinə məhəbbət haqqa məhəbbətdən ayrı deyil. Mümkün deyil ki, Allahı sevən kəs onun məzhərini, ifadəsini sevməsin. Çünki həqiqət bir şəxsdə ifadə olunanda, onun bütün həyatı həqiqətə köklənəndə, ilahi yardımla ismət məqamına çatmaqla hərəkəti, duruşuğu, rəftarı, danışığı, sükutu, fəryadı haqq olanda, belə bir şəxsə məhəbbət həqiqətə məhəbbətdir. Ona itaət haqqa itaət hesab olunur. Bu səbəbdən də Peyğəmbərin (s) ismət məqamlı Əhli-beyti haqdır. Batil Qurani-kərimdə yer tapmadığı kimi Əhli-beyt həyatına da yaddır. Bəli, «batil ona yol tapa bilməz.» Quran və Əhli-beyt eyni həqiqətdir və batil onlardan uzaqdır. Bu həqiqət təkcə Əliyə (ə) yox, bütün Əhli-beytə aiddir. Həqiqət olduqları üçün də bəndələrə doğru yol və ölçüdürlər. İmam Rzadan (ə) nəql olunub: «Xalqın əməllərini dəyərləndirmək üçün Allahın mizanı əlidir. Mizana qarşı qiyam etməmək dedikdə imamın əmrinə qarşı çıxmamaq nəzərdə tutulur.»(«Əl-qədir» «Nurus-səqəleyn».) |