Quran və insanın təkamülü Qurani-kərim bu barədə buyurur: «Mömin olub, yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və yaxşı əməllərinə görə onları mükafatlandıracağıq.»(«Nəhl» surəsi, ayə 97.) Bəli, fəzilətlərə çatmaqda, xoş həyatdan faydalanmaqda qadınla kişi arasında heç bir fərq yoxdur və onlara əməllərindən üstün mükafat veriləcək. Təkamülün şərti iman və saleh əməldir. Bu məsələdə qadın və kişi eynidir. Başqa bir yerdə buyurur: «Mömin olub, saleh əməl edən şəxs istər qadın olsun, istər kişi, behiştə daxil olacaq.» Yenə buyurulur: «Doğrudan da, Allah müsəlman kişi və qadınlar, mömin kişi və qadınlar, itaətkar kişi və qadınlar, doğruçu kişi və qadınlar, səbirli kişi və qadınlar, təvazökar kişi və qadınlar, sədəqə verib, oruc tutan kişi və qadınlar, ayıb yerlərini hifz edən kişi və qadınlar, Allahı çox zikr edən kişi və qadınlar üçün bağışlanma və böük mükafat hazırlanmış-dır!» (Əhzab» surəsi, ayə 35.) Ayədə kişi və qadının imanı eyni cür vəsf olunur, onların mükafatı da eyni cür göstərilir. Digər bir ayədə insanın üstünlüyü onun təqvasında görülür, kişi və qadına fərq qoyulmadan! «Allah yanında ən hörmətliniz daha çox təqvalı olanlarınızıdır.»(«Hücürat» surəsi, ayə 13.) |