«Müasirliyin, mədəniyyətin» qazancı 1-Əxlaqi və mənəvi dəyərlərin tənəzzülü və bu səbəbdən cəmiyyətə dəyən zərbə; 2-Qadının alçalması və dəyərsiz əmtəə, əşyaya dönməsi; 3-Əxlaq pozğunluqları sayəsində ailə bünövrəsinin parçalanması; 4-Ailə qurmaq marağının itməsi və boşanmaların çoxalması; 5-əxlaqi sarsıntılar səbəbindən sahibsiz uşaqların artımı və bu uşaqlardan törənən günahlar, cinayətlər; 6-Nəsil qatışıqlıqları və qeyri-qanuni (bic) uşaqların dünyaya gəlməsi; Bu adətin daha çox rəvac tapdığı qərb cəmityyətlərində atasını tanımayan övladların artımı. 7-Qocalara və körpələrə qarşı ailə məhəbbətinin itməsindən yaranan iztirablar, narahatlıqlar, ruhi xəstəliklər; 8-Cəmiyyətdəki qocalara, ata-analara qarşı biganəlik. Yaşlı valideynlərin gərəksiz əşyalar anbara yığıldığı tək qocalar evinə verilməsi və kimsənin onlara qayğı göstərməməsi; 9-Uşaq evlərinin yaranması və övlad böyütmək, tərbiyələndirmək zəhmətindən qaçan valideynlərin öz övladını ailə qayğısından məhrum edib, uşaq evlərinə verməsi. (əlbəttə, cəmiyyətdəki kimsəsiz uşaqların ehtiyacını ödəmək üçün uşaq evlərinin mövcudluğu vacibdir.) 10-Düzgün insani rabitələrin olmaması səbəbindən heyvanlarla ünsiyyətə tapınmaq, ailə münasibətlərində boşluğun yaranması, insan ömrünü ilahi dəyərlərdən məhrum edib, onu puça çıxaran onlarla vəziyyətlər; Mənəviyyatı ayaqlar altına alıb, heyvani həyata, necə deyərlər qərb mədəniyyətinə üz tutulması; Bu iki nəzəriyyənin oxşarlığı ondadır ki, hər ikisi qadın və cəmiyyəti ilahi dəyərlərdən məhrum edir. Hər iki nəzəriyyə cəhalət və nadanlıq üstündə qurulmuş və fəsadla nəticələnmişdir. Cahiliyyət dövründə insan öz anlamsızlığı səbəbindən ümumi yığıncaqlarda, hətta Allah evinin təvafında çılpaq iştirak edirdisə, iyirminci əsrin cahiliyyətində də çılpaq görünmək normal və hətta mədəniyyət sayılır! əgər qədim cahiliyyətdə əxlaqsızlıq qadınlar evinin damına bayraq vurmaqla müştəri yığırdılarsa, iyirminci əsrdə rəngarəng reklamlarla insanlar günaha dəvət edilir. Bir fərqi vardır ki, keçmişin əxlaqsızlığı cahiliyyət, bu günün çirkin əməlləri mədəniyyət və azadlıq adlandırılır! Başqa sözlə desək, bu gün əxlaqsızlıq mədəniyyət paltarında zühur edib. Bəli, ilahi dindən uzaq düşməyin nəticəsi azğınlıq və əxlaqsızlıqdır. «Yunus» surəsində buyurulur: «Haqdan sonra ancaq azmaq gəlir.» |