Fatimə (s) Məhəmmədin (s) kövsəridir Kövsər nədir? «Kövsər» böyük xeyir, ilahi maarif və bərəkətdən faydalanmaqdır. «Təkasür» isə əksinə, Allahı və qiyamət gününü unutduran mənsəbpərəstlik, dünya məhəbbətidir. «Təkasür» surəsində buyurulur: «Var-dövlət, oğul-uşaq çoxluğu ilə öyünmək sizi azdırdı». Amma həzrət Peyğəmbərə (s) müraciətlə buyurulur: «Biz sənə kövsər əta etdik».(«Kövsər» surəsi, ayə 1.) |