Həqiqətə məhəbbət Məhəbbət aşiqi məşuqa tərəf çəkən daxili bir cazibədir. Məşuq cilvələnmiş gözəllikləri ilə aşiqi cəzb edir. Varlıq aləminin bütün yaranmışlarının daxilində həqiqətə məhəbbət mövcuddur. Hamı onun gözəlliklərinin aşiqidir, hamı ona doğru hərəkətdədir. Buna əsasən, insana güc verən, onu hərəkətə gətirən məhəbbətdir. Varlıq aləminin hər parçasında haqqın cilvələnən camal və gözəllikləri bütün aşiqləri bihuş edir, kəməndə salır. Məşuq bir gözəllikdirsə, aləm bir məhəbbətdir. Əgər bir cövhərin hərəkəti maddəni əhatə edirsə, eşq hərəkəti varlıq nizamını bürüyür. Əgər aləm bir qaynar həyatdırsa, bu qaynarlığın səbəbi ilahi eşq və məhəbbətdir. Yalnız həqiqi məhəbbət ört-basdır edilə bilmir. Daxilində elə qığılcımlar parlayır ki, iç dünyası açılır, izhar olur və məşuqunun eşq ahəngində dilə gətirir. «Elə bir şey yoxdur ki, Allaha tərif deyib, Ona şükr etməsin.»(«İsra» surəsi, ayə 44.) Gözəlliklər və kamilliklərə məhəbbəti yaradan səbəb aşiq nəzərində cilvənən məşuqdur. |