Fatimə (s) mehrabda İbadət mehrabından Zəhraya (s) elə kamilliklər nəsib oldu ki, onları nəzərə almaqla onun gecələr oyaq qalması nümunə olmalıdır. Fatimənin (s) iman və ibadəti haqqında müxtəlif rəvayətlər nəql olunub. «Bəhar» da deyilir: Fatimə xalqın ən çox ibadət edəni idi. Çox vaxt gecəni sübhədək oyaq qalar, namaz qılardı. İmam Həsəndən (ə) nəql olunub ki, anamı sübhədək namaz halında gördüm. Başqaları üçün dua edərdi. Soruşdum ki, özün üçün niyə dua etmirsən? Buyurdu ki, əvvəl qonşulardır. O xanım mehrabda o qədər dayanar, namaz qılardı ki, mübarək ayaqları şişərdi. |