İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » November » 23 » İslamda nümunəvi qadınlar – Fatimə (ə)
    8:17 AM
    İslamda nümunəvi qadınlar – Fatimə (ə)
    Qadın cahiliyyət dövründə
    Qədim Hind, Çin, Rum və ərəb cəmiyyətlərində qadına elə anormal münasibətlər olub ki, indi də dünyanın bəzi nöqtələrində həmin münasibətlərə təsadüf edilir. Bu baxışlara əsasən daim kişinin xidmətində dayanmağa borclu olan qadın, heyvan kimi bir mövcud sayılır. Buna görə də qadın bütün fərdi və ictimai hüquqlardan məhrum edilmiş, hətta öz talehini müəyyənləşdirmək haqqına malik olmamışdır. Axı əslində insan hesab edilməyən qadın hansı insani hüquqlara malik ola bilərdi!
    Sadalanan cəmiyyətlərdən bəzilərində qadın şəxsiyyəti o qədər süqut etmişdi ki, onun həyatı da kişidən asılı idi. Bəzən ehtiyac üzündən qadını öldürüb, əti ilə qidalanardılar.
    Hindistanda əri ölmüş qadını ərinin cəsədi ilə birlikdə yandırar, ya da zillət içində buraxardılar. Tarixi mənbələrdə bu faktlar şahidlər tərəfindən təsdiq edilir.
    Lakin bu hissə sonrakı hissələrin müqəddiməsi olduğundan sözü çox da uzatmayıb, yalnız cahiliyyət dövründə - Quran nazil olan zamandakı şahidlərin bəzilərini xatırlayırıq. Əlbəttə ki, bu baxışları analiz etməklə digər cəmiyyətlərdəki oxşar baxışlar da işıqlanar.
    Cahiliyyət dövründə qadın o qədər əskik sayılırdı ki, hətta onun varlığı belə həqarət hesab edilirdi. Bir şəxs qızı olduğunu eşidəndə qəzəblənər, rəngi qaralardı. İki yol ayrıcında tərəddüd edərdi – bu əskikliyə, zillətə dözmək, yoxsa qızı diri-diri torpağa basdırmaq?! Bildiyimiz kimi qızları diri-diri torpağa basdırmaq cahil ərəblərin adəti idi. Bu işi heç bir vəhşi heyvan öz balasına qıymaz. Quran bu cahil adəti belə nəql edir: «Verilən müjdənin pisliyi üzündən tayfasından gizlənər. Görən, körpəni zillətdə saxlayacaq, yoxsa torpağa basdıracaq? Necə də pis mühakimə edirlər! («Nəhl» surəsi, 59-cu ayə)
    Başqa bir yerdə, «Təkvir» surəsinin 9-cu ayəsində bu çirkin əməl yenə də sual altına alınır: «O hansı günaha görə öldürüldü?»
    Cahiliyyət dövründə qız övladları övlad hesab olunmaz və nəslin davamı yalnız oğlanlar sayılardı. Cahiliyyətin rəzil şüarı bu idi:
    Yalnız oğlanlardır bizlərə övlad
    Qızlarla nəsilə verilməz bir ad.
    Qurani-kərim müxtəlif əsaslarla oğlan və qızı eyni bildirir, köhnəliklə mübarizə aparır. Aşkar şəkildə qızları övlad adlandırmaqla cahil adətləri kökündən qoparır. Nəcran xristianları ilə mübahilə (nifrin) mərasimində həzrət Peyğəmbər (s) və Əli (ə) ilə müsəlmanlardan qadın ünvanında Fatimeyi Zəhra (ə) və Peyğəmbər övladı kimi Həsən və Hüseyn (ə) iştirak etdilər. Qurani-kərim bu barədə buyurur: «Sənə (İsa haqqında) göndərilən bilikdən sonra bu barədə səninlə mübahisə edənlər olsa, onlara de: Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağıraq və yalvarıb Allahdan yalançılara lənət istəyək».(«Ali-imran» surəsi, 61-ci ayə.)
    Bu ayədə Peyğəmbər qızının övladlarına övladlıq şamil edilir.
    Cahiliyyət quruluşunda isə ailənin təşkili inkişafını öhdəsinə götürmüş qadınlara diqqətsizlik göstərilir. Bu həmin qadındır ki, övladının səadətinə zamindir və bu prosesdə mühüm rol oynayır. «Bəhar» da buyurulur: «Hər kəsin səadət və bədbəxtliyi anasının bətnində müəyyənləşir». «Vəsaildə» buyurulur: «Behişt ananın ayaqları altındadır».
    Cahiliyyət dövründə anaya övladı bir müddət özündə saxlayıb, sonra azad edən qab kimi baxılıb. Cahiliyyət mədəniyyəti bir şerdə belə əks olunur:
    Qabdan artıq deyil onlar bizə,
    Atalardır ünvan soy, kökümüzə.
    Quran bu cahil fikri puça çıxarıb, ana qucağını tərbiyə, inkişaf beşiyi kimi tanıtdırır, «qadınlarınız saleh övladlar tərbiyə edəcək əkinəcəklərinizdir», deyir. Quran anaların üzücü zəhmət və təlaşlarına təşəkkür olaraq tərif edir, hüquqlarını ilahi hüquqlar sırasında əks etdirir. «İsra» surəsinin 23-24-cü ayələrində buyurulur: «Allah Ona ibadəti və valideynə yaxşılığı buyurmuşdur. Onların biri, ya hər ikisi sənin yanında qocalığın ən sınıq çağına yetərsə, onlara «uf»da demə, acı söz söyləmə. Onlarla xoş rəftar et. Onların hər ikisinə acıyıb, mərhəmət göstərərək de: Pərvərdigara, onlar məni körpəliyimdən tərbiyə edib bəslədikləri kimi Sən də onlara rəhm et.»
    "Əhqaf» surəsində buyurulur: «Biz insana ata-anasına yaxşılığı sifariş etdik.» Beləcə, xeyli çətinliklərlə qarşılaşan ananın əsil rolu nəzərə çatdırılır.
    Cahiliyyət qurluşunda qadının hansısa bir qərara gəlmək hüququ yox idi. Yalnız ata və qardaş onu ərə verə bilər və bir əşya kimi dəyişər, mehriyyəyə sahib olardılar. Hətta əri öləndə onun mülkünə sahib çıxırdılar. Qadının evlənmə hüququ ailənin kişisinə məxsus idi. Quran bu çirkin əməli rədd etdi və evlənmə hüququnu qadının öz ixtiyarına verdi. Qadın öz meyriyyəsinə sahib oldu (əlbəttə ki, qızın ərə getməsində atanın icazəsi olmalıdır).
    Həmin qaranlıq qurluşda qadın ailə və insani ünsiyyət hüququndan da məhrum idi. Onunla quldan da pis rəftar olunurdu. Addımbaşı qadın təhqir edilirdi. Quran qadınla qeyri-insani rəftarı puça çıxardı.
    «Qadınlarınızla ağıllı, Allah bəyəndiyi kimi rəftar edin.» («Nisa» surəsi.)
    Cahiliyyətdə qadının zəhmət haqqı ata, qardaş tərəfindən mənimsənilirdi. Quran aşkar şəkildə onlara kişilər kimi iqtisadi müsəqillik verdi: «Kişilərin öz qazandıqlarından öz payı, qadınların öz qazandıqlarından öz payı vardır.»(«Nisa» surəsi, ayə 32.)
    Cahiliyyətdə qadının irs hüququ yox idi. İrs yalnız kişilərə məxsus idi. Quran kişilərlə yanaşı qadına irs hüququ verdi.
    «Ata, ana və yaxın qohumların qoyub getdikləri maldan kişilərə və qadınlara pay düşür.» («Nisa» surəsi, ayə 7).
    Cahiliyyət qurluşunda əxlaqi və ilahi dəyərlər o qədər alçaldışmışdı ki, qızların və qadınların iffəti mübadilə əşyasına dönmüşdü. Qurani-kərim bu çirkin işi qadağan etdi: «Fani dünya malı əldə etmək xatirinə onları zinaya məcbur etməyin».(«Nur» surəsi, ayə 33.)
    Bunlar cahiliyyətin Quran tərəfindən puça çıxarılmış adətləri idi. Quran qadın hüquqlarını və qadın şəxsiyyətini ucaltdı. İslam Peyğəmbəri (s) bütün çirkin adətləri rədd etməklə buyurdu: «Sahibinə qaytarılmalı olan əmanətdən savayı bütün cəhalət adətləri mənim ayaqlarım altındadır». İstər xeyrixah olsun, istərsə də günahkar, fərqi yoxdur. Əmanəti sahibinə qaytarmaq islamın insani və beynəlmiləl prinsipidir. Bu adəti yaşatmaq cahiliyyət yox, insani ənənəni yaşatmaqdır. Beləcə, fitrət və ağıla əsaslanan din heç vaxt cəhalətdən savay əsası olmayan adətləri təsdiq etməyəcəkdir.
    Category: İslamda nümunəvi qadınlar – Fatimə (ə) | Views: 882 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024