Fatimənin (s) ibadətinin həqiqəti Fatimə (s) sadəcə quru, ruhsuz ibadət etmirdi. O, bir alim kimi idi. İbadəti yüksək mənalı və xalis idi. Belə ibadət ruhun təkamülünə bais olur. Qurani-kərim xalis ibadəti tərif edir. «Möminun» surəsində buyurulur: «O kəslər ki, namazlarında müti olub, boyun əyərlər». İlahi hüzurda xalisliklə, qəlbin iştirakı ilə müşayət olunan ibadət tərifə layiqdir. Demək, ibadətin ruhu, keyfiyyəti əhəmiyyət daşıyır. Zəhra (s) mehrabda dayananda təlatümdə olar, ilahi qorxu vücudunu bürüyər, göz yaşlarında qərq olardı.(«Bəhar» cild 43.) |