İman və nifaqın ölçüsü Beləcə, imanın ölçüsü Əhli-beytə məhəbbət, nifaqın ölçüsü Əhli-beytə düşmənçilikdir. Mömin şəxs bütün hallar və şəraitlərdə Əhli-beyt aşiqidir. Nifaq əhli (münfaiq) heç zaman Əhli-beyt aşiqi ola bilməz. Allah dostuyla dostluq (təvəlla) və Allah düşməniylə düşmənliyin (təbərra) ölçüsü Əhli-beytdir. Əli (ə) buyurur: "Əgər görsən bir mömini şəmşirlə vururam ki, mənə düşmən olsun, heç zaman düşmən olmaz. Dünyanı münafiqə versəm ki, mənə dost olsun, heç zaman dost olmaz. Çünki bu həqiqət həzrət Peyğəmbərin dilindən çıxıb ki, heç bir mömin sənə düşmən, heç bir münafiq sənə dost olmaz».(«Əl-qədir» cild 3.) Bunun nümunəsinə həzrətin öz dövründə təsadüf olunur. Üsvəd adlı bir şəxsin oğurluğa görə əli kəsilir. Bundan öz pis niyyəti üçün istifadə etmək istəyən İbni Kəva əli kəsilmiş Üsvədi görüb, onu sındırmaq üçün «sənin əlini kim kəsdi» deyir. Əli (ə) aşiqlərindən olan Üsvəd onun cavabında əlini (ə) elə tərif edir ki, İbni Kəva peşiman olur.(«Bəhar» cild 40.) |