İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 16 » İslam dunyagörüşü İnsan və iman
    5:40 AM
    İslam dunyagörüşü İnsan və iman
    ÜÇÜNCÜ FƏSİL
    DİNİ İMAN
    Məlum oldu ki, insan iman, ideologiya və hədəf olmadan nə özünə, nə də başqalarına xeyir verə bilər. Bəşəriyyəti səadətə çatdıran bu üç amildən məhrum olan hər bir şəxs svilizasiyadan geri qalar və özünüsevmək, xudpəsəndlik kimi şeytani xislətlərdə qərq olar. Belə bir insan cəmiyyətdə hansı məsuliyyəti daşıdığını bilmədən ömrünü cəhalət və nadanlıqla başa vurar.
    Çünki hər bir normal insan daim yaşadığı mühitdə əxlaqi və ictimai məsələlərlə qarşılaşır və bəzən bu kimi məsələlərin qarşısında müəyyən əksül-əməl göstərməli olur. Hər hansı bir məktəbə, əqidəyə, imana mənsub olan şəxs öhdəsinə düşən vəzifəni çox gözəl dərk edir. öhdəsinə düşən vəzifəni dərk etmədikdə isə, hər şeyə şəkk və tərəddüdlə yanaşaraq istiqamətsiz halda müxtəlif hallara düşür.
    Belə olduğu bir halda, insan hər hansı bir məktəb və ideologiyaya qoşulmalıdır. Qeyd etmək lazımdır ki, insanı həqiqi «mömin» edən yeganə şey varsa, o da dinə olan iman və əqidədir. Mömin insan bütün şeytani xislətlərdən uzaq olmaqla yanaşı, müəyyən əqidə və məsləkə sahib olur. Onlarda «həqiqi bəndəlik» və ilahi qanunlar qarşısında təslim olmaq kimi xüsusiyyətlər görmək olar.
    Mömin bir şəxs tabe olduğu dinin verdiyi göstərişlərə şək-şübhəsiz təslim olur və onu özü üçün müqəddəs hesab edir. Din olmadıqda isə, həyat onun üçün puç və mənasız olur. Hər bir mömin qeyrət və təəssüblə dinini himayə edir və yaranmış təhrif və xurafatın qarşısını almaq üçün öz canından keçməyə belə hazır olur. Bu iş yalnız o zaman təsirli ola bilər ki, insanın ideyası müqəddəsləşsin, mütləq (əbədi, dəyişilməz) hakimiyyət onun vücuduna hakim olsun. İnsanın ideologiyasını müqəddəsləşdirən yeganə amil isə dinə olan iman və etiqaddır.
    Bəzən dinə etiqadı olmayan, həm də müəyyən ideyaya sahib olmayan şəxslər intiqam, kin, qatı düşmənçilik təsiri altına düşərək qarşılaşdıqları zülm və işgəncələrə qarşı qətiyyətlə əksül-əməl göstərir, fədakarlıq etmək fikrinə düşür və bu yolda canından, malından belə keçməyə hazır olur. Yaşadığımız dünyada belə hallara kifayət qədər rast gəlmək olar.
    Amma bu fədakarlıqları bir-biri ilə fərqləndirən mühüm bir xüsusiyyət vardır. O da bundan ibarətdir ki, dinə etiqadı olan şəxsin fədakarlığı təbii şəkildə və öz razılığı ilə həyata keçirilir. O, bu yolu özü seçir və xarici amillərin təsiri altına düşərək kor-koranə intiqam yoluna qədəm qoymur.
    Digər tərəfdən isə, əgər insanın dünyagörüşü yalnız maddi varlıqlarla məhdud olsa, daha heç bir ideya və ictimai-insani hədəfdən söhbət açmaq olmaz.
    Maddi aləm əsasında yaranan dünyagörüşü hər hansı bir ideologiyanın meydana gəlməsi ilə deyil, təkəbbürlük, xudpəsəndlik və insanın özündən razı olması ilə nəticələnər.
    Hər hansı bir ideologiya məntiqi dəlillər əsasında qurulmazsa, insanlığa xəyanətdən savay bir şey nəsib etməz. Yəni insan, batinində mövcud olan həqiqət və xəyallardan başqa özü üçün ayrı bir dünya qurmalı və onunla razılaşmalıdır. İdeologiya din və etiqaddan bəhrələnmədikdə isə, ictimai hədəf və ideologiyanı davam etdirməkdən savayı bir şey ilə nəticələnməyəcəkdir. Dinə olan iman insanla yaşadığı dünya (təbiət) arasında sıx bağlılığın yaranmasına səbəb olur. Başqa sözlə desək, insanla ətraf mühit arasında bir növ uyğunlaşma yaranır. Qarşıya qoyulan məqsəd dini və etiqadi prinsiplər üzərində həyata keçirilmədikdə isə, insanla ətraf mühit arasında bir növ fasilə meydana gəlir. Belə olduqda insan, xəyalında xarici aləm ilə heç bir əlaqəsi olmayan ayrı bir dünya təsəvvür edir.
    Dinə olan etiqad (iman) insanın üzərinə müxtəlif vəzifələr qoyduğu kimi, onun dünyaya olan baxışında da dəyişikliklər yaradır və onu yeni-yeni ünsürlərlə tanış edir. Quru və soyuq olan mexaniki aləmi onun nəzərində canlı və şüurlu aləmə çevirir. Deməli, dinə olan iman insanın dünyaya və yaradılışa olan baxışını tamamilə dəyişdirir. İyirminci əsrin əvvəllərində yaşamış amerikalı filosof və psixoloq Vilyam Ceyms deyir:
    Bizə dini ideologiya (təfəkkür) verən aləm yalnız zahiri görünüşü əvəz olan maddi dünya deyildir. Şübhəsiz ki, orada maddi aləmə aid olan bir şəxsin sahib olduğundan (təsəvvür etdiyindən) daha çox şeylər vardır.
    Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, müqəddəs və ibadət ediləsi varlıqlara olan meyl hər bir insanın fitrətindədir. Bu günkü insan tərbiyə olunası, mənəviyyata meyl edən və buna nail olmaq üçün mənəvi istedada malik olan bir varlıqdır. İnsan yalnız maddi şeylərə meyl etməyir və onda olan mənəvi istedadlar təlqin olunası və kəsb olunası da deyildir. Elm də həmin həqiqəti təsdiq edir.
    Vilyam Ceyms deyir:
    Bizdə yaranan meyl və istəklər bu aləmdən qaynaqlansa da, bir çox arzu və istəklərimiz metafizik aləmdən sərçeşmə tapır. Çünki onların əksəriyyəti maddi hesabatlarla uyğun gəlməyir.
    Bu istək və arzular həyata keçirilməlidir. Həyata keçirilməyib düzgün istifadə olunmasa, haqq yoldan uzaqlaşaraq təsəvvürü mümkün olmayan xəsarətlər verə bilər. Belə ki, bu cəryan bütpərəstlərin, təbiət, insan və digər varlıqlara pərəstiş edən insanların belə bir batil əqidəyə yönəlmələrinin əsas amili olmuşdur.
    Erik Frum deyir: Yer üzündə elə bir insan tapmaq mümkün deyildir ki, öz məqsədlərinə nail olmaq və mənəvi rahatlıq tapmaq üçün hansısa bir dinə ehtiyaclı olmasın. Bəzən dinə etiqadı olan elə şəxslərlə qarşılaşırıq ki, digər məslək və əqidələrdən heç bir anlayışı olmayır. Və bəzən də əksinə olaraq heç bir dinin və məzhəbin mövcud olmadığını zənn edən və həyatın mənasını yalnız var-dövlətdə, yüksək məqamda, qüdrətdə və digər qeyri-dini amillərdə görən şəxslərlə qarşılaşırıq.
    Erik Frumun dediklərindən belə məlum olur ki, insan hər hansı bir müqəddəs varlığa pərəstiş etmədən yaşaya bilməz. O, yeganə olan Allaha ibadət etməsə də, həqiqət hesab etdiyi başqa bir müqəddəs varlığa pərəstiş edəcəkdir.
    Deməli, hər bir insanda ideologiyanın, hədəf və imanın olması zəruri bir haldır və dinə olan etiqad insana digər iki amildən (ideologiya və hədəf) daha çox təsir edə bilir. İnsanda dinə olan əlaqə isə, onun fitrətindən irəli gəlir. Yəni insan dünyaya gəldiyi ilk gündən, ömrünün sonunadək bu hislə yaşayır və maddi-mənəvi həyatını onunla tənzim edir.
    Qurani-kərim dini etiqadın insanın xilqəti ilə birgə və uyğun olduğunu bəyan edən ilk və yeganə asimani kitabdır.
    «Ali-imran» surəsinin 83-cü və «Rum» surəsinin 30-cu ayəsində bu haqda buyurulur:
    «Əfəğəyrə dinillahi yəbğunə vələhu əsləmə mən fissəmavati vəl ərzi.»
    (Necə ola bilər ki, onlar [kitab əhli] Allahın dinindən başqa bir din axtarsınlar? Halbuki, göylərdə və yerdə olanların hamısı istər-istəməz Ona [Allaha] təslim olmuşlar.
    «Fə əqim vəchəkə liddiyni həniyfən fitrətəllahil-ləti fətərən-nasə ələyha.»
    ([Ya Məhəmməd! Ümmətinlə birlikdə] batindən haqqa tapınaraq [pak və müvəhhid, xalis təkallahlı kimi] üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə [islama] tərəf tut.)
    İMANIN TƏSİRİ VƏ MÜSBƏT XÜSUSİYYƏTLƏRİ
    ötən fəsillərdə bu haqda ötəri də olsa məlumat verildi. Bu fəsildə isə imanın qoyduğu təsir və müsbət xüsusiyyətləri haqda bir qədər geniş söhbət açmaq istəyirik.
    Görkəmli rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoy deyir:
    İman elə bir şeydir ki, insanlar onunla ömürlərini başa vururlar.
    Dini etiqadların bir çox müsbət xüsusiyyətləri vardır ki, istər şadlıq və inkişafın yaranmasında, istər ictimai əlaqələrin yaxşılaşdırılmasında və istərsə də meydana gəlmiş problemlərin həllində özünəməxsus vəzifələri ifa edir.
    Bu barədə üç mühüm nöqtəyə işarə etmək lazımdır:
    1. İNKİŞAF VƏ TƏRAVƏT
    Dini etiqad insanda yaradılışa qarşı müsbət təsir yaradır. O, bilir ki, yaradılışda müəyyən bir hədəf vardır və bu hədəf onu səadətə və xoşbəxtliyə doğru aparır. Belə olduqda insanın yaradılışa və onun üzərində hakim olan nizam və qanunlara olan baxışı təbii ki, müsbət olacaqdır.
    Hər bir iman sahibi yaşadığı cəmiyyətin adət-ənənələrinə riayət edir və oraya hakim olan ədalətli qanunlara tabe olur. İctimai fəaliyyətdə, həm özünün, həm də başqalarının inkişafı naminə əlindən gələni əsirgəmir. O, belə bir əqidədədir ki, geridə qalmasının əsas səbəbi özünün və özü kimilərin tənbəllik və təcrübəsizliyidir. Cəmiyyətdəki çatışmamazlıqların hakim təbəqənin deyil, özünün və özü kimilərin məsuliyyətsizliyindən irəli gəldiyini hesab edir. Belə bir düşüncə onu daha da məsuliyyətli olmağa və gələcəyə ümidlə baxmağa vadar edir.
    İmansız şəxs isə harada yaşamasından asılı olmayaraq, orada qüvvədə olan qanunları ədalətsiz hesab edir, belə bir cəmiyyətdə yaşasa da qanunları çarəsizlik üzündən qəbul edir. Qəlbində hamıya qarşı kin-küdurət bəsləyir və bir an da olsun cəmiyyətin tərəqqisi naminə fikirləşmək belə istəmir. Hər şeyə bədbin olan belə bir insan ömrünün sonunadək həyatdan ləzzət ala bilmir və dünya onun gözləri önündə qaranlıq zindan kimi canlanır.
    «Taha» surəsinin 124-ci ayəsində onlar haqqında buyurulur:
    «Və mən ərəzə ən zikri fə innə ləhu məiyşətən zənka.»
    (Hər kəs Mənim öyüd-nəsihətimdən [Qurandan] üz döndərsə, güzaranı daralar [yaxud qəbr evində şiddətli əzaba düçar olar].)
    Bəli, ruhi sarsıntalarımızı aradan aparan və bizi səadətə qovuşduran qüvvə, vücudumuzda olan iman qüvvəsidir.
    İnkişaf və təravət baxımdan dinin bizə göstərdiyi təsir onun «qəlblərə verdiyi nuranilikdir». Dünyanı zülmət qaranlıq kimi görən imansız şəxslərin əksinə olaraq, iman sahibləri yaşadıqları dünyanı gün kimi aydın, orada olan varlıqları isə gözəl və bütün eyblərdən uzaq görməyə başlayır.
    Dinin göstərdiyi digər bir müsbət təsir isə «ümiddir».
    Maddi məntiq baxımından bəşər övladı istər haqq yolda olsun, istər batil, istər ədalətsevən olsun, istərsə də zülmsevən; yaşadığı dünyaya qarşı laqeyid və biganə olur. Onların gördükləri işlər yalnız bir şeyə bağlıdır, o da göstərdikləri «səy və təlaşdır».
    Amma iman sahibləri bunun əksinə olaraq tam başqa bir məntiqə əsaslanırlar. Onların fikrincə, dünya bu iki sinfin gördükləri işlərə qarşı heç də laqeyid deyildir. İman sahibləri belə bir əqidədədirlər ki, yaşadıqları dünya bu səylərin müqabilində müxtəlif əksül-əməllər göstərir və daim haqq yolda mübarizə aparan ədalətsevən insanları himayə edir.
    «İn tənsürüllah yənsurkum.»
    (Əgər siz Allaha [Allahın dininə və Peyğəmbərinə] yardım göstərsəniz, O da sizə yardım göstərər.)
    «İnnəllahə la yuziyu əcrəl muhsinin.»
    (Həqiqətən, Allah yaxşı işlər görənlərin əcr və mükafatını zay etməz).
    Dinin inkişaf və tərəqqi baxımından göstərdiyi digər bir müsbət təsir isə «mənəvi rahatlıqdır». Belə ki, hər bir insan müstəqil həyata başladığı ilk gündən xoşbəxtlik və səadətə nail olmaq üçün həyatla mübarizə etməyə başlayır. O, gələcəkdə nələrin baş verəcəyindən xəbərsiz olduğu üçün daim iztirab və nigarançılıq içində olur.
    Səadətə nail olmaq üçün isə insan həyatla mübarizə etməklə yanaşı yaşadığı mühitə də etimad etməlidir.
    Hər bir şagirdin müvəffəqiyyət qazanması üçün bu iki şey lızımdır (zəhmət çəkmək və ətraf mühitə qarşı xatircəm olmaq). O, var qüvvəsi ilə çalışmalı, ətrafında olanlara xatircəm olmalı və eyni zamanda təhsil aldığı mühit də (müəllimlər) ona kömək etməli və elmə qarşı maraq və istək yaratmalıdır.
    Məsələn, çalışqan bir şagird oxuduğu məktəbə və onun biliyini qiymətləndirən müəllimə etimad etməzsə və ondan ədələtsizlik gözləyərsə, onda o, tədris ilini sonadək iztirab və nigarançılıqla başa vuracaq.
    İnsan öhdəsinə düşən məsuliyyətləri dərk etdiyi üçün iztirab və nigarançılığa düçar olmayır. Çünki bu hislər insanda ətraf mühitə qarşı yaranan şəkk və tərəddüdən doğur və insan özünə aid olan şeylər barəsində heç vaxt şəkk etməyir. Onu nigarançılığa sürükləyən və belə bir şəraitdə nə etmək lazım olduğunu bilməməsinin yeganə amili onun yaşadığı sirli dünyadır.
    Faydalı işlərin insana bir xeyri varmı? Səadət və düzlük əbəs işdirmi? İnsanın ömrü boyu göstərdiyi səy və çalışqanlıqlar nəticəsiz qalacaqdırmı?
    Qəlblərdə iman nuru şölələnərsə iztirab və nigarançılıq mənəvi rahatlığa çevrilər. Belə olduqda insan özünə və onunla ünsiyyətdə olan iman sahiblərinə etimad edər və nəticədə mənəvi sarsıntılardan birdəfəlik yaxa qurtarar. İmanın müsbət xüsusiyyətlərindən biri də, insanın mənəvi ləzzətlərdən bəhrələnməsidir. Onlar iki hissəyə bölünür:
    Birinciyə aid olan ləzzətlər bədən üzvlərinin biri ilə əldə olunur. Məsələn, göz xaricdə mövcud olan varlıqlardan birini görməklə, qulaq eşitməklə, burun iyləri hiss etməklə, ağız dadmaqla və əl təmasda olmaqla bəzi şeyləri dərk edir.
    İkinciyə aid olan ləzzətlər isə, bədən üzvləri ilə deyil, insanın ruhu və vicdanı ilə əldə olunur. Yəni bu hislər xarici varlıqlardan hasil olunmur.
    Başqalarına edilən yaxşılıqları, həyatda qazanılan müvəffəqiyyətləri, insanların bir-birlərinə qarşı olan məhəbbətini buna məsəl çəkmək olar.
    Mənəvi ləzzətlər, maddi ləzzətlərdən həm güclü, həm də uzun ömürlüdür. Ariflər ibadətdə ikən ilahi eşqdə qərq olduqları zaman özlərində mənəvi ləzzət doğuran belə hislər keçirirlər.
    Dini terminalogiyada bu kimi mənəvi ləzzətlər «iman ləzzəti» və «iman şirinliyi» adlanır. Belə bir ləzzət və şirinlik hər şeydən üstün və əvəzedilməzdir. Elmdə, insanlara olunan yaxşılıq və xidmətdə mənəvi ləzzəti yalnız o zaman dərk etmək olar ki, bu işlər etiqadi köklərə bağlansın, yəni Allah rizası üçün həyata keçirilmiş olsun.
    2. İMANIN İCTİMAİ ƏLAQƏLƏRİN YARANMASINDA OYNADIĞI ROL
    İnsan bəzi canlılar kimi ictimai həyat tərzinə uyğun fitrətlə yaranmışdır. O təkbaşına ehtiyaclarını ödəməyə qadir deyildir. Bu səbəbdən də o elə bir şəraitdə yaşamalıdır ki, onunla müştərək həyat tərzi keçirən hər bir şəxs öhdəsinə düşən məsuliyyəti dərk etsin və onun icrasında əlindən gələni əsirgəməsin.
    Bəs insanla digər ictimai həyat tərzi keçirən canlılar arasında olan fərq nədən ibarətdir?
    İnsan ictimai həyat tərzi keçirsə də (özünün və ya başqalarının ehtiyaclarını ödəmə məqsədilə), gördüyü işləri əql və şuurla həyata keçirir. O, tam ixtiyar sahibi olduğu üçün öhdəsinə düşən vəzifəni istədiyi vaxt istədiyi şəraitdə (tezləşdirib və ya təxirə salmaqla) yerinə yetirə bilər.
    Qarışqa və ya bal arısı kimi ictimai həyat tərzi keçirən heyvanlar isə bütün bu işləri təbii qanunauyğunluqlar əsasında yerinə yetirirlər. Və onların öz ictimai həyatlarında həmin qanunauyğunluqları pozduqlarını və müxtəlif dəyişikliklər həyata keçirdiklərini müşahidə etmək olmaz.
    Sağlam ictimai həyata yalnız o zaman nail olmaq olar ki, insanlar bir-birlərinin hüquqlarını qoruyub ictimai ədalətə riayət etmiş olsunlar. Hər bir şəxs özü üçün istədiyi şeyləri başqaları üçün də istəməli, özünə rəva bilmədiyi şeyləri başqalarına da rəva bilməməlidir. Bir-birlərinə etimad edib yeri gəldikdə güzəşt etməli, can deyib can eşitməlidirlər. Nəhayət bir-birlərinə yaxşılıq etməli, zülmə qarşı çıxmalı və əxlaq normalarına riayət etməlidirlər. Çünki bəşəriyyət insanın bədən üzvləri kimi, bir-birlərindən asılı vəziyyətdədir. Onlardan birində hər hansı bir çatışmamazlıq olduqda, başqaları da çətinliklərlə üzləşməli olurlar. Belə isə onlar daim birgə və müttəfiq olmalıdırlar.
    Sadaladığımız bu xüsusiyyətləri iman sahiblərinin gündəlik davranışlarında müşahidə etmək olar. Deməli, bəşəriyyət səadətə nail olmaq üçün ilk növbədə dinə etiqadlı olmalı və onun göstərişlərini gündəlik yaşayışlarında həyata keçirməlidir.
    3. NİGARANÇILIQLARIN AZALMASI
    Həyat nə qədər şirin və gözəldirsə, bir o qədər də acı və kədərləndiricidir. İnsan həyatla apardığı mübarizədə qarşılaşdığı çətinliklərin bir çoxunu aradan qaldırır, fəlakət və bədbəxtçilikləri müvəffəqiyyət və xoşbəxtliklə əvəz edir. Amma dünyada baş verən bəzi hadisələri isə əvvəlcədən bilmək və ya qarşısını almaq mümkün deyildir.
    Məsələn, insanın qocalmasını buna misal çəkmək olar. Hər bir insan istər-istəməz illər ötdükcə yaşlaşır və həyat çırağı getdikcə zəifləməyə başlayır. O, cavanlıq dövranını arxada qoymaqla yanaşı, bir vaxtlar sahib olduğu güc və istedaddan da məhrum olur. İnsan ömrünün son günlərini yaşadığı zaman dərdinin üstünə başqa bir dərd də gəlir. O da, bu dünyanı tərk edib onu başqalarının ixtiyarına qoymasıdır.
    Amma iman bütün bu nigarançılıqları aradan qaldırır. Hər bir iman sahibi çox gözəl dərk edir ki, dünyada baş verən bütün hadisələrin müəyyən səbəbi və ötüb keçəcəyi vaxtı vardır. Əgər o baş verən hadisələrin müqabilində düzgün əksül-əməl göstərə bilməsə də, onların, ibadət etdiyi yeganə və yenilməz varlıq tərəfindən tezliklə aradan qaldırılacağına tamamilə arxayındır. O həyatındakı boşluğu ibadətlə doldurur və qocalığı heç də hər şeyin sonu bilmir. Çünki, mömin (iman sahibləri) üçün qocalıq, cavanlıq dövründən daha şirin olur.
    ölüm məsələsinə gəldikdə isə, iman sahiblərini dinə etiqadı olmayan şəxslərlə müqayisə etdikdə, onların arasında təsəvvürolunmaz fərqlərin mövcud olduğunu görürük. Çünki, iman sahibləri ölümü yoxluq və fəna hesab etmirlər. ölüm onların nəzərində fani əməl dünyasından əbədi və ədalətli dünyaya edilən səfərdən ibarətdir. Belə bir halda, dində «əməli-saleh» adlanan bir sıra işlər bu çətinlikləri aradan qaldırır.
    Psixoloqlar belə bir nəticəyə gəlmişlər ki, ruhi xəstəliklər və ailə həyatında yaranan narazılıqlar əksər hallarda dinə etiqadı olmayan cəmiyyətlərdə yaranır. Dinə olan etiqad nə qədər güclü olsa, bəşəriyyət bu xəstəliklərdən bir o qədər uzaq olar. Amma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, yaşadığımız əsr imansızlıq, dindən uzaqlaşma və ruhi çatışmamazlıqlar əsridir.
    Category: İslam dunyagörüşü İnsan və iman | Views: 962 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024